Günün qoroskopu: Axına qarşı çıxmayın


Digərləri 11 Fev 2023 00:01:00 267 0

Günün qoroskopu: Axına qarşı çıxmayın

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - travma riskinin çox olduğu gündür. Yorucu və mürəkkəb işdən, sükan arxasında uzun müddət olmaqdan, şübhəli toplantılara qatlımaqdan imtina edin. Uzaqdan xoşagəlməz xəbərlər ala bilərsiniz. Konkret məqsədə çatmaq üçün son vaxtlar göstərdiyiniz səylərin əbəs olduğunu anlayacaqsınız.

Kənar təsirlərə boyun əyməyin, soyuqqanlı davranın. Manipulyasiyaya uymayın. Kimsəyə imkan verməyin ki, sizi idarə etsin.

Daha sərt mövqe tutun.

Buğa - nüfuzlu şəxsin dəstəyini ala bilərsiniz. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Yeni layihələrə qatılın, işgüzar təşəbbüslə çıxış edin. İdeyalarınız anlayışla qarşılanır. Onların əksəriyyətini reallaşdırmaq mümkün deyil.

Yaxın ətrafınızdakı insanlar sizə rəğbətlə yanaşırlar. Maraqlı imkanlar yaranır.

Ciddi romantik münasibətlərin başlanması istisna deyil. Təmasların asan olmayacağını bilin.

Əkizlər - çoxsaylı kiçik problemlər vəd edən gərgin gündür. Gerçəkdən də, mühüm işlə məşğul olmağa vaxtınız qalmayacaq. Daim nəyisə yoluna qoymaq, düzəltmək, qaydaya salmaqla məşğul olacaqsınız. Səhlənkarlıq və diqqətsizlik anlaşmaların uğursuzluğuna, maliyyə itkilərinə səbəb ola bilər. Nəqliyyat vasitəsini idarə edərkən xüsusilə diqqətli olun.

Sizə birbaşa dəxli olmayan münaqişələrlə qarşıdurmalara qarışmayın, mübahisələrdə iştirak etməyin. İştirakınızı mütləq saydığınız situasiyalarda belə, başqalarının problemlərini çözməyə çalışmayın.

Axşam saatlarını evdə, yaxınlarınızın yanında keçirin. Onlar sizi tez başa düşürlər.

Xərçəng - bu gün görə biləcəyiniz ən yaxşı iş önəmli işə başlamamaqdır. Ciddi işlərə başlamaq, mühüm məsələlərin həllini planlaşdırmaq üçün əlverişli deyil. Rutin işlərlə məşğul olaraq pozitiv emosiyalar ala bilərsiniz. Yeni tanışlıqlar, maraqlar istisna deyil. Romantik münasibətlər başlarsa, sürətlə inkişaf edəcək.

Maliyyə çətinlikləri istisna deyil. Alış-verişi təxirə salın. Qısamüddətli səfər və səyahət istisna deyil. Uzunmüddətli səyahətə çıxmayın.

Şir - sakit və rahat gündür. Çoxdan bəri görmək istədiyiniz, amma vaxt tapmadığınız işi bitirə bilərsiniz. Sizi maraqlandıran suallara cavab tapacaqsınız. Cavablar sizi narazı qoymayacaq. Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər. Qarşı tərəfdə xoş hisslər yaradın.

Alış-verişdə diqqətli olun. Pulu boş yerə xərcləməyin, yalnız lazım olan əşyalar alın. Yaşlı qohumlar və tanışlarla ünsiyyətdə fayda var. Yardım və məsləhət alacaqsınız.  

Qız - çox gərgin olsa da, maraqlı gündür. Sizi maraqlı görüşlər, sizinlə eyni istiqamətdə hərəkət edən insanlarla təmaslar gözləyir. Çox danışmayın, soyuqqanlı və ehtiyatlı olun. Şəraitə rəğmən, təmkinli davranın. Çətin vəziyyətlərdə müttəfiq və tərəfdaşların yardımlarına güvənə bilərsiniz.

Ciddi iş və genişmiqyaslı layihələr üçün əlverişli gün deyil. Peşəkar aktivlik səviyyəsini ifrat dərəcədə artırmayın. Şəxsi münasibətlər baxımından uğurlu gündür.

Axşam saatlarında dostlarla görüşməyi unutmayın.  

Tərəzi - günün ilk yarısı danışıqlar, anlaşmalar, sövdələşmələr üçün əlverişli zamandır. Planlarınızı uğurla reallaşdıra bilərsiniz. Qısamüddətli və ya uzunmüddətli əməkdaşlığı ehtiva edən sənədləri imzalamaq olar.

Əks cins mənsubu ilə tezliklə dil tapa bilərsiniz.

Uzunmüddətli planlar qurun, gələcəyi düşünün. İntuisiyanız sizə necə davranmağın yolunu göstərəcək. Bir sıra işlər planlaşdırdığınız kimi alınmayacaq.  

Əqrəb - günün ilk yarısında diqqətli, sayıq olun. Hesablarda yanılmayın, xırdalıqlara və detallara fikir verin. Həmfikirlər tapacaqsınız. Onların yardımı ilə bir sıra ciddi problemləri həll edə bilərsiniz. Tərəfdaşlarla təmaslar üçün əlverişli gündür. Nüfuzlu insanlarla görüşə bilərsiniz.

Əks cins mənsubları ilə təmaslarda həssas olun.

Yaxınlarınız qarşısında yüksək tələblər qoymayın, ifrat iradlar səsləndirməyin. Nöqsan və zəiflikliklərinizə haqq qazandırmayın.

Belə olarsa, dostlarla münasibətlərdə sərinlik yaranacaq. Qarşılıqlı umu-küsü də istisna deyil.  

Oxatan - dəyişikliklər yaşanacaq. Onlar gözlədiyinizdən də ciddi ola bilər. Yeni situasiyada özünüzü itirməyin. Niyə və necə davranmağın yollarını arayıb müəyyənləşdirin. Etiraflar üçün münasib gün deyil.

Gözlənilməz və dəyərli hədiyyələr ola bilər. Köhnə dostlar özlərini xatırladacaqlar. Onlarla əla vaxt keçirə bilərsiniz. Axşam saatları sakit istirahət üçün əlverişlidir. Dəvət aldığınız məclisə və ya çağırıldığınız tədbirə qatılın.  

Oğlaq - ehtiyatlı və sayıq olun. Macəra aramayın, sərgüzəştlər axtarmayın. Əks halda ciddi səhvlərə yol verəcəksiniz. Sizinlə ünsiyyətdə olmaq istəyən insanlar çoxdur. Onlarla mühüm məsələləri müzakirə etmək olar. Yaxın ətrafınızdakı insanlardan biri və ya bir neçəsi qarşısına qoyduğu hədəfə çata bilmədiyi üçün sizdən narazıdır. Onlar uğursuzluqlarında sizi suçlu bilirlər.

Əvvəlcədən hazırladığınız plan üzrə hərəkət edin. İmprovizələr məsləhət deyil. Çox böyük rəğbət bəsləməyinizə rəğmən son vaxtlar münasibətlərinizdə sərinlik yaşanan insanla səmimi danışın. Qarşılıqlı anlaşma yolunda hansı sədlər yaratdığınızı aydınlaşdırın.

Dolça - günün ilk yarısı əhvalınızın xoş olduğu gündür. Baş verənlərə rəğmən soyuqqanlı olun. Xırdalıqlara və təfərrüatlara fikir versəniz, tezliklə qələbəyə nail olacaqsınız. Nikbin olun. Hansısa iş alınmayanda dərd etməyin.

Qəfil görüşlərdən biri yeni, romantik münasibətlərin əsasını qoya bilər. Ailə problemlərinin həlli, yaxınlarınız üçün əhəmiyyətli məsələlərin həlli üçün əlverişli gündür.

Balıqlar - asan, rahat, əlverişli gündür. Axına qarşı çıxmayın, hadisələrin məcrasına müdaxilə etməyin. Hər şey təbii istiqamətində olmalıdır. İşgüzar tərəfdaşlarla münasibətlər normal olacaq. İşdə rəhbərlik və həmkarlarla təmaslarda, evdə yaxınlarınızla söhbətlərdə həssas və diqqətli olun.

Bəyəndiyiniz işlə məşğul olmaq imkanı yaranır. Xoşagəlməz işləri təxirə salın. Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş yerini dəyişmək və ya köçmək barədə düşünə bilərsiniz.

Yeni ideyalar pis deyil.

Son.az

Pentaqon: “ABŞ İranın regionda yaratdığı problemin fərqindədir” like
  • 10 Fev 23:57  
Dünya Pentaqon: “ABŞ İranın regionda yaratdığı problemin fərqindədir”

"ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir&

arrow Ətraflı
İrəvan Tehrana da xəyanət etdi  İranın cavabı olacaq? like
  • 10 Fev 23:54  
Dünya İrəvan Tehrana da xəyanət etdi İranın cavabı olacaq?

Baş nazir Nikol Paşinyanın məntiqinə görə, rəsmi İrəvan Rusiya və Kol

arrow Ətraflı
İtaliya Ukraynaya SAMPT sistemlərinin göndəriləcəyini təsdiqləyib like
  • 10 Fev 23:51  
Dünya İtaliya Ukraynaya SAMPT sistemlərinin göndəriləcəyini təsdiqləyib

İtaliya Fransa ilə birlikdə SAMP-T hava hücumundan müdafiə sistemlərinin

arrow Ətraflı
Rusiya Suriyaya 35 ton yardım çatdırdı like
  • 10 Fev 23:48  
Dünya Rusiya Suriyaya 35 ton yardım çatdırdı

Rusiya Suriyaya zəlzələ səbəbindən 35 ton humanitar yardım çatdırıb.

arrow Ətraflı
FTB Maykl Pensin evində axtarış aparıb like
  • 10 Fev 23:45  
Dünya FTB Maykl Pensin evində axtarış aparıb

FTB keçmiş vitse-prezident Maykl Pensin evində axtarış keçirilib.

arrow Ətraflı
Təhlükə yaxındadır: Bu peşə sahibləri kütləvi ixtisar olunacaqlar like
  • 10 Fev 23:42  
Digərləri Təhlükə yaxındadır: Bu peşə sahibləri kütləvi ixtisar olunacaqlar

ChatGPT kimi süni intellekt sistemlərinin yayılması o qədər də uzaq olmay

arrow Ətraflı
"Onları Azərbaycan və Ermənistan xalqlarının maraqları narahatlıq etmir" like
  • 10 Fev 23:39  
Siyasət "Onları Azərbaycan və Ermənistan xalqlarının maraqları narahatlıq etmir"

"Aİ-nin Ermənistandakı yeni missiyasına əlvə qüvvə cəlb olunması

arrow Ətraflı
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı artıb like
  • 10 Fev 23:34  
Dünya Suriyada zəlzələ nəticəsində ölənlərin sayı artıb

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 1 387 nəfər çatıb.

arrow Ətraflı
Bakıda 15 yaşlı oğlan anasını like
  • 10 Fev 23:29  
Kriminal Bakıda 15 yaşlı oğlan anasını

15 yaşlı oğlan anasını niyə öldürdü?

arrow Ətraflı
Zəlzələdən 111 saat sonra qadın like
  • 10 Fev 23:24  
Dünya Zəlzələdən 111 saat sonra qadın

Türkiyədə Qəhrəmanmaraş şəhərində zəlzələdən 111 saat sonra uçan

arrow Ətraflı
Növbəti humanitar yardım Türkiyəyə yola salınıb like
  • 10 Fev 23:12  
Digərləri Növbəti humanitar yardım Türkiyəyə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın

arrow Ətraflı
Zəlzələdə həyatını itirən gənc qızın 3 il əvvəlki PAYLAŞIMI like
  • 10 Fev 23:03  
Dünya Zəlzələdə həyatını itirən gənc qızın 3 il əvvəlki PAYLAŞIMI

Türkiyədəki zəlzələ zamanı həyatını itirənlərdən biri də Şeyma ad

arrow Ətraflı
Dağıntılar altından çıxarılan 20 min nəfər təxliyyə edilib like
  • 10 Fev 22:58  
Dünya Dağıntılar altından çıxarılan 20 min nəfər təxliyyə edilib

Türkiyədə zəlzələ bölgəsində dağıntı altından çıxarılan 20 min n

arrow Ətraflı