Tələbələrin ali məktəbə bərpası qaydası hazırlanacaq
Siyasət 10 Fev 2023 18:21:00 406 0
Prezident İlham Əliyev "Təhsil haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsindən xaric və ya bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını müəyyən etmək dövlətin vəzifələri sırasına əlavə edilir.
Bundan əlavə, orta ixtisas təhsil müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydalarını da müəyyən etmək dövlətin vəzifəsi sayılacaq.
Elm və Təhsil Nazirliyinə ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində, habelə orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsi qaydalarını iki ay müddətində tabeliyində müvafiq təhsil müəssisəsi olan dövlət orqanları (qurumları) və Dövlət İmtahan Mərkəzi ilə razılaşdırmaqla təsdiqləmək tapşırılıb.
Əməkdar artist Ağalar Bayramov xəstəxanaya yerləşdirilib.
Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların
Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyalarının indeksləşd
Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin
Vaşinqtona səfər etməyi və Co Baydenlə görüşməyi planlaşdıran Brazil
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan�
Türkiyəli müğənni Haluk Levent ölkəsində baş verən dəhşətli təbii
Ucar və Yevlax rayonlarının ərazilərində hektarlarla torpaq sahələri duz
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçiril
Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.
"Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan
ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verilib. Kampaniya çər
Türkiyəli aktrisa Birce Akalayın sosial media hesabında etdiyi paylaşım T�
Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977