Azərbaycanda torpaqlar şiddətli şoranlaşmaya məruz qalıb VİDEO
Digərləri 10 Fev 2023 17:40:00 366 0
Ucar və Yevlax rayonlarının ərazilərində hektarlarla torpaq sahələri duz qatının altında qalıb. Güclü şoranlaşma hətta yabanı bitkiləri belə məhv edir.
Bu xəbəri də oxu: Qubada 19 yaşlı tələbə qəfil vəfat etdi
Eyni zamanda torpaqdan istifadə etmək də mümkün deyil.
Son.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Ucar sakinləri deyirlər ki, rayon ərazisində tam və qismən şorlaşan ərazilərin sayı kifayət qədərdir.
Belə torpaqlar hələ əvvəllər də mövcud olub, ancaq bir qismi sonradan suyun azalması səbəbindən meydana gəlib. Təsərrüfatçıların sözlərinə görə, qabaqlayıcı tədbirlər görülmədiyindən duz qatı torpaq örtüyünü üstələyib. Ona görə də həmin əraziləri əkin və ya otlaq sahəsi kimi istifadə edə bilmirlər.
Yevlaxın Yuxarı Salamabad və Quşçu kəndlərinin sakinləri də şoranlaşma prossesində olan torpaqları əkib-becərə bilmirlər. Çıxış yolu kimi maldarlığa üstünlük verilsə də, getdikcə otlaq sahələri də yararsız hala düşür.
Bəs belə torpaqları təmizləyib, istifadəyə yararlı hala salmaq mümkündürmü?
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sektor müdiri Riyad Axundzadə suallarımıza cavab olaraq bildirdi ki, hazırda ölkədə 1,88 milyon hektar əkinə yararlı torpaq sahəsi var. Bunun isə 612 min hektarına xidmət edən 30 min kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur.
Riyad Axundov qeyd edib ki, ölkə ərazisində 40 min hektar şiddətli şorlaşmış torpaq sahələri var. Həmin ərazilər "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin balansında deyil. Qurum rəsmisi vətəndaşların da məsələnin həllinə aktiv yanaşmalarını tövsiyə edib.
Sektor müdiri əlavə edib ki, son dövrlərdə aparılan tədbirlərlə əkinəyararlı topraq sahələri genişləndirilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçiril
Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.
"Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan
ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verilib. Kampaniya çər
Türkiyəli aktrisa Birce Akalayın sosial media hesabında etdiyi paylaşım T�
Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977
İngiltərə Kilsəsi bundan sonra eynicinsli cütlüklərin nikahlarına xeyir-
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Zəlzələ baş verən gecə Hatayın Yayladağ rayonunda bibisi evində qalan t
Türkiyənin Kahramanmaraş vilaytində baş verən dəhşətli zəlzələlərin
Baş Dövlət Yol Polisi İdarəsi dünən günorta saatlarında Abşeron rayonu
"Əsrin fəlakəti" adlandırılan Türkiyədə baş verən zəlzələ
Zəlzələ bölgəsinə müdaxiləni istədiyimiz sürətə çatdıra bilmədik.
Xəbər verdiyimiz kimi, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində hə
Hatayın Antakya səmtində zəlzələ nəticəsində çökən binalardan biri