Zəlzələ bölgəsinə müdaxiləni istədiyimiz sürətə çatdıra bilmədik Ərdoğan
Digərləri 10 Fev 2023 16:21:00 275 0
Zəlzələ bölgəsinə müdaxiləni istədiyimiz sürətə çatdıra bilmədik.
Bu xəbəri də oxu: Sabah yağış yağacaq, şaxta olacaq
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, bu zamana qədər 94 müxtəlif ölkədən dəstək təklifi gəlib.
"Xarici və yerli heyətlər axtarış- xilasetmə fəaliyyətləri görürlər. Lakin, axtarış- xilasetmə tədbirlərini istədiyimiz sürətə çatdıra bilmədik", - deyə R.T.Ərdoğan əlavə edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Fevralın 8-də isə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə göndərilib. Bunlardan əlavə mobil səhra hospitalı və 41 nəfərdən ibarət peşəkar tibbi və qeyri-tibbi heyət, insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb. Daha sonra yardım məqsədilə 13 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi də Türkiyə yola salınıb.
Xəbər verdiyimiz kimi, Türkiyədə dağıdıcı zəlzələ nəticəsində hə
Hatayın Antakya səmtində zəlzələ nəticəsində çökən binalardan biri
"Aldanmayın və düzgün ünvanlara müraciət edin. Yetər... İş adaml
Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altınd
2016-2022-ci illər ərzində 470-dən çox sahibkarlıq subyektinə 570-dən ar
Zəlzələlər nəticəsində çox sayda binanın dağıldığı Hatayda axtarı
Qərbi Azərbaycan İcmasının rəhbərliyi Türkiyənin Azərbaycandakı səfi
Nizami Kino Mərkəzində toplaşanlar müasir Rusiya kinematoqrafiyasının tan
İran humanitar yardım adı altında Suriyaya hərbi texnika və silah-sursat g
"İki gündür boğuluram. Həkimdən soruşdum ki, bəlkə zobum var, ona
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci "Yüksəl
"Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu vəzifəsindən
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində yaranan dağıntılar