Rəşad Nəbiyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Digərləri 10 Fev 2023 14:19:00 290 0
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ikinci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elkiyar Ziyadov və Etibar Hüseynov ilə görüş keçirib.
Bu xəbəri də oxu: Günün qoroskopu: Müxtəlif insanlarla ünsiyyətdə olun
Layihənin idarəçi rəhbərlərindən biri olaraq Rəşad Nəbiyev fərdi inkişaf planı əsasında təcrübəsini müsabiqə qalibləri ilə bölüşəcəyini və potensiallarını üzə çıxarmağa kömək göstərəcəyini qeyd edib. Nazir bildirib ki, qaliblərin Mentorluq proqramını yüksək səviyyədə həyata keçirməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən lazımi şərait yaradılacaq.
İkinci "Yüksəliş" müsabiqəsinin qalibləri isə öz növbələrində rəqəmsal inkişaf və nəqliyyat nazirinə Mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə təşəkkür edərək onun şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.
Xatırladaq ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 21-51 yaş aralığında, ikiillik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.
Qeyd edək ki, növbəti, sayca 3-cü "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.
"Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu vəzifəsindən
Türkiyənin Hatay bölgəsində zəlzələ nəticəsində yaranan dağıntılar
"Sovetin bəyənmədiyiniz "xruşşovka" evləri belə bizdə 7 b
Antakya şəhəri artıq yoxdur. Türklər zəlzələnin şəhəri və sivilizas
Ermənistanın müdafiə naziri Suren Papikyan istefaya göndəriləcək.
Azərbaycan xilasedicilərinin 86 və 89 saat sonra iki nəfəri xilas etməsini
3 kəndi birləşdirən yol bərbad vəziyyətdədir. Yağış yağanda yol ümu
Şəbnəm Tovuzlunun xarici görünüşündə etdirdiyi dəyişiklik diqqətdə
Nizami Rayon Polis İdarəsi 23-cü Polis Bölməsinin rəisi, polis polkovnik-l
Bu bir reallıqdır ki, paytaxtımızda ara məsafələrinə riayət edilmədən
Kahramanmaraşda 10 vilayətə təsir edən və minlərlə binanın, istehsal m�
11 noyabr 1986-cı il. Parisdə Sena çayının sol sahilində, Sorbon universit
Əməkdar artist Yusif Mustafayevin canlı efirdə halı pisləşib.
Sənədsiz evlər nəhayət nə vaxt qeydiyyata alınacaq? Uzun müddətdir müz