Zaxarova Paşinyanı tənqid etdi
Digərləri 10 Fev 2023 18:10:00 291 0
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhəddə Avropa İttifaqının (Aİ) missiyasının göndərilmə səbəbləri haqqındakı bəyanatını tənqid edib.
Bu xəbəri də oxu: Alimlərdən XƏBƏRDARLIQ: Marketlərdəki bu qidalar ölümə aparır
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, cümə günü keçirilən brifinqdə danışıb.
"Bu cür bəyanatlar Aİ nümayəndələrinin regiona cəlb edilməsinə haqq qazandırmaq cəhdidirsə, bunu heç də uğurlu hesab etmək olmaz", - Zaxarova həftəlik brifinqdə deyib.
O, rus sülhməramlılarının Qarabağda sülhü təmin etdiklərini qeyd edib: "Hərbi sərhədçilərimiz Ermənistan ərazisində, o cümlədən, Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Biz Bakının bununla bağlı narahatlığı haqqında heç vaxt eşitmədik. Eyni zamanda, Azərbaycanın Aİ-nin Ermənistanda müşahidə missiyasını yerləşdirmək qərarına tənqidi münasibətindən də xəbərimiz var".
Qeyd edək ki, bu ilin yanvar ayında Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiya göndərmək barəsində qərar qəbul edib.
Qərarda missiyanın məqsədinin Ermənistanın sərhəd rayonlarında stabilliyə nail olmaq, yerli səviyyədə əməkdaşlığı yoluna qoymaq və Aİ-nin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində səyləri dəstəkləyən şəraitin təmin olunmasından ibarət olduğu deyilir.
Xatırladaq ki, 2022-ci il 17 oktyabr tarixində Aİ xarici işlər nazirlərinin Şurası öz iclasında Azərbaycanla sərhədin Ermənistan tərəfinə Cənubi Qafqaz regionundakı vəziyyətin monitorinqi, təhlili və hesabat təqdim olunması üçün təqribən 40 nəfər ekspert müşahidəçi göndərmək barədə qərar qəbul edib. 2022-ci il 19 dekabr tarixində Ermənistandakı Aİ missiyasının monitorinqinin mandatı bitib.
Türkiyəli müğənni Haluk Levent ölkəsində baş verən dəhşətli təbii
Ucar və Yevlax rayonlarının ərazilərində hektarlarla torpaq sahələri duz
Yeni HONOR Xa Series smartfonlarının Azərbaycanda rəsmi təqdimatı keçiril
Respublika Seysmoloji Xidmət Mərkəzi əhaliyə müraciət edib.
"Biz düşünürük ki, polietilen torbaların ödənişli olması onlardan
ABB Miles kartları ilə bağlı yeni kampaniyaya start verilib. Kampaniya çər
Türkiyəli aktrisa Birce Akalayın sosial media hesabında etdiyi paylaşım T�
Fevralın 10-u saat 08 radələrində paytaxtın Xətai rayonu ərazisində 1977
İngiltərə Kilsəsi bundan sonra eynicinsli cütlüklərin nikahlarına xeyir-
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komand
Zəlzələ baş verən gecə Hatayın Yayladağ rayonunda bibisi evində qalan t
Türkiyənin Kahramanmaraş vilaytində baş verən dəhşətli zəlzələlərin
Baş Dövlət Yol Polisi İdarəsi dünən günorta saatlarında Abşeron rayonu
"Əsrin fəlakəti" adlandırılan Türkiyədə baş verən zəlzələ