Şəhadət meydanında qılınan namaz
Digərləri 09 Fev 2023 23:55:00 472 0
Kərbəla çölündə gərgin döyüş bir neçə saat idi ki, davam edirdi. İmam Hüseynin (ə) silahdaşlarından təqribən 50 nəfəri düşmənin ilk həmləsini dəf edərkən şəhid olmuşdu. Qalanlar da bir-bir döyüş meydanına çıxıb savaşır və şəhidlik şərbətini nuş edirdilər.
Bu xəbəri də oxu: “Rusiyanın qərbə cavabı səsküylü olacaq” Zaxarova
İmamın ətrafında Əhli-beyt üzvlərindən savayı, bir ovuc adam qalmışdı. Zöhr namazının vaxtı çatdı. İmam Hüseynin (ə) silahdaşlarından biri - Əbu Sümamə Əmr ibn Abdullah Seydavi adlı səhabə üzünü o həzrətə tutub söylədi: "Ey Peyğəmbərin övladı! Səni öldür¬mək arzusunda olan bu düşmənlər öz məqsədlərinə doğru yaxınlaşırlar. Mən öz qanıma qəltan olub ölməyincə buna imkan verməyəcəyəm. Amma çox istərdim ki, bu son zöhr namazımı Sənin imam¬lığınla qılım". İmam Hüseyn (ə) vaxtı öyrənmək üçün səmaya baxdı, zöhr vaxtının çatdığını dəqiqləşdirib Əbu Sümaməyə buyurdu: "Namazı yadıma saldın. Allah səni namaz qılanların və Onu (yəni Allahı) zikr edənlərin cərgəsində qərar versin!".
Sonra İmam Hüseyn (ə) namaz qılmaq üçün düşməndən möhlət almağı tapşırdı. Onun istəyini qarşı tərəfə elan etdilər. Ömər ibn Sədin qoşununda sayılıb-seçilən cəngavərlərdən sayılan Husayn ibn Təmim namaz təklifini eşidəndə bağırdı: "Ey Hüseyn, sənin namazın Allah dərgahında qəbul olmayacaq!". İmam Hüseynin (ə) qocaman silahdaşı Həbib ibn Müzahir qəzəbli halda: "Allah Rəsulunun övladının namazı qəbul olmayacaq, amma sənin namazın qəbul olacaq?!" - deyə, onun üzərinə şığıdı. Həbibin zərbəsi ilə atdan yıxılan Husaynı silahdaşları aradan çıxartdılar. Həbib isə hücumu davam etdirib, düşmən səflərinin içinə daxil oldu.
75 yaşlı Həbib aşura günündə düşmənin 60-dan artıq döyüşçüsünü məhv edib, Bədil Təmimi adlı bir xəyanətkarın zərbəsi ilə şəhid oldu. Həbib elə şücaətli idi ki, qatili onun başını kəsib, öz atının boynundan asmışdı və bununla fəxr edirdi. İmam Hüseyn (ə) sağ qalan səhabələrini iki hissəyə ayırdı. Əvvəlcə birinci hissə o həzrətin imamlığı ilə zöhr namazını (xovf namazı şəklində) qıldı. Bu zaman ikinci dəstə düşmənin hücumunu dəf etmək üçün hazır vəziyyətdə durmuşdu. Sonra eyni qayda ilə ikinci dəstə namaz qıldı. Namaz gedişində iki səhabə - Səid ibn Abdullah Hənəfi və Züheyr ibn Qəyn Bəcəli İmam Hüseyni (ə) oxlardan və nizələrdən qoruyurdu. Səid ibn Abdullah Hənəfi Kufədəkt Əhli-beyt tərəfdarlarının öncüllərindən sayılırdı. O, kufəlilərin dəvət məktublarından birini İmama çatdırmış, sonralar Müslimə beyət edərək, onun məktubunu Məkkəyə gətirib İmama təqdim etmişdi. Elə həmin vaxtdan Səid Məkkədə İmam Hüseynin (ə) hüzurunda qaldı, Kərbəlaya kimi onu müşayiət etdi. Aşura gecəsində İmam Hüseyn (ə) öz səhabələrinin boynundan beyətini götürüb, onları dağılışmağa dəvət edəndə Səid qətiyyətlə bildirdi ki, heç yerə gedən deyil və son nəfəsinə kimi İmamın uğrunda döyüşməyə hazırdır. Səid namaz zamanı özünü İmamın qarşısında sipər edib, atılan oxların qabağını bədəni ilə alırdı. Namaz bitər-bitməz Səid ölümcül yaralı halda yerə yıxıldı. Son nəfəsində gözlərini açıb: "Ey Peyğəmbə¬rin nəvəsi, əhdimə vəfa etdimmi?" - deyə soruşdu. İmam ona belə cavab verdi: "Bəli, sən məndən də əvvəl cənnətə gedirsən". Yazırlar ki, Səid ibn Abdullahın bədənində saysız-hesabsız nizə yarası vardı, bütün bunlardan əlavə, bədəninə 13 ox dəymişdi.
Şiə sözünün mənası lüğət kitablarında tabe, ardıcıl kimi göstəril
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığın
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı qardaş ölkədə zəlzələd
İnsanların əksəriyyəti yaddaş pozulmasından 65-70 yaşından başlayaraq
İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv ş�
"Şou" (Show) telekanalının aparıcısı Dilarə Göndər istefa ver
Sumqayıt şəhərində baldızını odlu silahla qətlə yetirməkdə təqsirli
Tibb tarixində nəhayət ki, 40 ildən sonra yeni molekul və yeni nəsil antib
Britaniya monarxı III Çarlz ayağındakı deşilmiş corabı ilə gündəmə g
Soyuq mövsümdə qidalanma rasionunun təxminən 40%-i ət, onunla əvəz edil�
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yolux
İnsan orqanizmi üçün ən ağır, çətin aylardan biri, həkimlərə görə,
Qadın namaz qılarkən naməhrəm kişilərin gözündən uzaqda dursa daha yax