Əlində tutduğu tutuquşu ilə 55 saat sonra qurtarıldı VİDEO


Digərləri 08 Fev 2023 18:11:00 160 0

Əlində tutduğu tutuquşu ilə 55 saat sonra qurtarıldı  VİDEO

Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə dağıntılar altında qalan vətəndaşların xilas edilməsi üçün aparılan işlər 55 saatdır ki, fasiləsiz davam edir.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən 50 saatdan çox vaxt keçsə də, dağılmış binalar altından sağ çıxa bilənlər var.

Adıyamanda dağıntılar altında qalan ata və oğul 54 saatdan sonra xilas edilib.

Gərgin səylər nəticəsində xilasetmə qrupları ata Əhməd Aydın və oğlu Yusuf Aydını 54 saatdan sonra xilas edə bilib.

Həyat yoldaşı ilə birlikdə dağıntılar altında qalan 62 yaşlı Selman adlı şəxs də 50 saat sonra dağıntılar altından çıxarılıb.

Adıyamanda 54 saat sonra ana və iki azyaşlı qızı dağıntılar altından xilas edilib. Belə ki, yaşayış binasının dağıntıları altında qalan 46 yaşlı Xədicə və qızları - 12 yaşlı Elif və 10 yaşlı Ayça Tekin çıxarılıb.

Ailənin daha iki üzvünün, ata və bir uşağının dağıntılar altında olduğu, xilasetmə işlərinin davam etdirildiyi bildirilir.

Kahramanmaraşda 54 saat sonra dağıntılar altından çıxarılanlardan biri də 33 yaşlı Mehmet Acar olub. Onun ingilis dili müəllimi olduğu bildirilir.

Elbistanda yaşayış binasının dağıntıları altında qalan 38 yaşlı Rahime Demirciyə təxminən 52 saat sonra xilas edilib.

Bundan əlavə, təbii fəlakət bölgəsində maraqlı hadisə yaşanıb. Belə ki, Kahramanmaraşda Berat adlı 13 yaşlı oğlan əlində qoruyub saxladığı  tutuquşu ilə 55 saat sonra sağ çıxarılıb.

İsgəndərunda dağıntılar altında qalan 16 yaşlı uşaq da xilas edilib. Belə ki, zəlzələlərdə dağılan İbrahim Karaoğlanoğlu küçəsində yerləşən yaşayış binasında aparılan axtarış-xilasetmə işləri nəticəsində Mahmud Salman 56 saat sonra tapılaraq çıxarılıb.

Qeyd edək ki, AFAD-ın məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə yüksəlib, yaralıların sayı isə 40 910 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 11 302 bina dağılıb.

Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib like
  • 08 Fev 18:05  
Digərləri Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Na

arrow Ətraflı
"Pulu canınıza xərcləməlisiniz, daşdivara yox" like
  • 08 Fev 18:00  
Şou-biznes "Pulu canınıza xərcləməlisiniz, daşdivara yox"

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Zəlzələdə zədələnmiş evində VİDEO çəkərkən dam başına uçdu like
  • 08 Fev 17:51  
Dünya Zəlzələdə zədələnmiş evində VİDEO çəkərkən dam başına uçdu

Türkiyənin Malatya şəhərində bir nəfər dəhşətli zəlzələ nəticəsi

arrow Ətraflı
Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir  VİDEO  FOTO like
  • 08 Fev 17:50  
Digərləri Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir VİDEO FOTO

Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində qırmızı rəng köhn�

arrow Ətraflı
Türkiyədə tviterə giriş bağlanıb? like
  • 08 Fev 17:44  
Digərləri Türkiyədə tviterə giriş bağlanıb?

Türkiyədə tviter sosial şəbəkəsinə girişdə problem yaranıb.

arrow Ətraflı
Yaddaş zəifliyi yaradan səbəblər hansılardır?  VİDEO like
  • 08 Fev 17:20  
Digərləri Yaddaş zəifliyi yaradan səbəblər hansılardır? VİDEO

Hara qoymuşamsa tapa bilmirəm,yerini unutmuşam,yaddaşım yaman zəifləyib.

arrow Ətraflı
Heyvan yemləri gömrük rüsumundan azad edildi like
  • 08 Fev 17:17  
Digərləri Heyvan yemləri gömrük rüsumundan azad edildi

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlav�

arrow Ətraflı
Saxta pulları necə tanımaq olar?  VİDEO like
  • 08 Fev 17:11  
Digərləri Saxta pulları necə tanımaq olar? VİDEO

Sosial şəbəkələrdə yayılan bu görüntü müzakirələrə səbəb olub. B

arrow Ətraflı
Ohanyanın deputat toxunulmazlığına xitam verildi like
  • 08 Fev 17:06  
Digərləri Ohanyanın deputat toxunulmazlığına xitam verildi

Ermənistanda Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verilib.

arrow Ətraflı
Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı like
  • 08 Fev 17:04  
Digərləri Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı

Türkiyənin zəlzələ bölgəsi olan Malatya şəhərində dağıntılar altı

arrow Ətraflı
Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı like
  • 08 Fev 17:02  
Digərləri Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı

Türkiyədə zəlzələ bölgəsi olan Hatayın İskəndərun vilayətində zəl

arrow Ətraflı
Afaq Gəncəli: "İnsanların güvəndiyi evi indi məzara çevrilib"  VİDEO like
  • 08 Fev 16:51  
Şou-biznes Afaq Gəncəli: "İnsanların güvəndiyi evi indi məzara çevrilib" VİDEO

"Qardaş Türkiyədə qanımızdan, canımızdan olanlar təbiətin qəzəb

arrow Ətraflı
Naxçıvan DYPyə yeni rəis təyin olundu like
  • 08 Fev 16:49  
Digərləri Naxçıvan DYPyə yeni rəis təyin olundu

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinə ye

arrow Ətraflı