Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib


Digərləri 08 Fev 2023 18:05:00 281 0

Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin geniş tərkibli kollegiya iclası keçirilib. İclasda XİN-in kollegiya üzvləri və struktur bölmələrin rəhbərləri iştirak ediblər.

XİN-dən verilən məlumata görə, iclasın əvvəlində qardaş Türkiyənin Kahramanmaraş və digər ətraf bölgələrində baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

İclası giriş sözü ilə açan xarici işlər naziri Ceyhun Bayramov post-münaqişə dövründə xarici siyasət sahəsində yaranmış yeni reallıqlar və çağırışlar barədə danışıb, 2022-ci il ərzində intensiv xarici siyasət fəaliyyətinin əsas elementləri barədə müfəssəl məlumat verib. Beynəlxalq münasibətlər sistemində hazırkı böhran şəraitində ölkə Prezidentinin müəyyən etdiyi xarici siyasət kursuna uyğun olaraq müstəqil, açıq, praqmatik və milli maraqlara söykənən xarici siyasətin uğurla həyata keçirildiyi bildirilib.

Nazir dünya dövlətləri ilə həm ikitərəfli formatlarda, həm də beynəlxalq təşkilatlar çərçivəsində görülmüş aktiv işlərin, ölkəmiz tərəfindən irəlilədilən beynəlxalq və regional təşəbbüslər və platformaların əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə ardıcıl, sistemli və səmərəli şəkildə çatdırılması, bu istiqamətdə xaricdəki diplomatik nümayəndəliklərimizin fəaliyyətinin daha da canlandırılmasının əhəmiyyəti qeyd olunub. Nazir bu vəzifələrin icrası məqsədilə peşəkar və vətənpərvər kadr ehtiyatının gücləndirilməsinin zəruri olduğunu bildirib. 2022-ci il ərzində müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın namizədliklərinin müvafiq vəzifələrə seçilməsi üzrə uğurlu kampaniyalar barədə məlumat verilib və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

İclas zamanı, həmçinin aidiyyəti sahələr üzrə XİN-in struktur bölmə rəhbərləri tərəfindən hesabatlar və 2023-cü il üzrə planların təqdimatı edilib və müfəssəl müzakirələr aparılıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, ikitərəfli komissiyaların iclaslarının daha praktiki və nəticə-yönümlü olması istiqamətində iş aparılması, iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi imkanlarının araşdırılması və s. istiqamətlərdə prioritetlər vurğulanıb. Ölkəmizin Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilat və platformalarda sədrliyinin 2023-cü il üzrə planları, keçiriləcək tədbirlər barədə məlumat verilib.

"Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Tədbirlər Planı"nın icrası iclasın gündəliyinin əsas məsələlərindən olub.

İclas zamanı, XİN-in kadr siyasətində şəffaflığı təmin etmək məqsədilə Nazirlikdə işə qəbulun ictimaiyyət üçün açıq müsabiqə əsasında təşkili və bu istiqamətdə gələcək işlər müzakirə edilib. Kadrların ixtisasartırma proqramlarına fəal şəkildə cəlb edilməsinin təmin ediləcəyi bildirilib. Bununla yanaşı, 2022-ci il ərzində 20 diplomatik nümayəndəlik üzrə rəhbər təyinatlar həyata keçirildiyi qeyd olunub.

Diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən əməkdaşların maddi-sosial və pensiya təminatlarının yaxşılaşdırılması məqsədilə "Sosial sığorta haqqında", "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklər barədə iclas zamanı məlumat verilib.

Kollegiya iclasının iştirakçıları gündəliyə daxil olan məsələlər üzrə ətraflı fikir mübadiləsi aparıblar.

"Pulu canınıza xərcləməlisiniz, daşdivara yox" like
  • 08 Fev 18:00  
Şou-biznes "Pulu canınıza xərcləməlisiniz, daşdivara yox"

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Zəlzələdə zədələnmiş evində VİDEO çəkərkən dam başına uçdu like
  • 08 Fev 17:51  
Dünya Zəlzələdə zədələnmiş evində VİDEO çəkərkən dam başına uçdu

Türkiyənin Malatya şəhərində bir nəfər dəhşətli zəlzələ nəticəsi

arrow Ətraflı
Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir  VİDEO  FOTO like
  • 08 Fev 17:50  
Digərləri Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir VİDEO FOTO

Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində qırmızı rəng köhn�

arrow Ətraflı
Türkiyədə tviterə giriş bağlanıb? like
  • 08 Fev 17:44  
Digərləri Türkiyədə tviterə giriş bağlanıb?

Türkiyədə tviter sosial şəbəkəsinə girişdə problem yaranıb.

arrow Ətraflı
Yaddaş zəifliyi yaradan səbəblər hansılardır?  VİDEO like
  • 08 Fev 17:20  
Digərləri Yaddaş zəifliyi yaradan səbəblər hansılardır? VİDEO

Hara qoymuşamsa tapa bilmirəm,yerini unutmuşam,yaddaşım yaman zəifləyib.

arrow Ətraflı
Heyvan yemləri gömrük rüsumundan azad edildi like
  • 08 Fev 17:17  
Digərləri Heyvan yemləri gömrük rüsumundan azad edildi

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlav�

arrow Ətraflı
Saxta pulları necə tanımaq olar?  VİDEO like
  • 08 Fev 17:11  
Digərləri Saxta pulları necə tanımaq olar? VİDEO

Sosial şəbəkələrdə yayılan bu görüntü müzakirələrə səbəb olub. B

arrow Ətraflı
Ohanyanın deputat toxunulmazlığına xitam verildi like
  • 08 Fev 17:06  
Digərləri Ohanyanın deputat toxunulmazlığına xitam verildi

Ermənistanda Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verilib.

arrow Ətraflı
Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı like
  • 08 Fev 17:04  
Digərləri Dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı

Türkiyənin zəlzələ bölgəsi olan Malatya şəhərində dağıntılar altı

arrow Ətraflı
Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı like
  • 08 Fev 17:02  
Digərləri Hatayda dəniz səviyyəsi qalxdı, sahildəki binalar boşaldıldı

Türkiyədə zəlzələ bölgəsi olan Hatayın İskəndərun vilayətində zəl

arrow Ətraflı
Afaq Gəncəli: "İnsanların güvəndiyi evi indi məzara çevrilib"  VİDEO like
  • 08 Fev 16:51  
Şou-biznes Afaq Gəncəli: "İnsanların güvəndiyi evi indi məzara çevrilib" VİDEO

"Qardaş Türkiyədə qanımızdan, canımızdan olanlar təbiətin qəzəb

arrow Ətraflı
Naxçıvan DYPyə yeni rəis təyin olundu like
  • 08 Fev 16:49  
Digərləri Naxçıvan DYPyə yeni rəis təyin olundu

Naxçıvan Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) Bölməsinə ye

arrow Ətraflı
İlham Əliyev: TürkiyəAzərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır like
  • 08 Fev 16:47  
Siyasət İlham Əliyev: TürkiyəAzərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır

Azərbaycan zəlzələdən sonrakı bərpa işlərinə də qoşulmağa hazırdı

arrow Ətraflı