Ermənistan və İran Azərbaycana qarşı hərbi təxribat hazırlayır


Siyasət 08 Fev 2023 18:33:00 171 0

Ermənistan və İran Azərbaycana qarşı hərbi təxribat hazırlayır

Ermənistan Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat həyata keçirməyi planlaşdırır. Təxribat planının hazırlanması və həyata keçirilməsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 30 hərbçisindən ibarət təxribat qrupu iştirak edəcək.

Bu barədə Trend-ə diplomatik mənbələrdən daxil olan məlumatda deyilir.

Məlumata əsasən, hazırda SEPAH-ın əsasən etnik azərbaycanlılardan təşkil olunmuş və xüsusi təlim keçmiş diversiya qrupu Ermənistan-Azərbaycan sərhədinin bilavasitə yaxınlığında, Sünik rayonunda yerləşdirili və burada Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır. Əməliyyat qrupunun rəhbəri adı Azərbaycan hökumətinə məlum olan SEPAH generalıdır. Bu adam uzun müddət Suriyada xidmət edib, burada yerli hərbi əməliyyatların, təxribat və terror planlarının hazırlanmasına və həyata keçirilməsinə rəhbərlik edib.

Bir sözlə, Azərbaycan tərəfində bölmə komandirləri və hətta SEPAH-ın diversiya qrupunun bəzi döyüşçüləri haqqında da dəqiq məlumatlar var.

Daxil olan məlumata əsasən, təxribat qrupu Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində ardıcıl iki hücum təşkil etməyi planlaşdırır. Azərbaycan ordusunun postlarından birinə ilk hücumu "düşmənin canlı qüvvəsini məhv etmək" vəzifəsi daşıyan Ermənistan silahlı qüvvələrinin formasında olan bir qrup hərbçi həyata keçirəcək. Azərbaycan ordusunun əsgərləri formasında olan ikinci qrup isə erməni postlarından birinə hücum edərək orada yerləşən bütün əsgərləri məhv edəcək. Eyni zamanda, erməni əsgərlərinin öldürülməsi səhnələri, eləcə də Azərbaycan dilində danışıq videosu çəkiləcək. Bu təxribatlara cavab olaraq Ermənistanın Sünik rayonu ərazisinə SEPAH-ın əlavə bölmələri cəlb oluna və Azərbaycan ordusunun post və mövqelərinə hücumlar həyata keçirilə bilər. Bu zaman İranın Şahid kamikadze pilotsuz təyyarələrindən istifadə edilməsi də mümkündür.

Məlumata görə, döyüşlərə Ermənistandan olan diversantlar da qoşulacaq. Planlaşdırılan təxribatın əsas məqsədi Azərbaycanın növbəti "təcavüz aktı" və Azərbaycan ordusunun "vəhşilikləri" ilə bağlı Aİ missiyası üçün sübutlar toplamaq, habelə beynəlxalq aləmdə Bakıya qarşı növbəti təbliğat kampaniyası təşkil etməkdir. Həmçinin, sərhəddə planlaşdırılan təxribat İran silahlı qüvvələrinin Ermənistan ərazisinə daxil olması üçün hüquqi baza yaratmalıdır.

Bu baxımdan, 2022-ci ilin sentyabrında Azərbaycanı İran-Ermənistan sərhədinə nəzarəti ələ keçirmək niyyətində ittiham edən Ermənistan xarici işlər nazirinin müavininin bəyanatını xatırlatmaq yerinə düşər ki, bu da İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsinə səbəb olub.

Ötən ilin ortalarında 30 iranlının Laçın yolu ilə Qarabağa gəldiyi və indi də orada olması faktlarla sübut olunub. Sonrakı araşdırma onların da SEPAH ilə əlaqəli olduğunu təsdiqləyir.

Onu da xüsusi qeyd edək ki, Azərbaycana qarşı silahlı təxribat törətmək üçün nəzərdə tutulan vaxt təsadüfi seçilməyib. Ermənistan və İran hesab edir ki, fevralın 6-da baş verən dəhşətli zəlzələ ilə əlaqədar daxili problemlərin həllinə başı qarışan Türkiyə mövcud şəraitdə prosesə müdaxilə edə bilməyəcək. Ona görə də onlar əlverişli şansdan istifadə etməyə çalışaraq Azərbaycana qarşı çoxdan planlaşdırılan təxribatları həyata keçirmək istəyirlər.

Aktyor axtarışların zülmət qaranlıqda aparılmasından danışdı like
  • 08 Fev 18:31  
Digərləri Aktyor axtarışların zülmət qaranlıqda aparılmasından danışdı

Türkiyəli aktyor Sinan Albayrak zəlzələ bölgələrindəki axtarış-xilase

arrow Ətraflı
Zəlzələdə həlak olan Nailə Bünyətovanın FOTOsu like
  • 08 Fev 18:27  
Digərləri Zəlzələdə həlak olan Nailə Bünyətovanın FOTOsu

Xəbər verdiyimiz kimi, Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərind�

arrow Ətraflı
8 yaşlı uşağın sevinci dünyada gündəm oldu  FOTO like
  • 08 Fev 18:20  
Digərləri 8 yaşlı uşağın sevinci dünyada gündəm oldu FOTO

Türkiyədə dəhşətli zəlzələdən sonra dağıntılar altında qalanların

arrow Ətraflı
Əlində tutduğu tutuquşu ilə 55 saat sonra qurtarıldı  VİDEO like
  • 08 Fev 18:11  
Digərləri Əlində tutduğu tutuquşu ilə 55 saat sonra qurtarıldı VİDEO

Türkiyədə fevralın 6-sı baş vermiş güclü zəlzələdə dağıntılar al

arrow Ətraflı
Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib like
  • 08 Fev 18:05  
Digərləri Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib

8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Na

arrow Ətraflı
"Pulu canınıza xərcləməlisiniz, daşdivara yox" like
  • 08 Fev 18:00  
Şou-biznes "Pulu canınıza xərcləməlisiniz, daşdivara yox"

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Zəlzələdə zədələnmiş evində VİDEO çəkərkən dam başına uçdu like
  • 08 Fev 17:51  
Dünya Zəlzələdə zədələnmiş evində VİDEO çəkərkən dam başına uçdu

Türkiyənin Malatya şəhərində bir nəfər dəhşətli zəlzələ nəticəsi

arrow Ətraflı
Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir  VİDEO  FOTO like
  • 08 Fev 17:50  
Digərləri Türkiyəyə yardım aparan köhnə maşının sahibi bu şəxsdir VİDEO FOTO

Bu gün sosial şəbəkələrin Azərbaycan seqmentində qırmızı rəng köhn�

arrow Ətraflı
Türkiyədə tviterə giriş bağlanıb? like
  • 08 Fev 17:44  
Digərləri Türkiyədə tviterə giriş bağlanıb?

Türkiyədə tviter sosial şəbəkəsinə girişdə problem yaranıb.

arrow Ətraflı
Yaddaş zəifliyi yaradan səbəblər hansılardır?  VİDEO like
  • 08 Fev 17:20  
Digərləri Yaddaş zəifliyi yaradan səbəblər hansılardır? VİDEO

Hara qoymuşamsa tapa bilmirəm,yerini unutmuşam,yaddaşım yaman zəifləyib.

arrow Ətraflı
Heyvan yemləri gömrük rüsumundan azad edildi like
  • 08 Fev 17:17  
Digərləri Heyvan yemləri gömrük rüsumundan azad edildi

Bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlav�

arrow Ətraflı
Saxta pulları necə tanımaq olar?  VİDEO like
  • 08 Fev 17:11  
Digərləri Saxta pulları necə tanımaq olar? VİDEO

Sosial şəbəkələrdə yayılan bu görüntü müzakirələrə səbəb olub. B

arrow Ətraflı
Ohanyanın deputat toxunulmazlığına xitam verildi like
  • 08 Fev 17:06  
Digərləri Ohanyanın deputat toxunulmazlığına xitam verildi

Ermənistanda Seyran Ohanyanın deputat toxunulmazlığına xitam verilib.

arrow Ətraflı