Günün qoroskopu: Dostlarınızın köməyindən yararlanın.


Digərləri 08 Fev 2023 00:01:00 232 0

Günün qoroskopu: Dostlarınızın köməyindən yararlanın.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - enerjili və aktiv olun. Rəqiblərinizi üstələyin, onları geridə qoyun. Bu gün səsləndirəcəyiniz ideyalar pis olmasa da, onların hələlik vaxtı çatmayıb. Ətrafınızdakılar sizi sadəcə, anlamaya bilərlər. Uğur əldə etmək üçün fəaliyyət azadlığı olmalıdır. Sərbəst fəaliyyətə nail olmaq üçün işgüzar tərəfdaşlarla münasibətləri korlamayın.

Yeni tanışlıqlar üçün yaxşı gündür. Kimin kim olduğunu anlamağa çalışın.

Müasir texnika almaq olar. Alış-veriş üçün düşərli zamandır.  

Buğa - müsbət təmayüllərin təsiri artır. Gün bir sıra məqamlar baxımından uğurlu gündür. Ətrafınızdakı insanlarla tez dil tapmağa çalışın. Yeni hamilərlə əlaqələr qura bilərsiniz. Bu gün sizi ruhlandıracaq şəxslə görüş istisna deyil.

Kiçik problemlərin həllinə izafi qüvvə sərf etməyin. Qeyri-standart məsələlərin həlli çox vaxt alacaq. Sadəcə, məntiqə və imkanlarınıza güvənməyin. Köhnə dostlardan və ya yaşlı qohumlardan birindən məsləhət almaq olar.

Əkizlər - günün ilk yarısı sakit, məhsuldar dönəmdir. Çətin problemləri həll edəcəksiniz. Yaxın ətrafınızdakı insanlardan fərqli olaraq daha qətiyyətli və əzmkar olun. Saatlar keçdikcə çalışdığınız insanlarla dil tapmaq müşkül olur. Bu da təbii ki, işə təsir edir.

Gizli saxlamaq istədiyiniz məlumat və ya xəbər yayılır. Bədxahlarınızdan biri bu xəbəri yaymaqla sizə ağır zərbə vurmağa can atır. Planlaşdırılmamış alış-veriş uğursuz olacaq, çox vaxt alacaq.

Xərçəng - peşəkar fəaliyyət sahəsində ciddi uğurlara nail ola bilərsiniz. Yeni imkanlar yaranır. Şanslardan istifadə edin. Yaxınlarınızdan biri və ya ətrafınızdakı bir neçə insan iş prosesinə müdaxilə etdikləri üçün səhvlərə yol verə bilərsiniz.

Emosional fon əlverişli deyil. Hisslərinizə hakim olun, emosiyaların təsirinə düşməyin. Yaxın qohumlarla münaqişə yaratmayın. Kor-koranə, mənasız qısqanclıq sevdiyiniz insanla münasibətlərinizi pisləşdirə bilər.

Şir - ünsiyyət, şəxsi işlərin müzakirəsi, yeni tanışlıq və ya əməkdaşlıq üçün əlverişli gündür. Tərəfdaş və ya şərikinizi anlamağa çalışın. Niyyət və ya istəkləri qulaqardına vurmayın. Sizi aldatmağa çalışacaqlar. Yalan danışmayın.

Yeni işlərə başlamaqdan çəkinməyin. Günün ikinci yarısı xoş olmayan situasiyalar vəd edir. Əslində isə hər şey düşündüyünüz kimi çətin və müşkül deyil.

Kiçik səfər və ya səyahətdə fayda var.

Axşam saatlarını aktiv istirahətə həsr edin.

Qız - hər şey yaxşıdır. Darıxmağa vaxt olmayacaq. Qərarları sürətlə qəbul edin. Situasiyadakı dəyişikliklərə aktiv şəkildə uyğunlaşın. İmprovizə pis olmaz. Kiçik maliyyə itkiləri istisna deyil. Alış-veriş sizi razı salmayacaq.

Ailə üzvləri ilə münaqişə yaratmayın. Münasibətlərdə xırda nüansa görə çətinlik yaranarsa, problemin fəsadlarını aradan qaldırmaq asan olmayacaq.

Dövlət qurumları, xüsusilə də hüquq-mühafizə orqanlarının mənsubları ilə təmaslar məsləhət deyil.

Tərəzi - əhatənizdəki insanların münasibəti sizi sevindirəcək. Diqqət mərkəzindəsiniz. Arzu və istəkləriniz diqqətdən kənarda qalmayacaq.

Planlarınızdan birini reallaşdırmaq üçün əlverişli zaman seçin.

Tələblər və iradların sizi yormasına imkan verməyin.

Günün ikinci yarısında problemlər olacaq. Uğurlarınıza paxıllıq edənlər sizə maksimum çətinliklər yaratmağa çalışacaqlar. Ruhdan düşməyin, geri çəkilməyin. Rəqib və ya bədxahı yerində oturdun.

Əqrəb - çoxdan bəri reallaşdırmaq istədiyiniz planları həyata keçirmək üçün münasib gündür. Başladığınız işləri mütləq şəkildə bitirin. Tamamilə yeni işlərdə uğura nail ola bilərsiniz. Yeni informasiyanı tez əxz edin. Məlumatlardan bəziləri az sonra karınıza gələ bilər. Görüş və danışıqlar üçün əlverişli zamandır. Faydalı tanışlıqlar istisna deyil.

Səfər və ya səyahət əhvalınızı yaxşılaşdıracaq. Yaşam arealındakı dəyişiklik müsbət təsirə malikdir.

Axşam saatlarında nikbin olun.

Oxatan - günün ilk yarısında əhvalınız xoş olmayacaq. Sevinc üçün səbəblərin az, qıcıqlıq və stress üçünsə çox olduğunu düşünürsünüz. Ətrafınızdakı insanların əsəblərini tarıma çəkərək onların səbrini yoxlamayın. Münaqişələrə səbəbkar olmayın.

Günün ikinci yarısında kiçik, amma xoş hadisələr baş verəcək. Müsbət təmayüllərin təsiri artır.

Dostlarla görüş və romantik təmaslar üçün yaxşı vaxtdır.

Oğlaq - təlaşa qapılmayın, narahat olmayın. Sakit və soyuqqanlı çalışsanız, gün uğurlu olacaq. Uğura əmin olun, qətiyyətlə davranın. Səfərə yollanmaq, şəraiti dəyişmək olar. Rutin məsələlərin həllini unutmayın. Gəlir istisna deyil.

Yaxşı tanımadığınız insanlara etibar etməyin. Maliyyə və ya digər maraqları olan insan etimadınızdan sui-istifadə edə bilər. Risk etməməyə çalışın.

Şəxsi münasibətlərdə düşünülməmiş təşəbbüslər məsləhət deyil.

Dolça - başladığınız istənilən işi tam bitirməyə çalışın. Yeni işiniz mühüm, məqsədiniz isə genişmiqyaslı olsun. Səfərə yollana bilərsiniz. Bir zamanlar məhsuldar əməkdaşlığınızın olduğu insan maraqlı işgüzar təşəbbüs və ya təkliflə qayıdacaq.

Sərfəli saydığınz şərtlərdə israr edin. Situasiyanı nəzarətdə saxlayın.

Ev və məişət qayğıları artır. Narahat olmayın, bütün çətinlikləri dəf etmək olar. Xırda çətinliyin qarşısında geri çəkilməyin. Nikbinliyiniz ətrafınızdakılara da sirayət edəcək. Əmin olun ki, fəlakət saydığınız problemin həlli çox sadədir.

Balıqlar - məşğul olduğunuz iş nə qədər mürəkkəb və mühüm olarsa, gününüz bir o qədər uğurlu alınacaq. Sizin üçün yeni sahədə böyük uğurlara nail ola bilərsiniz. Yardımlardan imtina etməyin.

Dostlarınızın köməyindən yararlanın.

Kiçik, amma bahalı əşyalar almaq üçün əlverişli gündür. Romantik təmasın yaxşı keçməsi üçün var qüvvənizlə çalışın.

Səmimi, həssas olun.  

Son.az

Türkiyənin Van əyalətində like
  • 07 Fev 23:59  
Dünya Türkiyənin Van əyalətində

Türkiyənin Van əyalətində 4,2 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən like
  • 07 Fev 23:57  
Dünya Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən

Türkiyədə zəlzələ nəticəsində ən çox ölüm halı qeyd edilən bölg�

arrow Ətraflı
Ərdoğan sabah zəlzələdən zərər çəkmiş əyalətlərə like
  • 07 Fev 23:56  
Siyasət Ərdoğan sabah zəlzələdən zərər çəkmiş əyalətlərə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Türkiyənin zəlzələdən

arrow Ətraflı
İmam (ə.f) doğrudandamı sərdabədən qeybə çəkilib? like
  • 07 Fev 23:55  
Digərləri İmam (ə.f) doğrudandamı sərdabədən qeybə çəkilib?

Şiənin V əsrə (h.q) qədərki qədim və mötəbər qaynaqlarında bu sərda

arrow Ətraflı
Rəddiməzalim nədir? like
  • 07 Fev 23:50  
Digərləri Rəddiməzalim nədir?

İnsan bəzən həyatı boyu başqalarının haqqını tapdalayar. İnsanların

arrow Ətraflı
Yüksək təzyiqi salan xüsusi pomidor satışa çıxarıldı like
  • 07 Fev 23:45  
Digərləri Yüksək təzyiqi salan xüsusi pomidor satışa çıxarıldı

Yaponiyada geni dəyişdirilmiş xüsusi pomidorlar satışa çıxarılıb.

arrow Ətraflı
Özündən razı qalmaq like
  • 07 Fev 23:40  
Digərləri Özündən razı qalmaq

Ey əziz qardaş, ücbdən (özündən razı qalmaq) və nəfsə ibadətdən ç�

arrow Ətraflı
Həkim mədə xərçənginin ən erkən əlamətini like
  • 07 Fev 23:35  
Digərləri Həkim mədə xərçənginin ən erkən əlamətini

Zərərli qidalanma hazırda mədə xərçəngini yaradan əsas faktorlardan bir

arrow Ətraflı
Bakı: Türkiyə üçün yardım toplaması davam edir like
  • 07 Fev 23:34  
Digərləri Bakı: Türkiyə üçün yardım toplaması davam edir

Azərbaycanlıların Türkiyə üçün yardım toplaması gecə saatlarında da

arrow Ətraflı
Gündə yarım nar yeməyin like
  • 07 Fev 23:30  
Digərləri Gündə yarım nar yeməyin

Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini

arrow Ətraflı
Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə like
  • 07 Fev 23:27  
Digərləri Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub.

arrow Ətraflı
“SOCAR Türkiyə” xilasetmə avtomobillərini pulsuz like
  • 07 Fev 23:26  
Dünya “SOCAR Türkiyə” xilasetmə avtomobillərini pulsuz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan &

arrow Ətraflı
Bel ətrafı 90 smdən çox olanlar az yaşayır like
  • 07 Fev 23:25  
Digərləri Bel ətrafı 90 smdən çox olanlar az yaşayır

İnsanın bel çevrəsi onun ömrünə də təsir edir.

arrow Ətraflı
Behiştdə əbədi ağaclar like
  • 07 Fev 23:20  
Digərləri Behiştdə əbədi ağaclar

"Üddətüd-dai" kitabında rəvayət olunub ki, Rəsuli Əkrəm bağd

arrow Ətraflı
Əgər bədəndə ağrılar kəsmirsə, bu adi herpes ola bilər  İnfarktla səhv like
  • 07 Fev 23:15  
Digərləri Əgər bədəndə ağrılar kəsmirsə, bu adi herpes ola bilər İnfarktla səhv

Bəzən xəstələr bədənin müxtəlif nahiyələrində kəsici, yandırıcı

arrow Ətraflı