Özündən razı qalmaq


Digərləri 07 Fev 2023 23:40:00 242 0

Özündən razı qalmaq

Ey əziz qardaş, ücbdən (özündən razı qalmaq) və nəfsə ibadətdən çəkin! Ücb elə bir günahdır ki, toxumu küfr, torpağı nifaq, suyu fitnə-fəsad, budaqları cəhalət, yarpaqları zəlalət, meyvəsi isə lənət və ədəbi Cəhənnəm alovudur. (Nəql edilən rəvayətdə Allah-Təala Davud (ə)-a buyurur: "Ey Davud, günahkarlara müjdə ver, möminlərə isə xəbərdarlıq et! Davud (ə) buyurdu: Günahkarlara necə müjdə verim və möminləri nə üçün xəbərdar edim? Allah-Təala buyurur: Ey Davud, günahkarlara müjdə ver ki, Mən onların tövbələrini qəbul edib, günahlarını bağışlayaram. Möminlərə xəbərdarlıq et ki, əməllərini ücb etməsinlər. Çünki möminin ücbü həlak olmaqdan başqa bir şey deyildir")

Özündən razı qaldıqda bir an kim olduğunu xatırla. çünki sənin əvvəlin üfunətli nütfə, sonun murdar cəsəddir. Bu ikisinin arasında isə üfunətli nəcasət və müxtəlif növ bakteriya və virus daşıyıcısısan. ("Mişkatul-ənvar" Təbərsi, səh.319) Ləzzət və cəlal sahibi olan Allahın əzəməti haqqında fikirləş! Həmçinin, özünün zəlil, möhtac, milçək və ağcaqanad qarşısında aciz olduğunu unutma! Təbii hadisələr və bəlalar qarşısında zəif olduğunu xatırla! Nəfsini məğlub etməyi şüar seç! Bu, ən fəzilətli sifətlərdən biridir. Bunun faydasının dünya və axirətdə həddi və hüdudu yoxdur. Allah-Təala Qurani-Kərimdə buyurur:

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ

"Pis əməlləri onun üçün zinətlənmiş olan və onları gözəl görən bir kəs, (həqiqəti görən mömin kimidirmi? Əsla belə deyildir!) çünki, Allah (bəşəri hidayətə dəvət edib dəlilləri təqdir etdikdən sonra) istədiyini azğınlıqda buraxar və istədiyini doğru yola yönəldər" ("Fatir" surəsi, ayə, 8) Nəql edilən rəvayətdə Rəsulullah (s) buyurub: "Möminlərin yaxşılıqları müqabilində ücb etməsi həlakdan savayı bir şey deyildir" ("Biharul-Ənvar" Əllamə Məclisi, c.72, səh.321) İmam Əmirəl-möminin (ə) buyurub: "Özün-özünə təəccüblənmə və xoşun gəldiyin bir şeyə çox bağlanma. Çünki bu, Şeytanın əlinə keçən ən gözəl fürsətdir ki, yaxşılıq edəni öz-özünə heyrətləndirsin". "Ücb fəlakətlə nəticələnir" "Ücbun meyvəsi kin-küdurətdir" "Razı olma ağlın fəsada uğrasın" "Ücb edənin ağlı olmaz" "Ücb axmaqlığın ünvanıdır" ("Ğurarul-hikəm" səh.308)

Həkim mədə xərçənginin ən erkən əlamətini like
  • 07 Fev 23:35  
Digərləri Həkim mədə xərçənginin ən erkən əlamətini

Zərərli qidalanma hazırda mədə xərçəngini yaradan əsas faktorlardan bir

arrow Ətraflı
Bakı: Türkiyə üçün yardım toplaması davam edir like
  • 07 Fev 23:34  
Digərləri Bakı: Türkiyə üçün yardım toplaması davam edir

Azərbaycanlıların Türkiyə üçün yardım toplaması gecə saatlarında da

arrow Ətraflı
Gündə yarım nar yeməyin like
  • 07 Fev 23:30  
Digərləri Gündə yarım nar yeməyin

Gündə cəmi 30 qram nar, yəni bir narın yarısını yemək və ya şirəsini

arrow Ətraflı
Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə like
  • 07 Fev 23:27  
Digərləri Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə

Bakıda beş ailənin yaşadığı birmərtəbəli evlərdə yanğın olub.

arrow Ətraflı
“SOCAR Türkiyə” xilasetmə avtomobillərini pulsuz like
  • 07 Fev 23:26  
Dünya “SOCAR Türkiyə” xilasetmə avtomobillərini pulsuz

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan &

arrow Ətraflı
Bel ətrafı 90 smdən çox olanlar az yaşayır like
  • 07 Fev 23:25  
Digərləri Bel ətrafı 90 smdən çox olanlar az yaşayır

İnsanın bel çevrəsi onun ömrünə də təsir edir.

arrow Ətraflı
Behiştdə əbədi ağaclar like
  • 07 Fev 23:20  
Digərləri Behiştdə əbədi ağaclar

"Üddətüd-dai" kitabında rəvayət olunub ki, Rəsuli Əkrəm bağd

arrow Ətraflı
Əgər bədəndə ağrılar kəsmirsə, bu adi herpes ola bilər  İnfarktla səhv like
  • 07 Fev 23:15  
Digərləri Əgər bədəndə ağrılar kəsmirsə, bu adi herpes ola bilər İnfarktla səhv

Bəzən xəstələr bədənin müxtəlif nahiyələrində kəsici, yandırıcı

arrow Ətraflı
Meksika Türkiyəyə xilasedicilər like
  • 07 Fev 23:14  
Dünya Meksika Türkiyəyə xilasedicilər

Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması,

arrow Ətraflı
Mobil cihazlarımızda zəlzələni öncədən bildirən like
  • 07 Fev 23:12  
Digərləri Mobil cihazlarımızda zəlzələni öncədən bildirən

Son günlər qardaş Türkiyədə baş verən zəlzələlər bir daha diqqəti t

arrow Ətraflı
Şeyx Tusi və məhdəviyyət like
  • 07 Fev 23:10  
Digərləri Şeyx Tusi və məhdəviyyət

Şeyx Tusi (vəfatı: h.q. 460) "Əl-Ğeybət" kitabında həm nəqli

arrow Ətraflı
Hansı qidalar qanda xolesterini azaldır like
  • 07 Fev 23:05  
Digərləri Hansı qidalar qanda xolesterini azaldır

Rusiyanın məşhur həkimi Aleksandr Myasnikov qanda zərərli xolesterini salm

arrow Ətraflı
Kişi orqanizmi üçün ən təhlükəli içki like
  • 07 Fev 23:01  
Digərləri Kişi orqanizmi üçün ən təhlükəli içki

Pivə kişilər üçün ən təhlükəli spirtli içkidir.

arrow Ətraflı
Mənəvi və maddi mükafatlar like
  • 07 Fev 22:55  
Digərləri Mənəvi və maddi mükafatlar

Biz inanırıq ki, məad həm ruhi və həm də cismi səciyyə daşıyır. Elə

arrow Ətraflı
Ukraynaya 100ə yaxın “Leopard 1” like
  • 07 Fev 22:54  
Siyasət Ukraynaya 100ə yaxın “Leopard 1”

Niderland Almaniya və Danimarka ilə əməkdaşlıq çərçivəsində 100-ə ya

arrow Ətraflı