Rəcəb ayının orucu haqqında heyrətləndirici savab


Digərləri 04 Fev 2023 22:40:00 263 0

Rəcəb ayının orucu haqqında heyrətləndirici savab

Şeyx Səduq "Səvabul-əmal" və "Əmali" kitablarında öz sənədi ilə nəql edir ki, Peyğəmbər (s) buyurdu:

"Hər kim Rəcəb ayının otuz gününü oruc tutsa, səmadan bir carçı belə səslənər: "Ey Allahın bəndəsi! Keçmiş günahların bağışlandı, ömrünün qalan hissəsində əməllərini təzədən başla."

Mütəal Allah bütün cənnətlərin hər birində ona qızıldan 40 milyon şəhər verər, hər şəhərdə 40 milyon qəsr, hər qəsrdə 40 milyon otaq, hər otaqda 40 milyon qızıl süfrə, hər süfrədə 1 milyon böyük sini, hər sinidə 40 milyon çeşiddə, ayrı-ayrı xörək və içkilər vardır.

Hər bir evdə 40 milyon qızıl taxt vardır ki, onların hər birinin eni min zira, uzunu min ziradır. Taxtın hər birində hurul-eyndən bir kəniz vardır.

Onların hər birinin nurdan 300 min zülfü vardır, bu zülflərin hər birindən müşk və ənbər nişanəsi olan 1 milyon cəvahir asılmışdır ki, Rəcəb ayını oruc tutan onun yanına gəlsin.

Bütün bunlar Rəcəb ayının hər gününü oruc tutan şəxs üçündür.

Dedilər: "Ey Allahın rəsulu (s)! Əgər bir kəs zəifliyi, ya xəstəliyinə görə, yaxud qadın üzürlü olduğuna görə oruc tuta bilməsə, vəsf etdiyin savaba yetişmək üçün nə etməlidir?"

Həzrət buyurdu: "Hər gün üçün bir ədəd çörək sədəqə versin.

And olsun canım onun əlində olan kəsə! Əgər hər gün belə sədəqə versə, dediklərimə və ondan artığına da yetişər. Çünki göylərin və yerin bütün məxluqatı toplaşaraq bu əməlin savabının miqdarını ölçmək istəsələr, cənnətlərdə ona çatacaq fəzilət və dərəcələrin onda birini də ölçə bilməzlər."

Dedilər: "Ey Allahın rəsulu (s)! Sədəqə verə bilməyən kəs vəsf etdiklərinə yetişmək üçün nə etməlidir?"

Həzrət buyurdu: "Rəcəb ayı 30 gün boyunca hər gün bu təsbihi 100 dəfə desin:

سُبْحَانَ الْإِلَهِ الْجَلِيلِ، سُبْحَانَ مَنْ لا يَنْبَغِي التَّسْبِيحُ إِلّا لَهُ، سُبْحَانَ الْأَعَزِّ الْأَكْرَمِ، سُبْحَانَ مَنْ لَبِسَ الْعِزَّ وَ هُوَ لَهُ أَهْلٌ

Subhanəl-ilahil-cəlil. Subhanə mən la yənbəğit-təsbihu illa ləh. Subhanəl-əizzil-əkrəm. Subhanə mən ləbisəl-izzə və huvə ləhu əhl.

Böyük Allah bütün eyblərdən pak və uzaqdır. Bütün eyblərdən pak və uzaqdır o Allah ki, təsbih və zikr Ondan başqasına layiq deyil.

Əziz və kərim Allah bütün eyiblərdən pak və uzaqdır. İzzət libasına məxsus və izzət sahibi olan Allah bütün eyblərdən pak və uzaqdır.

Meyiti 44 gün sonra tapılan şəxslə bağlı like
  • 04 Fev 22:37  
Digərləri Meyiti 44 gün sonra tapılan şəxslə bağlı

2022-ci ilin dekabr ayında Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kən

arrow Ətraflı
Rusiya müharibəyə məhkum qadınları like
  • 04 Fev 22:36  
Siyasət Rusiya müharibəyə məhkum qadınları

Rusiya Ukrayna ilə müharibəyə qadın məhbusları da cəlb etməyə başlay�

arrow Ətraflı
İştahanın azalması xəstə qaraciyərdən xəbər verir – like
  • 04 Fev 22:35  
Digərləri İştahanın azalması xəstə qaraciyərdən xəbər verir –

Qaraciyər xəstəliklərinin ilk əlamətlərindən biri də iştahın itməsid

arrow Ətraflı
“Polis Akademiyası”nın “komissar”ı like
  • 04 Fev 22:34  
Dünya “Polis Akademiyası”nın “komissar”ı

Məşhur aktyor Corc R. Robertson 89 yaşında vəfat edib.

arrow Ətraflı
Zelenski Rişi Sunakla telefonla like
  • 04 Fev 22:32  
Siyasət Zelenski Rişi Sunakla telefonla

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Su

arrow Ətraflı
Təhsil sektorunun əməkdaşı yol qəzasında like
  • 04 Fev 22:31  
Digərləri Təhsil sektorunun əməkdaşı yol qəzasında

Bu gün Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Hər gün içdiyimiz limonlu çay bu təhlükəli xəstəliyin like
  • 04 Fev 22:30  
Digərləri Hər gün içdiyimiz limonlu çay bu təhlükəli xəstəliyin

ABŞ-da alimlərin apardığı araşdırmalar nəticəsində, limonlu çayın x�

arrow Ətraflı
Sərnişin avtomobildə siqaret çəkdi, cərimə sürücüyə yazıldı  VİDEO like
  • 04 Fev 22:28  
Digərləri Sərnişin avtomobildə siqaret çəkdi, cərimə sürücüyə yazıldı VİDEO

Taksi sürücüsü avtomobilində tütün çəkilməsinə görə 40 manat cərim

arrow Ətraflı
Ronaldonun sevgililisi bu səbəbdən like
  • 04 Fev 22:26  
Dünya Ronaldonun sevgililisi bu səbəbdən

Portuqaliyanın "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldonun

arrow Ətraflı
Dərindən nəfəs alıb,bu 5 sözü like
  • 04 Fev 22:25  
Digərləri Dərindən nəfəs alıb,bu 5 sözü

"Obsesif düşüncələr (obsesyonlar) insanın iradəsinə zidd olaraq ida

arrow Ətraflı
Türkiyədə sərnişin avtobusu aşıb: like
  • 04 Fev 22:23  
Dünya Türkiyədə sərnişin avtobusu aşıb:

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, yetirməsə... like
  • 04 Fev 22:20  
Digərləri O hansı ibadətdir ki, əgər yerinə yetirsə, haramdır, yetirməsə...

"Əmirəl-möminin (ə) Şəqşəqə xütbəsini bəyan edəndən sonra bir

arrow Ətraflı
Zəif ürəyin 5 səbəbi... – Bədənin mühərriki like
  • 04 Fev 22:15  
Digərləri Zəif ürəyin 5 səbəbi... – Bədənin mühərriki

Müasir insanın ürəyi stress, həyat şəraiti və zərərli qidalanmadan 30

arrow Ətraflı
Təsirli dualar... like
  • 04 Fev 22:10  
Digərləri Təsirli dualar...

Dua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda v

arrow Ətraflı
Damarda tromb 1 ay ərzində özünü like
  • 04 Fev 22:05  
Digərləri Damarda tromb 1 ay ərzində özünü

Postflebitik sindrom - dərin venaların trombu zamanı 50% xəstələrin üzlə

arrow Ətraflı