Təsirli dualar...


Digərləri 04 Fev 2023 22:10:00 164 0

Təsirli dualar...

Dua xalis niyyətlə olduqda hansı dildə, hansı ləhcədə, hansı məkanda və zamanda olmasından asılı olmayaraq, təsirli və faydalı olur. Lakin ən üstün dualar ilahi övliyalardan nəql olunmuş dualar sayılır.

Qurani-Kərimdə peyğəmbərlər və ləyaqətli bəndələrin dilindən nəql olunmuş dualar, əziz Peyğəmbərimiz və pak imamlardan rəvayətlərdə nəql olunmuş dualar bu dualardan sayılır. İki səbəbə görə bu dualar başqa dualardan üstündür:

1. Bu dualar ibadətin qaydalarını bizdən daha yaxşı bilən kəslər tərəfindən deyilmişdir. Onların Allaha münasibətdə mərifətləri daha çox olmuş və dua etməyin qayda-qanunlarını başqalarından daha yaxşı bilmişlər. Bundan əlavə, onlar daha kamil mərifət sahibi olduqlarından istəkləri bizim istəklərimizdən daha üstün və daha bəyənilmiş sayılır. Buna görə də necə dua etməyi onlardan öyrənməliyik. Demək olar ki, imamlardan nəql olunmuş dualar hər cəhətdən bizim dualardan, istək və düşüncə tərzimizdən fərqlidir. Adətən, onların duaları Allahı həmd-səna etməklə, Ona təsbih və təkbir deməklə başlanır. Onların istəkləri etiraz və tələbkarlıq yox, üzrxahlıq və bağışlanma istəyi ilə müşayiət olunur. Onlar nemətlərin inkarı, çətinlik və məhrumiyyətlərdən şikayət əvəzinə Allahın rəhmətlərini, sonsuz nemət və fəzlini yada salırlar. Dünyəvi mal və məqam, maddi istəkləri daha az, ilahi yaxınlıq, Allahın razılığı və insani kamillikləri isə daha çox dilə gətirirlər.

Başqa bir tərəfdən, rəvayət yolu ilə bəyan oluna bilməyən bir çox uca və dəyərli biliklər dualar yolu ilə, xüsusən imam Səccadın (ə) duaları ilə yayılmışdır. Çünki hidayət imamları dua halında haqqın zatı ilə qarşı-qarşıya olmuş və Onunla razü-niyaz etmişlər. Buna görə də ürəklərində olanları dilə gətirmiş və Allahla onu tanıdıqları kimi söhbət etmişlər; Ona həmd-səna demiş, Onu vəsf etmişlər. Lakin rəvayətlərdə adi insanlara müraciət olunduğundan bütün maarifi izah etməyə imkan olmamışdır. Rəvayətlərdə camaatın düşüncəsinə uyğun həqiqətlər izah olunmuşdur.

2. Peyğəmbərlər və hidayət imamlarından nəql olunmuş duaları oxumaqla həqiqətdə onlara ardıcıl olmuş oluruq. Allahın peyğəmbəri və Onun dostlarına ardıcıllığı tövsiyə edən bir sıra göstərişlər bizə ünvanlanır. Demək, imamlardan nəql olunmuş duaları oxumaqla ən yaxşı duaları ən yaxşı qaydada oxumuş oluruq. Bundan başqa, ilahi övliyaların üsuluna da riayət etmiş oluruq. Bu isə duanın özündən əlavə, ayrıca bir fəzilət sayılır.

Əlbəttə, böyüklərin davamçı və ardıcılı olmağın bir çox faydaları vardır. Ən böyük fayda isə bu işlə insanın təkəbbürdən uzaqlaşması və ondan da böyük, ondan da qabaqcıl insanların olmasını hiss etməsidir. Bu nöqtə nəfsi təmizləmək üçün çox əhəmiyyətlidir. Bir çoxları nəfsi paklaşdırdıqdan sonra müəyyən kamillik mərhələləri keçirlər. Bununla da başqaları ilə müqayisədə özlərini onlardan üstün görür və təkəbbürə düçar olurlar. Bu iş də insani çirkinliklərdən sayılır. Lakin insan ilahi bəndələr və ilahi yol yolçularının hamısından öndə və hamının tabe olduğu karvan başçısı olduğunu nəzərə alarsa, Ona qarşı müti olar. Bu düşüncə insanın təkəbbürünə mane olar. Əhli-beyt (ə) vilayəti nemətindən məhrum kəslər bəzi vaxtlardakı xalis niyyətləri və çəkdikləri əziyyətlərə baxmayaraq, nəfsin paklaşdırılması üçün zəhmətlərindən bəhrə götürməmiş və bir sıra səhvlərə düçar olmuşlar. Bu da daha çox onların qüruru səbəbindəndir.

Onlar pak imamların məqamını tanımadıqlarından və onların insaniyyət karvanının rəhbər olduğunu anlamadıqlarından bəzən elə təsəvvür edirdilər ki, zirvə məqama çatmışlar və tam vilayət əldə etmişlər. Buna görə də bəzən onlardan bəndəliklə bir araya sığmayan sözlər eşidilirdi. Lakin yaranmışların ən şərəflisi olan girami Peyğəmbər (s) ömrünün son anına kimi belə deyirdi: "Əşhədu ənnə Muhəmmədən əbduhu...". Əhli-beytin sadiq ardıcılları heç zaman belə gümana düşmürlər. Bu da onların tabe olduqları vilayətin böyük bərəkətlərindən biridir.

Damarda tromb 1 ay ərzində özünü like
  • 04 Fev 22:05  
Digərləri Damarda tromb 1 ay ərzində özünü

Postflebitik sindrom - dərin venaların trombu zamanı 50% xəstələrin üzlə

arrow Ətraflı
Adi soyuqdəymə ilə səhv salınan 4 like
  • 04 Fev 22:01  
Digərləri Adi soyuqdəymə ilə səhv salınan 4

Soyuqdəymənin əsas simptomlarını hamı bilir: hərarətin yüksəlməsi, z�

arrow Ətraflı
Dünya axirətə atılan körpüdür like
  • 04 Fev 21:55  
Digərləri Dünya axirətə atılan körpüdür

Sosioloq və din sahəsində tədqiqatçı olan İmad Əfruğ "Nəhcül-bə

arrow Ətraflı
Bu dua insanı dində sabitqədəm edər like
  • 04 Fev 21:50  
Digərləri Bu dua insanı dində sabitqədəm edər

İnsanın qəlbi adətən iki tərəfdən birinə meyil edər ki, onlardan biri

arrow Ətraflı
Bu iki ölkə “Quran"ın yandırılmasına like
  • 04 Fev 21:49  
Dünya Bu iki ölkə “Quran"ın yandırılmasına

Norveç və Finlandiya "Qurani-Kərim"in yandırılmasına icazə verm

arrow Ətraflı
Ukraynadan uğurlu əməliyyat: Ruslara like
  • 04 Fev 21:48  
Siyasət Ukraynadan uğurlu əməliyyat: Ruslara

Son sutka ərzində Ukrayna aviasiyası və artilleriyası rus ordusuna qarşı

arrow Ətraflı
“ABŞ bölgəyə girmək, Rusiya isə çıxmaq istəmir” like
  • 04 Fev 21:47  
Siyasət “ABŞ bölgəyə girmək, Rusiya isə çıxmaq istəmir”

"Rusiya ilə Amerika bir məxrəcə gəlmədiyi üçün Qarabağ danışıq

arrow Ətraflı
Marketlər şəbəkəsi və biznes qurumları toksiki ziyan mənbəyidir – like
  • 04 Fev 21:46  
Digərləri Marketlər şəbəkəsi və biznes qurumları toksiki ziyan mənbəyidir –

Polietilen torbaların pullu olacağı ilə bağlı məsələ yenidən gündəm�

arrow Ətraflı
Kistik Fibroz like
  • 04 Fev 21:45  
Digərləri Kistik Fibroz

Kistik fibroz qalıcı ağciyər infeksiyasına səbəb olan və zamanla nəfəs

arrow Ətraflı
“Taliban”dan şok addım: Qızları müdafiə edən professor like
  • 04 Fev 21:44  
Dünya “Taliban”dan şok addım: Qızları müdafiə edən professor

"Taliban"ın Əfqanıstanda qızlara tətbiq etdiyi təhsil qadağası

arrow Ətraflı
Anar Mədətovun həyat yoldaşı: "Tapşırıqlarınızı like
  • 04 Fev 21:43  
Şou-biznes Anar Mədətovun həyat yoldaşı: "Tapşırıqlarınızı

Tanınmış prodüser Anar Mədətovun stilist həyat yoldaşı Samirə Abbasova

arrow Ətraflı
Aktyor Rəhman Rəhmanov ikinci arvadından da like
  • 04 Fev 21:42  
Şou-biznes Aktyor Rəhman Rəhmanov ikinci arvadından da

Əməkdar artist Rəhman Rəhmanov 28 illik həyat yoldaşı Gülbiçə Rəhmano

arrow Ətraflı
Rus ordusuna şok zərbə  Ağır döyüşlər like
  • 04 Fev 21:41  
Siyasət Rus ordusuna şok zərbə Ağır döyüşlər

"Rus ordusu dörd istiqamətdə hücuma keçib. Müdafiə qüvvələri 9 ya

arrow Ətraflı
Niyə Rəcəb ayı, İmam Əlinin ayı adlandırılır? like
  • 04 Fev 21:40  
Digərləri Niyə Rəcəb ayı, İmam Əlinin ayı adlandırılır?

Əllamə Ayətullah Mirbaqiri elmi bəhslərindən birində buyurmuşdur: "

arrow Ətraflı
Bakıya qarşı plan: ermənilər "əsas gücü" like
  • 04 Fev 21:39  
Siyasət Bakıya qarşı plan: ermənilər "əsas gücü"

Ermənistan-Azərbaycan konflikti ilə bağlı mühüm dövr gəlir. 2023-cü il

arrow Ətraflı