Qubalı qız əvvəlcə “Zil”, sonra avtobus sürücüsü oldu VİDEOREPORTAJ


Digərləri 01 Fev 2023 21:00:00 195 0

Qubalı qız əvvəlcə “Zil”, sonra avtobus sürücüsü oldu  VİDEOREPORTAJ

"Əhməd haradadır?" filmindəki Nərgiz xalanın yük maşını sürməyini görəndən sonra qərar verdim ki, mən də sürücü olacağam. Valideynlərim məni müxtəlif yollarla fikrimdən döndərməyə çalışsalar da, arzularımın arxasınca getdim. 1975-ci ildə Bakıda sürücülük məktəbinə yazıldım. İki yüz oğlanın arasında bircə qız mən idim. Altı aylıq kursdan sonra imtahandan uğurla keçib sürücülük vəsiqəmi aldım. İlk sürdüyüm maşın isə "Zil" markalı yük avtomobili idi.

Bu sözlərin müəllifi 48 illik sürücülük təcrübəsinə malik Nuriyyə Abdullayevadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 68 yaşlı Nuriyyə Abdullayeva Quba rayonun İkinci Nügədi kəndində yaşayır. O, ölkəmizin şimal bölgəsində ilk avtomobil sürən qadınlardandır. Maraqlısı budur ki, N.Abdullayeva sürücülüyə 20 yaşında olarkən "Zil" markalı yük avtomobili ilə başlayıb. İki ildən sonra yük maşınını "QAZ-24"lə dəyişib. Bu maşınla taksi sürücüsü kimi ölkəmizin və keçmiş SSSR-nin bir çox şəhərlərinə sərnişin aparıb. 1979-cu ildən isə "RAF" markalı maşınla sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.

"Sürücülük vəsiqəmi aldıqdan sonra ilk iş yerim Quba Avtomobil Bazası oldu. "Zil" maşınla əsasən meyvə-tərəvəz məhsulları, yük daşıyırdım. Sonra təzə "Volqa"da taksi fəaliyyətinə başladım. İndi qadın sürücülər çoxdur. O, vaxt isə məni bütün Qubada tanıyırdılar. 3-4 il taksi sürücüsü kimi işlədim. Sonra Riqa (Latviya) şəhərinə gedib, oradan təzə "RAF" markalı mikroavtobus gətirdim. Quba-Nügədi marşrutu üzrə sərnişin daşıyırdım. Bir müddət sonra "RAF"-ı, "QAZel"lə dəyişdim. İndi özüm sahibkaram. Hazırda Quba-Nügədi marşrutu üzrə 4 avtobusumuz fəaliyyət göstərir. Hansısa sürücümüzü əvəz etmək lazım gələrsə, özüm sükan arxasına keçirəm", - deyə o söyləyib.

Nuriyyə Abdullayeva Qubada yaxşı sürücü olmaqla yanaşı, həm də toy operatoru kimi tanınıb. Nə az, nə çox, düz 15 il toy məclislərində operator kimi fəaliyyət göstərib.

"O vaxtlar Qubada qız və oğlan toyları ayrı təşkil olunurdu. Qız toyunda qadın musiqiçilər ifa edirdi. Mən də toyların ən sevilən operatoru idim. Gündüz sürücülük edirdim. İşdən sonra toya gedirdim. Operatorluğa böyük həvəsim vardı. Amma avtomobil sürmək mənim üçün bütün məşğuliyyətlərdən önəmlidir", - deyə Nuriyyə Abdullayeva bildirib.

Bəxtiyar Hacıyevin məhkəməsi oldu like
  • 01 Fev 20:59  
Digərləri Bəxtiyar Hacıyevin məhkəməsi oldu

Xətai Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Haclyevin barəsində seçilmi

arrow Ətraflı
FTB Baydenin evində axtarış aparır like
  • 01 Fev 20:50  
Dünya FTB Baydenin evində axtarış aparır

ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhqiqatlar Bürosu

arrow Ətraflı
Rəqssiz yaşaya bilmərəm  94 yaşlı Roza Cəlilova like
  • 01 Fev 20:49  
Şou-biznes Rəqssiz yaşaya bilmərəm 94 yaşlı Roza Cəlilova

"Sonuncu dəfə 90 illik yubileyimdə rəqs etmişdim. Bu gün 94 yaşım v

arrow Ətraflı
Şəxsiyyət faktoru: Prezident İlham Əliyev və Avropa liderləri  TƏHLİL like
  • 01 Fev 20:19  
Siyasət Şəxsiyyət faktoru: Prezident İlham Əliyev və Avropa liderləri TƏHLİL

Dünya siyasətində şəxsiyyətlərin rolu haqqında çox danışılıb və ya

arrow Ətraflı
Çıxarış almaq asanlaşdı  VİDEO like
  • 01 Fev 20:11  
Digərləri Çıxarış almaq asanlaşdı VİDEO

Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir

arrow Ətraflı
Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi like
  • 01 Fev 20:10  
Siyasət Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi

Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�

arrow Ətraflı
Samir Bayramlı mismarlar üstündə ayaqyalın dayandı  VİDEO like
  • 01 Fev 19:49  
Şou-biznes Samir Bayramlı mismarlar üstündə ayaqyalın dayandı VİDEO

Aparıcı Samir Bayramlı "MTV Azərbaycan"ın efirində maraqlı add�

arrow Ətraflı
Burqer sifariş etdi, içindən görün nə çıxdı  VİDEO  FOTO like
  • 01 Fev 19:29  
Dünya Burqer sifariş etdi, içindən görün nə çıxdı VİDEO FOTO

Türkiyənin Adana şəhərində atası Gökhan Osman Yamar ilə getdiyi restora

arrow Ətraflı
Əfqanlar Quranın yandırılmasına belə etiraz etdilər like
  • 01 Fev 19:00  
Dünya Əfqanlar Quranın yandırılmasına belə etiraz etdilər

Əfqanıstanın şərqində yerləşən Məydən-Vərdək vilayətinin sakinlər

arrow Ətraflı
"Antidepresan"a görə tənqid edilən Niyam özündən çıxdı  VİDEO like
  • 01 Fev 18:49  
Şou-biznes "Antidepresan"a görə tənqid edilən Niyam özündən çıxdı VİDEO

Müğənni Niyam Salami Mabel Matizin "Antidepresan" mahnısını ifa

arrow Ətraflı
“Geely” uçan avtomobilin ilk sınaqlarını keçirdi  FOTO like
  • 01 Fev 18:29  
Digərləri “Geely” uçan avtomobilin ilk sınaqlarını keçirdi FOTO

Çinin "Geely" şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqları

arrow Ətraflı
Otlaq sahələrində əsaslı tikintilər qadağan edilir like
  • 01 Fev 18:00  
Digərləri Otlaq sahələrində əsaslı tikintilər qadağan edilir

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d

arrow Ətraflı