Rəqssiz yaşaya bilmərəm 94 yaşlı Roza Cəlilova


Şou-biznes 01 Fev 2023 20:49:00 198 0

Rəqssiz yaşaya bilmərəm  94 yaşlı Roza Cəlilova

"Sonuncu dəfə 90 illik yubileyimdə rəqs etmişdim. Bu gün 94 yaşım var və təbii ki, evdə güzgü qarşısında rəqsin müəyyən hərəkətlərini edirəm. Rəqssiz yaşaya bilmərəm. Məni xalq artisti Fərhad Bəbəlbəylinin yubileyinə dəvət etmişdilər. Çünki mən onun atası Şəmsi Bədəlbəyli ilə birlikdə çalışmışam, yaxın dostluq əlaqələrimiz olub. Çıxışımı etdim, yerimdə əyləşmək istəyəndə musiqi səsləndi. Mən özümdən asılı olmadan eşitdiyim musiqiyə qısa rəqs etdim. Bu rəqsim bütün sosial şəbəkələrdə, internet portallarında yayıldı. Hamı yazmışdı ki, 94 yaşının olmasına baxmayaraq Roza Cəlilova hələ də gözəl rəqs edir. Əslində buna rəqs də demək olmaz, rəqsin müəyyən elementlərindən istifadə etmişdim".

Son.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti, "Şöhrət", "Şərəf" ordenli rəqqasə Roza Cəlilova deyib.

"Sənətdə yaxşı rəqabət şərtdir. Təsəvvür edin ki, ilk qastrollardan sonra artıq şəxsən mənim üçün rəqs qurulması tələbini irəli sürdüm. Daha Əminə Dilbazi üçün qurulan rəqsləri oynamayacağımı dedim. Bunun nəyi pis idi və ya niyə pis anlaşılmalı idi? Bax ondan sonra mənim üçün rəqslər quruldu. Bilirsiniz niyə? Çünki o artıq öz imzasını qoymuşdu. Nə o mənim, nə də mən onun yerini tuta bilməzdik. Mənim üçün qurulan rəqsləri də məndən başqa heç kim oynaya bilmədi. Çünki öz sirlərim var idi. Mən baletdən xalq rəqsinə sevərək keçid etmişəm. İstəyirəm ki, indi xalq rəqsinə gələnlər mənim kimi sevib gəlsinlər", - deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, hər zaman özünə və sənətinə hörmət edib.

"Əminə Dilbazi deyirdi ki, Rozanın bir xasiyyəti xoşuma gəlmir ki, səhnədə baş əyməyi sevmir. O mənim xasiyyətimi çox yaxşı bilirdi. Deyirdi ki, camaat necə əl çalsın ki, sən səhnəyə çıxasan? Deyirdim ki, Əminə, elə bilirəm ki, az əl çalırlar. Özümə, sənətimə qarşı çox hörmətli və tələbkar idim. Konsertdən sonra həmişə həyat yoldaşım mənə deyirdi ki, Roza, hamı getdi, sən hələ çıxmırsan?! Ona deyirdim ki, istəyirəm tamaşaçı elə bilsin ki, mən həyatda yox, səhnədəyəm. 1 adam da çöldə olanda mən konsertdən sonra çıxıb evə getmirdim. Bu günkü zamanla o illəri müqayisə edirəm. Rəqqasə bu toydan çıxıb, o biri məclisə gedir. Rəqs səhnə üçün yaranıb. Səhnə sənətkar üçün pilləkəndir. Tamaşaçının zövqünü oxşayıb, onların rəğbətini qazanmaq böyük və çətin işdir. Hamı buna nail ola bilmir", - deyə sənətkar bildirib.

Şəxsiyyət faktoru: Prezident İlham Əliyev və Avropa liderləri  TƏHLİL like
  • 01 Fev 20:19  
Siyasət Şəxsiyyət faktoru: Prezident İlham Əliyev və Avropa liderləri TƏHLİL

Dünya siyasətində şəxsiyyətlərin rolu haqqında çox danışılıb və ya

arrow Ətraflı
Çıxarış almaq asanlaşdı  VİDEO like
  • 01 Fev 20:11  
Digərləri Çıxarış almaq asanlaşdı VİDEO

Bütün daşınmaz əmlakların qeydiyyata alınması prosesi bir günə və bir

arrow Ətraflı
Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi like
  • 01 Fev 20:10  
Siyasət Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pislədi

Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını q�

arrow Ətraflı
Samir Bayramlı mismarlar üstündə ayaqyalın dayandı  VİDEO like
  • 01 Fev 19:49  
Şou-biznes Samir Bayramlı mismarlar üstündə ayaqyalın dayandı VİDEO

Aparıcı Samir Bayramlı "MTV Azərbaycan"ın efirində maraqlı add�

arrow Ətraflı
Burqer sifariş etdi, içindən görün nə çıxdı  VİDEO  FOTO like
  • 01 Fev 19:29  
Dünya Burqer sifariş etdi, içindən görün nə çıxdı VİDEO FOTO

Türkiyənin Adana şəhərində atası Gökhan Osman Yamar ilə getdiyi restora

arrow Ətraflı
Əfqanlar Quranın yandırılmasına belə etiraz etdilər like
  • 01 Fev 19:00  
Dünya Əfqanlar Quranın yandırılmasına belə etiraz etdilər

Əfqanıstanın şərqində yerləşən Məydən-Vərdək vilayətinin sakinlər

arrow Ətraflı
"Antidepresan"a görə tənqid edilən Niyam özündən çıxdı  VİDEO like
  • 01 Fev 18:49  
Şou-biznes "Antidepresan"a görə tənqid edilən Niyam özündən çıxdı VİDEO

Müğənni Niyam Salami Mabel Matizin "Antidepresan" mahnısını ifa

arrow Ətraflı
“Geely” uçan avtomobilin ilk sınaqlarını keçirdi  FOTO like
  • 01 Fev 18:29  
Digərləri “Geely” uçan avtomobilin ilk sınaqlarını keçirdi FOTO

Çinin "Geely" şirkəti AE200 X01 uçan avtomobilinin ilk sınaqları

arrow Ətraflı
Otlaq sahələrində əsaslı tikintilər qadağan edilir like
  • 01 Fev 18:00  
Digərləri Otlaq sahələrində əsaslı tikintilər qadağan edilir

Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d

arrow Ətraflı
Əlcəzair ilə neft və qaz sahəsində əməkdaşlıq barədə Memorandum təsdiqləndi like
  • 01 Fev 17:58  
Siyasət Əlcəzair ilə neft və qaz sahəsində əməkdaşlıq barədə Memorandum təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Əlcəz

arrow Ətraflı
"Şəxsi həyat gündəmə gəldikcə göz dəyir, çalışın gizli saxlayın"  VİDEO like
  • 01 Fev 17:49  
Şou-biznes "Şəxsi həyat gündəmə gəldikcə göz dəyir, çalışın gizli saxlayın" VİDEO

Aparıcı-aktyor Şəhriyar Əbilov açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Finlandiya ilə statistika sahəsində əməkdaşlıq haqqında Memorandum təsdiqləndi like
  • 01 Fev 17:48  
Siyasət Finlandiya ilə statistika sahəsində əməkdaşlıq haqqında Memorandum təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Statistika

arrow Ətraflı