Çay haqqında bilmədiklərimiz


Digərləri 28 Yan 2023 08:15:00 738 0

Çay haqqında bilmədiklərimiz

Çay(ing.tea) dəmləmə və ya qaynama üsulu ilə hazırlanıb içilən alkoholsuz içkidir. Çay çay kolunun yarpaqlarından dəmlənir. Çay kolu plantasiyalarda xüsusi olaraq yetişdirilir. Çay kolu isti və nəm bölgələrdə yetişir.Ən yaxşı çay kolları Çin, Afrika və Hindistanın tropik və subtropik zonalarında yetişir. Qədim zamanlarda çaydan dərman vasitəsi kimi istifadə edilib. Onun haqqında çoxlu əfsanələr və söyləntilər var. Qədim zamanlarda çinlilər çayı Allahın onlara göndərdiyi ərmağan hesab ediblər. Şərq ölkələrində hər gün çay içməklə podaqra xəstəliyini müalicə etməyə çalışıblar. İlk dəfə Avropada çay XIV Lüdovik dövründə içilib. Kral çayı podaqradan xilas olmaq məqsədilə müalicə vasitəsi kimi qəbul edib. Bu səbəbdən də çay Avropada məşhurlaşmağa başlayıb. Sonra çaydan digər ölkələrin əhalisi də istifadə etməyə başlayıb. Çay yarpaqları əl və ya xüsusi texnoloji vasitələrlə yığılır. Çayın növləri yarpaqların və fermentləmənin keyfiyyətindən asılı olaraq müxtəlif olur. Ən yaxşı çay kol budağının uc hissəsində yetişən iki yarpaqdan hazırlanan çaydır. Belə ki, üst iki yarpaqdan əldə edilən çay ən dadlı və elit çay hesab edilir. Çayın hazırlanması zamanı aşağıdakı texnoloji proseslər baş verir: * Çay yarpaqları toplanır, 4-8 saat müddətində 32-40* C tempraturda qurudulur. * Yarpaqlar burularaq sıxılır. Burulma prosesi mexaniki roller vasitəsilə həyata keçirilir. Bu zaman yarpaqlardan şirə çıxır və o çəkisinin əsas hissəsini itirir. * Çay yarpaqları fermentlənir. Bu zaman onun tərkibibndə olan nişasta sadə şəkərə çevrilir. * Turşu reaksiyasının baş verməməsi üçün yaşıl çay yarpaqları 105*C tempraturda, qara çay yarpaqları isə 90-95*-də qurudulur. * Əldə edilən yarpaqlar çeşidlənir və növlərə ayrılır. * Ətirli çay əldə etmək istədikdə çaya ətirli bitkilər əlavə edilir. * Çay dənələri tərəzidə çəkilir və qablaşdırılır. Çay keyfiyyətinə görə müxtəlif cür olur. 1 Yetişdiyi kolun növlərinə görə fərqli - çin, assam, seylon, kamboca növü 2 Fermentləmənin davamlılığına və dərəcələrinə görə - yaşıl, qara, ağ, sarı, ulun, puer 3 İstehsal olunduğu yerə görə - Çində yaşıl, qara, sarı və ağ çay, Hindistanda kiçik yarpaqlı qara çay və qranulo şəklində olan çay, Yaponiyada yaşıl çay və s. 4 Yarpaqlarının formasına və mexaniki işlənməsinə görə 5 Xüsusi əlavə işlənmələrinə görə 6 Əlavə dadlandırılmasına görə - berqamot, yasəmən, limon, nanə və s. 7 Müalicə xarakteri daşımasına görə - Adətən bu çaylar dərman xarakterli olur. Ən çox çobanyastığı, nanə, moruq, qaxotu, dəvədabanı və s. bitkilərin yarpaqlarından çay hazırlanır. Dəmlənmiş çayın dadlı və ləzzətli olması aşağıdakılardan asılı olur. * çayın düzgün dəmlənməsindən * suya əlavə edilən quru çayın miqdarından * suyun qızdırılma temperaturundan * çay dəmlənən çaynikdən * dəmlənmə prosesindən * fincanlara süzülmə qaydasından. Yuxarıda sadalanan proseslər müxtəlif ölkələrdə müxtəlif cür həyata keçirilir. Çayın dadı və ətri onun hazırlanmasında istifadə edilən çaydan və dəm çaynikindən də asılı olaraq fərqli olur. Od, elektrik və ya samovarda hazırlanan çaylar dadına görə bir-birindən çox fərqlənir. Azərbaycanda ən dadlı çay samovar və çini çaydanlıqda dəmlənən çay hesab olunur. Çay qənd, konfet və ya mürəbbə ilə içmək bizim ölkəmizdə bir adət şəklini alıb. Çoxlu sayda müxtəlif içkilərin istehsal olunmasına baxmayaraq indi də ölkəmizdə evə gələn hörmətli qonaqların qarşısına çay qoyulur. Çaynın Tərkibi Çayın tərkibində 300-dən çox kimyəvi birləşmələr var. Onun tərkibində PP vitamini, kalium, dəmir, ftor, fosfor mineralları, efir yağları, qətran maddəsi, amin turşuları, alkoloidlər və bioloji piqmentlər var. Çayın növündən və dəmlənməsindən asılı olaraq onun tərkibində olan maddələrin miqdarı azala və ya çoxala bilir. Çaynın Xeyri Çay insanın həyat əhəmiyyətli bütün orqanlarına müsbət təsir edir. Ondan müalicə və profilaktika məqsədilə istifadə edilir. Mədə-bağırsaq xəstəlikləri zamanı yaşıl çay bağırsaqların tonusunun artmasına səbəb olur, həzmi sürətləndirir, bakteriyaların ölməsinə səbəb olur. Çay bağırsaqlardakı patogen mikrobları məhv edir, buna görə də dezinteriya zamanı çay içmək tövsiyə edilir. Çay toksinləri bağırsaqdan xaric edir. Alimlər çayın tərkibində daxili qanaxmanı kəsmək qabiliyyətinə malik olan maddə kəşf ediblər. Çay arterial təzyiqi normallaşdırır, qana müsbət təsir edir, trombların və xolesterin əmələ gətirən cisimciklərin əriməsinə səbəb olur. Davamlı olaraq çay içmək damarların elastikliyini və möhkəmliyini artırır. Onun tərkibində olan teobromin və kofein qarışımı sidik ifrazı sisteminin işini stimulyasiya edir, daş əmələ gəlməsinin qarşısını alır. Çay maddələr mübadiləsini sürətləndirir, sərbəst radikallara qarşı mübarizə aparır. Çay içmək soyuqlama, podaqra, piylənmə, qızılca, duzlaşma ilə əlaqədar olan əlamətləri azaldır. Göz və yara xəstəlikləri zamanı tünd çayla xəstə nahiyəni silmək xəstəliyin sağalmasını sürətləndirir. Keyfiyyətli və yaxşı dəmlənmiş çay baş ağrılarını, yorğunluğu, yuxululuğu, fiziki və zehni yüklənməni aradan qaldırır. Çay bədənin və zehnin iş qabiliyyətini artırır. Çaydan kokteyllərin hazırlanması zamanı da istifadə edilir. Kulinariyada bir çox çay kokteyllərindən istifadə olunur. Qlintveyn, kisel çayı ən məşhur çay kokteyllərindəndir. Çaydan təbii rəngləndiricilər əldə edilir və konditer məhsullarının hazırlanmasında istifadə olunur. Çay yağının fiziki-kimyəvi tərkibi zeytun yağının tərkibinə çox yaxındır. Bu səbəbdən də çay yağından müxtəlif kosmetoloji vasitələrin hazırlanmasında geniş istifadə edilir. Çaynın Ziyanı Çayın çoxlu sayda faydalı xüsusiyyətləri olsa da, onun mənfi təsirləri də vardır. Mütəxəssislər hamilə qadınlara gün ərzində 3 stəkandan artıq yaşıl çay içməyi məsləhət bilmir. Bu miqdardan çox yaşıl çay içmək qanda olan fol turşusunun miqdarının azalmasına, uşağın sinir sisteminin və beyninin zəif işləməsinə səbəb olur. Qara çayın tərkibində kofeinin miqdarının çox olduğuna görə ondan çox istifadə etmək uşaqlığın tonusunun artmasına və vaxından əvvəl doğuma səbəb ola

Çexiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu like
  • 28 Yan 08:14  
Siyasət Çexiya Azərbaycanın Tehrandakı səfirliyinə hücumu

Çexiya hökuməti Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətl�

arrow Ətraflı
Bu akademiyada rus dili like
  • 28 Yan 08:12  
Siyasət Bu akademiyada rus dili

Ukraynanın Kiyev-Moqilyansk Akademiyasında rus dilində ünsiyyət qadağan ed

arrow Ətraflı
Mədə qazı necə keçər? like
  • 28 Yan 08:11  
Digərləri Mədə qazı necə keçər?

İnsanlar bəzən çox yeməkdən və ya soyuqlamadan mədə qazları yaşayırl

arrow Ətraflı
Yaralıların son durumu like
  • 28 Yan 08:10  
Siyasət Yaralıların son durumu

Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan�

arrow Ətraflı
Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə like
  • 28 Yan 08:08  
Siyasət Türk Dövlətləri Təşkilatı Azərbaycanın İrandakı səfirliyinə

Türk Dövlətləri Təşkilatının baş katibi Azərbaycanın İrandakı səfi

arrow Ətraflı
Göyəm haqqında like
  • 28 Yan 08:05  
Digərləri Göyəm haqqında

Göyəm çox da iri olmayan göyəm ağacının meyvəsidir. Göyəm ağacı kol

arrow Ətraflı
Ukrayna böhranı: Silah satışı like
  • 28 Yan 08:04  
Siyasət Ukrayna böhranı: Silah satışı

ABŞ-ın silah satışı 2022-ci ildə təxminən 50 faiz artıb.

arrow Ətraflı
İran Ermənistanda "modern keçid məntəqəsi" like
  • 28 Yan 08:02  
Digərləri İran Ermənistanda "modern keçid məntəqəsi"

Ermənistanın Dövlət Gəlirləri Komitəsi ilə İranın "Tana Energy Ma

arrow Ətraflı
Bənövşəni xalq təbabətində necə istifadə edirlər? like
  • 28 Yan 08:01  
Digərləri Bənövşəni xalq təbabətində necə istifadə edirlər?

Xalq arasında dəvərəgöz bənövşə adı ilə adlandırılan bu çiçəyin

arrow Ətraflı
Rəisidən xüsusi göstəriş: Səfirliyə like
  • 28 Yan 08:00  
Siyasət Rəisidən xüsusi göstəriş: Səfirliyə

İran Prezidenti İbrahim Rəisi Tehranda Azərbaycan səfirliyinə qarşı tör

arrow Ətraflı
Erməni diplomat sükan arxasında like
  • 28 Yan 07:55  
Siyasət Erməni diplomat sükan arxasında

Ermənistanın ABŞ-dakı səfirinin sabiq müavini Armen Xarazyan 56 yaşında

arrow Ətraflı
Klementin like
  • 28 Yan 07:51  
Digərləri Klementin

Klementin sitrus bitkisi olub tanjelonun müxtəlif növlərindən biri sayılı

arrow Ətraflı
Terrorçu Səhər TVyə müsahibə verdi like
  • 28 Yan 07:45  
Siyasət Terrorçu Səhər TVyə müsahibə verdi

Daim Azərbaycana qarşı qaralama kampaniyası aparan İranın "Səhər&qu

arrow Ətraflı
40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları like
  • 28 Yan 07:41  
Digərləri 40 yaşdan yuxarı olanlar üçün kakaonun faydaları

Dadlı kakao içkisi insan orqanizminə enerji verir, onu virus və infeksiyalar

arrow Ətraflı
Səfirliyimizə hücumla bağlı türk generaldan like
  • 28 Yan 07:35  
Siyasət Səfirliyimizə hücumla bağlı türk generaldan

Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu bilərəkdən ora

arrow Ətraflı