Ceyhun Bayramov ilə Abdullahian arasında telefon danışığı olub
Siyasət 27 Yan 2023 19:51:00 346 0
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: Tokayev qəzasının araşdırılması ilə bağlı tapşırıq verdi
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, C.Bayramov 1 nəfər əməkdaşın şəhid olduğu və 2 nəfər əməkdaşın yaralandığı İrandakı səfirliyimizə olan terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb.
"Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası"ndan irəli gələrək İran tərəfinin Səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə bir daha xatırlanıb.
İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunması, terror aktının hərtərəfli araşdırılması, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsi və cəzalandırılması qarşı tərəfdən tələb olunub.
İran xarici işlər naziri Abdullahian həlak olan şəxsin ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına baş sağlığı diləklərini çatdırıb. İranın aidiyyəti səlahiyyətli qurumları tərəfindən dərhal hadisəyə reaksiya verildiyini, hazırda isə aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Səfirliyimizin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.
Saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib. Səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyətinin araşdırıldığı qeyd edilib.
Bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə İran naziri tərəfindən ümid ifadə olunub.
İordaniya XİN terror aktı ilə bağlı Azərbaycana başsağılığı verib.
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror
Bir müddətdir küsülü olan Avroviziya təmsilçilərimiz Nigar Camal və Sam
2023-cü il 27 yanvar tarixində Azərbaycan Respublikası İqtisadi Şurasını
Yunanıstan səfirliyi Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu
Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücu
Bu gün Azərbaycanın İrandakı səfirliyinə "Kalaşnikov"la basq�
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanın İrandakı səfirliyinə terror
Niderland Azərbaycanın İrandakı səfirliyinə bu gün baş verən zorakı h�
Milyarder İlon Maskın komandası şirkətin yeni səhmlərini satmağı düş�
Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayə�
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın paytaxtı Tehranda Azərbayca
Səudiyyə Ərəbistanı Krallığı İranın paytaxtı Tehranda Azərbaycan Res
Meksikanın Bakıdakı səfirliyi Azərbaycanın İrandakı səfirliyinin terror