İnsan ən çox neçə il ömür sürə bilər?
Digərləri 25 Yan 2023 21:10:00 266 0
Bu xəbəri də oxu: AzərbaycanGürcüstan sərhədində, "Qırmızı körpü"də SON VƏZİYYƏT
Dünyanın ən uzunömürlü insanı olan 118 yaşlı fransız rahibəsi Lucile Randon bu il yanvarın 18-də vəfat etdi. Onun ölümündən sonra 115 yaşlı ispan Maria Branyas Morera dünyanın ən yaşlı insanı kimi Ginnesin rekordlar kitabına düşdü.
Son.az AZƏRTAC-a istinadən insanın ən çox neçə il ömür sürə bilməsi ilə bağlı alimlərin qənaəti əsasında hazırlanan araşdırma-yazını təqdim edir.
Alimlər uzun illərdir insanın ən çox neçə yaşına qədər yaşaya biləcəyi ilə bağlı araşdırma aparır, müxtəlif rəqəmlər səsləndirirlər. Məsələn, 18-ci əsrdə fransız təbiətşünası Georges-Luis Leclerc qəza və ya xəstəlik keçirməyən bir insanın 100 il yaşaya biləcəyi nəzəriyyəsini irəli sürmüşdü. O vaxtdan bəri həyat şəraitinin yaxşılaşması və tibbin inkişafı insan ömrünün uzanmasına yol açıb. Bu gün "super 100" olaraq ifadə edilən 110 və daha yuxarı yaşdakı insanların sayının artması ilə elm dünyası "Sağlam insan nə qədər yaşaya bilər?" sualını yenidən müzakirə etməyə başlayıb.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, on il əvvəl 100 və daha yuxarı yaşda olan insanların sayı 353 min nəfər idisə, 2021-ci ildə bu rəqəm 593 mini keçib.
Bəzi alimlərin fikrincə, insan ömrü ciddi bioloji göstəricilərdən asılıdır. Genetiklərin bəziləri 1990-cı illərin sonundan bəri insan ömründə heç bir yaxşılaşma olmadığını irəli sürürlər. Beynəlxalq demoqrafik məlumatları təhlil edən tədqiqatçılar dünyada daha çox yaşlı insanların olmasına baxmayaraq, fransız Jeanne Kalmentin (red: 122 yaş - 1997) ölümündən sonra insan ömrünün maksimum azaldığını bildirirlər. Bu fikirləri dəyərləndirən fransız demoqraf Jean-Marie Robinin sözlərinə görə, ümumi rəy ondan ibarətdir ki, insan ömrünün təbii bir həddi var və araşdırmaçılar uzunömürlülüyün təxminən 115 il ilə məhdudlaşdığı qənaətinə gəliblər.
2018-ci ildə aparılan bir araşdırma isə göstərmişdi ki, ölüm nisbəti 85 yaşa qədər artsa da, ondan sonra yavaşlayır. Bu nəzəriyyəyə görə, 110 yaşında 12 nəfər varsa, altısının 111 yaşa, üçünün isə 112 yaşa qədər ömür sürməsi gözlənilir və s. Belə olan halda, əsrlər keçdikcə, uzunömürlülərin də sayının artması mümkündür.
"Həmişə olduğu kimi biz araşdırmağa davam edəcəyik və uzunömürlü insanların səhhəti getdikcə yaxşılaşacaq" - deyən Jean-Marie Robin bu araşdırmanın insan ömrünün yuxarı həddi olduğu anlamına gəlmədiyini də vurğulayıb.
"Əgər, bir filmə büdcə ayrılıbsa, həmin filmin büdcəsindən əlav
"Vahid müəllimin açıq ürək əməliyyatı uğurla keçdi. Hazırda evd
Ərin nikahın pozulmasını tələb etmək hüququ aşağıdakı halda məhdu
Türkiyənin Elazığ şəhərində gündüz vaxtı küçədə iki nəfər aras�
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 42 yeni yolux
Türk sənət musiqisinin divası Bülent Ersoy həyatından bəhs edəcək film
Türkiyəli futbolçu Özer Hurmacının Mihriban Hurmacı ilə 7 illik evliliyi
"Vaxt istəyirdi, deyirdi, Allah mənə imkan versin balamı məktəbə apa
Rusiyalı iş adamı Roman Abramoviç və onun tərəfdaşlarına məxsus Britan
Son günlər Xalq artisti Afaq Bəşirqızının mərhum Əməkdar artist Tünza
Britaniya taxt-tacının əmlakını idarə edən "The Crown Estate" �
Yanvarın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayr
Əməkdar artist Rafael İsgəndərov yeni paylaşımı ilə diqqət çəkib.