Vasif Talıbovun daha bir şok qadağası üzə çıxdı
Digərləri 25 Yan 2023 11:30:00 337 0
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra onunla bağlı maraqlı məlumatlar yayıldı. Bu məlumatlar arasında V.Talıbovun qoyduğu qadağalar daha çox diqqəti cəlb etdi.
Bu xəbəri də oxu: Dünənki faciə dünya mediasında
Muxtar Respublikada Talıbovların hakimiyyətinə son qoyulandan sonra həmin qadağaların əksəriyyəti aradan qalxıb. Qəribə görünsə də, hazırda Naxçıvanda hər kəs həyətində təndir çörəyi bişirə bilir. Naxçıvanlı taksi sürücüləri muxtar respublikanın ərazisində sərbəst fəaliyyət göstərir, heç bir maneə olmadan şəhər və kəndlərə müştəri apara bilirlər. Naxçıvanda mağazaların, iaşə obyektlərinin açılması ilə bağlı tətbiq edilən qadağa da aradan qalxıb. Hazırda muxtar respublikanın kəndlərində bir deyil, bir neçə mağazanın açılmasına icazə verilir.
Son.az bildirir ki, vaxtilə Naxçıvan rayonlarının birinə rəhbərlik etmiş sabiq icra başçısı "Yeni Sabah"a indiyə kimi cəmiyyətə məlum olmayan maraqlı bir qadağadan danışıb. Onun sözlərinə görə, Vasif Talıbovun tətbiq etdiyi qadağalar təkcə sıravi insanları əhatə etməyib. Keçmiş Ali Məclis Sədri Naxçıvan rayonlarının icra başçılarına da bəzi qadağalar qoyub. Onun sözlərinə görə, bu məhdudiyyətlərdən biri toylarla bağlı olub. Həmsöhbətimiz deyib ki, V.Talıbovun hakimiyyətdə olduğu dövrdə öz övladına toy etmək istəyən İcra başçısı mütləq ondan icazə almalı imiş. Hətta qonaq sayı da onunla razılaşdırılmalı imiş.
İcra başçıları qohumlarının, yaxınlarının, tanışlarının toy məclislərinə qatılarkən də bəzi qaydalara əməl etmək məcburiyyətində olublar. Bunlardan ən gülməlisi vaxtla bağlı məhdudiyyət olub. V.Talıbov icra başçılarına hətta ən yaxın qohumlarının toylarında belə 2 saatdan artıq iştirak etməyinə icazə vermirmiş.
Digər bir qadağa isə "nəmər"lə bağlı olub. V.Talıbov icra başçılarına toylara 100 manatdan artıq pul yazdırmağa qadağan edib. O bunu vəzifəli şəxslərin sadə xalqdan seçilməməsi ilə əlaqələndirib.
Ali Məclis sədrinin üçüncü qadağası isə spirtli içkilərlə bağlı olub. Vasif Talıbov icra başçılarına və digər vəzifəli şəxslərə toyda spirtli içki qəbul etməyi qadağan edib.
Həmsöhbətimizin dediyinə görə, Naxçıvan "xan"ı bu tələbə xüsusi olaraq nəzarət edirmiş.
Son.az
Türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi Samar Dadgara ilə evlən
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Vətəndaşlar gəlirlərinin böyük hissəsini məhz ərzağa sərf edirlər.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçu
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) teleseriallarla bağlı media subyek
24yanvar 2023-cü il tarixində Milli Xalça Muzeyində Azərxalça, "AFFFA
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata y
Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.
Rusiya Prezidenti Vladimir Putin Qərbdən Ukraynaya qarşı müharibə ilə ba�
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yek
"Hər bir xoş günümdə gözüm atamı axtarır. Pis günündə də atan�
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Abşeron yarımadasında kül�
Nazirlər Kabineti "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin t�
Daşkəsinin Bayan kəndində 1993-cü il təvəllüdlü gəlini Nəzakət Həs�