Daşkəsəndə qayınata gəlinini buna görə öldürübmüş...
Kriminal 25 Yan 2023 09:44:00 137 0
Daşkəsinin Bayan kəndində 1993-cü il təvəllüdlü gəlini Nəzakət Həsənovanı qətlə yetirən 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayevin məhkəmə prosesi başa çatıb.
Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Mustafayev 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, gəlini mütəmadi olaraq müxtəlif bəhanələrlə anasının evinə getdiyi üçün aralarında narazılıq olub. Növbəti dəfə Nəzakət anasının xəstə olması adıyla İmişliyə gedib. Lakin M.Mustafayev oğlu Samirə zəng edərək, Nəzakətin yalan danışdığını, anasının sağlam olduğunu, gəlinini evə gətirməyi deyib.
Samir İmişliyə yoldaşını gətirməyə getsə də, Nəzakətin anası və bacısı buna razı olmayıb. Samir daha sonra Bakıya gedib, iki ay sonra isə Nəzakət də paytaxta yoldaşının yanına yollanıb.
2022-ci ilin avqust 19-da isə cütlük uşaqlarının sənədlərini düzəltmək üçün kəndə qayıdıb. Hadisənin baş verdiyi gün Məhəmmədəli Mustafayev gəlinini həyətyanı sahədən evə çağırıb. Nəzakət evə daxil olandan sonra o, gəlininə "sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya birdəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy", deyib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qayınata mübahisənin davamında mətbəxtdən götürdüyü bıçaqla gəlininə bir neçə zərbə yetirərək onu öldürüb.
Cinayəti törədən şəxs hadisədən sonra DİN-nin "102" xidmətinə zəng edərək gəlinini öldürdüyünü deyib.
Son.az
Elşad Həsənov: "Avroittifaqın bu birtərəfli qərarı iki ölkə müna

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəs

Azərbaycan öz suveren xarici siyasəti ilə qürur duyur və İsraildə səfir

Ermənistan və dəstəkçilərinin "siyasi qələbə", problemlərini

Əməyi keçən, başsağlığı verən hər kəsə təşəkkür edirəm.

Simvolik qiyamət saatının əqrəbləri 10 saniyə irəli çəkilib. Artıq n�

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa

"Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" deyə

Bir cəmiyyət mədəniyyət və incəsənət sahəsindəki dərinliyi, zənginl

Norveç arsenalındakı 36 "Leopard 2" tankından səkkizini Ukraynaya

İsveçin baş naziri Ulf Kristersson rəsmi Ankara ilə Stokholm arasında pisl

ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin evindən gizli sənədlər tapı

Ukrayna Prezidenti Vladimir Zelenski beş regional dövlət administrasiyasını

Mingəçevirdə 10-cu sinif şagirdi dünyasını dəyişib.
