İranın Zəngəzur dəhlizini nüvə silahı ilə qorumaq “planı”


Siyasət 25 Yan 2023 08:59:00 240 0

İranın Zəngəzur dəhlizini nüvə silahı ilə qorumaq “planı”

"Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" deyən Tehran rejimi ballistik raketlər üçün nüvə başlığı əldə etməyə yaxındır?

İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri Zəngəzurda jurnalistlərlə söhbətində deyib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir: "Ermənistan bizim qonşumuz və dost ölkəmizdir. Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. İranın mövqeyi həmişə beynəlxalq qanunlara uyğun olaraq bütün ölkələrin, o cümlədən Ermənistanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etmək olub. Bu, Ermənistanla münasibətlərdə aparılan siyasətdir. Ümid edirəm ki, iki qədim və çoxəsrlik ölkə arasında bu qarşılıqlı əlaqə bundan sonra da inkişaf edəcək. Yollar, iqtisadi əməkdaşlıq və s. ilə bağlı öz təsirini göstərən müxtəlif istiqamətlərdə işlər aparılır".

Bu arada isə Britaniyanın "Ekspress" qəzeti bildirib ki, İranın öz uran ehtiyatlarını 90%-ə qədər zənginləşdirmək və ballistik raketlər üçün nüvə başlığı əldə etməsi üçün bir neçə həftə vaxt lazımdır. Məqalədə bildirilir ki, bu vəziyyət Qərbi və regional oyunçuları İranı dayandırmaq variantlarını yenidən nəzərdən keçirməyə məcbur edəcək. "İranda etirazlar görünməmiş səviyyəyə çatıb. Milli valyutanın dollara nisbətdə məzənnəsi görünməmiş səviyyədə aşağı düşüb. Tehran hesab edir ki, öz nüvə proqramını silaha çevirdikdən sonra mövqeyini gücləndirəcək və rejim dəyişikliyi mümkün olmayacaq", - "Ekspress" bildirir.

Belə çıxır ki, "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir" deyən molla rejimi erməniləri, eləcə də Zəngəzur dəhlizini də nüvə silahı ilə "qoruyacaq".

Son.az musavat.com-a istinadən bildirir ki, STM əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə dedi ki, Azərbaycanın İsraildə səfirlik açmasından bəhanə olaraq istifadə edən İran Cənubi Qafqazda uzun müddətdir itirdiyi təsir mexanizmini rəsmi İrəvanla əməkdaşlıqla geri qazanmağa çalışır: "Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı zəfərlə Cənubi Qafqazda son 30 ildə mövcud olan status-kvonu dəyişib, Gorus-Qafan yolunun bir hissəsində nəzarət postu quraşdıraraq İranın bölgədə yaranan xaosdan sərbəst qaydada faydalanmasının qarşısını alıb, yeni regional kommunikasiya xətləri və yeni geosiyasi reallıq inşa etməyə başlayıb. 2020-ci ildən bəri bölgədə Türkiyə və Rusiyanın aktivləşməsi fonunda İran arxa planda qalmışdı ki, bunu öz milli maraqlarına təhdid olaraq görən İran yerli mətbuat kanalları, eləcə də hərbi təlimlərlə Azərbaycana təhdidlər yağdırmağa başlamışdı. İran digər bir təsir aləti olaraq Ermənistandan istifadə edir və erməniləri silahlandırmaqla gələcəkdə Cənubi Qafqazda növbəti müharibəyə zəmin hazırlamağa çalışır. İrandan Ermənistana PUA, tank əleyhinə raket kompleksləri və s. verilməsindən başqa, hətta İranın HESA dövlət şirkəti tərəfindən Ermənistanın Spitak şəhərində kiçik PUA zavodu inşa edəcəyinin planlaşdırıldığı iddiaları da var. Lakin Ermənistanla Azərbaycan arasında artıq növbəti müharibə Qarabağ müharibəsi olmayacaq, bu, Zəngəzur müharibəsi olacaq.

İranda ən yüksək rəsmi şəxslər, o cümlədən ali dini rəhbər tərəfindən regionun geosiyasi xəritəsinin dəyişməzliyi vurğulanır, Zəngəzur dəhlizi ölkənin "qırmızı xətti" adlandırılır. Bununla İran Zəngəzur dəhlizinin açılmasını Ermənistan qarşısında tələb və sülh müqaviləsinin şərtlərindən biri kimi irəli sürən Azərbaycana qarşı çıxır. Təbii ki, İran Ermənistanı qorumaq üçün deyil, öz milli maraqlarından çıxış edərək bunu edir. İranın Cənubi Qafqazda rolunun artmasına həm də Rusiya-Ukrayna müharibəsi şərait yaradır.

Burada üçüncü məsələ gündəmə gəlir: İranın nüvə silahı əldə etməsi. 2015-ci ildə Aİ və ABŞ-ın iştirakı ilə İranla imzalanan nüvə sazişi 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada çıxması və İrana yeni sanksiyalar tətbiq etməyə başlaması ilə pozulub. O gündən sonra İran gizli şəkildə nüvə təsisatlarını inkişaf etdirməyə başlayıb və artıq uranı 60%-dən çox zənginləşdirməyə nail olub. Nüvə silahına çevrilməsi üçün isə uranın 90% zənginləşdirilməsi lazımdır və 60-la 90% zənginləşdirmə arasında çox kiçik texniki məsələ var. Odur ki, İranın nüvə başlıqlı raketlərin hazır olduğunu elan etməsi kiçik zaman məsələsidir. Buna Qərb heç bir sanksiya ilə, hətta müvafiq nüvə təsisatlarını vurmaqla da cavab verə bilməz. Belə ki, nüvə silahına dair əldə olunan texniki biliklər qalacaq və təsisatları da hər zaman yenidən qurmaq mümkündür. Nüvə silahına sahib olan dövlətlər danışıqlarda daha sərt üsluba müraciət etmək rahatlığını qazanırlar. Odur ki, İranın nüvə silahına malik olması onun İsraillə, o cümlədən Azərbaycanla münasibətlərində təsirli amil olacaq. İrana qarşı xüsusilə 2022-ci ilin sentyabrında başlayan ümumxalq etirazları fonunda Aİ tərəfindən 4 mərhələdə, hazırda toplamda 164 nəfəri və 31 təsisatı əhatə edən sanksiyalar tətbiq olunub. Lakin Rusiyaya 10 mərhələdə tətbiq olunan on minlərlə sanksiya Rusiyanın regional iddialarının qarşısını almadığı kimi, İrana qarşı on illərdir davam edən sanksiyalara əlavə bir neçəsinin də təsirli olmayacağı təxmin edilə bilər.

O ki qaldı dördüncü, İranın Azərbaycanı nüvə silahı ilə təhdid etməsi məsələsinə, İranın belə bir addım atacağı ehtimal edilmir. Ümumiyyətlə, nüvə silahı bir ölkənin milli təhlükəsizliyinə təhdid zamanı, yəni ölkə məhv edilməklə təhdid olunarkən istifadəsi nəzərdə tutulan ən son silahdır. Azərbaycanın isə Cənubi Qafqaza dair yanaşması məhv etməyə deyil, quruculuğa əsaslanır. Burada İranın da destruktiv deyil, konstruktiv mövqeyə gəlməsi, bölgənin sabitliyini pozacaq addımlar atmaması üçün çağırış etmək, diplomatik kanallarla münasibətləri tənzimləmək lazımdır".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Azərbaycana qarşı cənub qonşumuzun hazırda açıq şəkildə mövqe nümayiş etdirdiyini söylədi: "İran həmişə Ermənistanı müdafiə edib. Sadəcə, əvvəllər bunu qismən gizli etməyə çalışırdısa, indi əməlindən əl çəkmir, açıq mövqe ortaya qoyur. Ümumiyyətlə, molla rejiminin addımları qonşuluqdan, İslamdan uzaq davranışlardır. İranın narahatlığının səbəbi aydındır: bu dövlət Azərbaycanın güclənməsini qəbul etmək istəmir. Bu isə göstərir ki, Tehranın xarici siyasəti "çürükdür". Əks halda, İran qonşuluq və əməkdaşlıq münasibətlərində maraqlı olardı. İkinci bir tərəfdən isə İsraillə Azərbaycan arasındakı münasibətlərin inkişafı İranı narahat edir. İranın Ermənistandakı səfirinin sözləri, əlbəttə, hakimiyyətin mövqeyinin ifadəsidir. Bu cür bəyanatlar, addımlar davam etdikcə İranla normal münasibətlərdən söhbət gedə bilməz. Rəsmi Tehran özü-özünə quyu qazır, regiondan təcrid olunur. İndi İranda daxili xaosun davam etdiyi bir vaxtda bu dövlət qonşuları ilə normal münasibətlər saxlamağa çalışmalıdır. Amma bunun əksini edir. Bu, soyuqqanlı və məntiqli davranışın məhsulu deyil. Fikrimcə, iranlı diplomata cavab verilməlidir. Onlara başa salmaq lazımdır ki, bu cür açıqlamalar münasibətlərə zərbə vurur. Əlbəttə, İran Azərbaycanla müharibə etməz. Ermənistanla bağlı deyilənlər, sadəcə, bu dövlətə xoş gəlmək, beləliklə, rəsmi İrəvandan təxribatçı maraqlar üçün istifadə etmək naminədir. Düşünürəm ki, İrəvan da bunu başa düşməli və alət olmamalıdır".

Yalnız bu xalqlar güclü olur  Ərdoğan like
  • 25 Yan 08:54  
Dünya Yalnız bu xalqlar güclü olur Ərdoğan

Bir cəmiyyət mədəniyyət və incəsənət sahəsindəki dərinliyi, zənginl

arrow Ətraflı
Norveç Ukraynaya səkkiz “Leopard 2” tankı verəcək like
  • 25 Yan 08:49  
Dünya Norveç Ukraynaya səkkiz “Leopard 2” tankı verəcək

Norveç arsenalındakı 36 "Leopard 2" tankından səkkizini Ukraynaya

arrow Ətraflı
Kristersson Türkiyə ilə dialoqu bərpa etmək istəyir like
  • 25 Yan 08:40  
Dünya Kristersson Türkiyə ilə dialoqu bərpa etmək istəyir

İsveçin baş naziri Ulf Kristersson rəsmi Ankara ilə Stokholm arasında pisl

arrow Ətraflı
Maykl Pensin evindən məxfi sənədlər tapılıb like
  • 25 Yan 08:37  
Dünya Maykl Pensin evindən məxfi sənədlər tapılıb

ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin evindən gizli sənədlər tapı

arrow Ətraflı
Zelenski onu da işdən azad edib like
  • 25 Yan 08:27  
Dünya Zelenski onu da işdən azad edib

Ukrayna Prezidenti Vladimir Zelenski beş regional dövlət administrasiyasını

arrow Ətraflı
Azərbaycanda 10cu sinif şagirdi vəfat etdi  FOTO like
  • 25 Yan 08:22  
Digərləri Azərbaycanda 10cu sinif şagirdi vəfat etdi FOTO

Mingəçevirdə 10-cu sinif şagirdi dünyasını dəyişib.

arrow Ətraflı
Marsa uçuş: like
  • 25 Yan 07:57  
Dünya Marsa uçuş:

NASA Qabaqcıl Müdafiə Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə əməkda�

arrow Ətraflı
Pentaqon Kiyevdən Almaniyaya yeni hərbi qrupların gəlməsini gözləyir like
  • 25 Yan 07:52  
Dünya Pentaqon Kiyevdən Almaniyaya yeni hərbi qrupların gəlməsini gözləyir

Pentaqon Kiyevin altı həftə davam edəcək birinci mərhələsi başa çatdı

arrow Ətraflı
Ukraynaya F16lar göndərilir?  Kuleba like
  • 25 Yan 07:46  
Dünya Ukraynaya F16lar göndərilir? Kuleba

Ukrayna növbəti mərhələdə F-16 qırıcı təyyarələrini ala bilər.

arrow Ətraflı
Rusiya müftiləri Quranın yandırılmasını pisləyib like
  • 25 Yan 07:41  
Dünya Rusiya müftiləri Quranın yandırılmasını pisləyib

Rusiyadakı aparıcı mərkəzləşdirilmiş müsəlman təşkilatları İsveçd

arrow Ətraflı
Zelenskidən Makrona: Onları Parisə buraxmayın! like
  • 25 Yan 07:36  
Dünya Zelenskidən Makrona: Onları Parisə buraxmayın!

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron aras

arrow Ətraflı
Rusiya təyyarəsində növbəti gərginlik like
  • 25 Yan 07:31  
Dünya Rusiya təyyarəsində növbəti gərginlik

Rusiya təyyarəsində uçuş zamanı çəndən yanacaq axmağa başlayıb.

arrow Ətraflı
Ukraynalı nazirdən səhvlərlə bağlı etiraf... like
  • 25 Yan 07:26  
Dünya Ukraynalı nazirdən səhvlərlə bağlı etiraf...

Ukrayna müdafiə naziri Aleksey Reznikov hərbçilərin ərzaq təminatı ilə

arrow Ətraflı
BMT Quranın təhqir edilməsini qınayıb like
  • 25 Yan 07:21  
Dünya BMT Quranın təhqir edilməsini qınayıb

BMT İsveç və Niderlandda Quranın təhqir edilməsini məsuliyyətsiz davran�

arrow Ətraflı
Rusiyadan "Leopard"ların göndərilməsinə reaksiya like
  • 25 Yan 07:16  
Dünya Rusiyadan "Leopard"ların göndərilməsinə reaksiya

Kiyevin ağır vəziyyəti onun dəstəkçilərini ciddi narahatlıq edir, lakin

arrow Ətraflı