İonAdriatik boru kəməri Albaniyanın maye qazı təkrar ixrac etməsinə imkan verəcək
Digərləri 25 Yan 2023 11:42:00 284 0
İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropaya maye təbii qazı (MTQ) təkrar ixrac etməyə imkan verəcək.
Bu xəbəri də oxu: Yeni dələduzluq növü: “pul ver, kəsirlərini silim”
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çexiyanın Tiranadakı səfirliyinin iqtisadi məsələlər üzrə diplomatı Pyotr Vlkın məqaləsində deyilir.
"Albaniya üçün qaz kəməri ölkənin şimal bölgələrinin qazlaşdırılması və idxal olunan maye qazın Vlera limanından Cənubi və Mərkəzi Avropa ölkələrinə təkrar ixracı üçün imkan deməkdir. Qaz kəmərinin Albaniya hissəsində işlər 2021-ci ildə başlanıb, lakin təxirə salınıb. Boru kəmərinin Albaniya hissəsinin tikintisinə 5 il lazım olacağı gözlənilir. Bütünlükdə layihənin dəyəri 610 milyon avro təşkil edəcək ki, bunun da 288 milyon avrosu Albaniya hissəsinin payına düşür", - məqalədə deyilir.
Pyotr Vlkın fikrincə, IAP Albaniyanın maye qazdan sənayedə, Trans-Adriatik boru kəməri (TAP) marşrutundan uzaqda yerləşən şimal rayonlarında ev təsərrüfatında istifadəsinə imkan verəcək.
Qeyd edək ki, nəzərdə tutulan İon-Adriatik boru kəməri qazın bir çox Cənub-Şərqi Avropa ölkələrinə nəqli üçün Trans-Adriatik boru kəmərinə qoşula bilər.
516 kilometr uzunluğa malik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada tamamlanacaq. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kub metr qaz təşkil edəcək.
TAP artıq bu layihənin tərtibatçıları ilə, xüsusən Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Hersoqovina), GeoplinPlinovodi (Sloveniya) şirkətləri ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə anlaşma və tərəfdaşlığa dair memorandumlar imzalayıb.
TAP və IAP işçi qrupları yaradılıb və texniki qoşulma məsələlərinin razılaşdırılması məqsədilə mütəmadi görüşlər keçirilməkdədir.
Son.az
Biri ali diplom alır, digəri isə fərqlənmə. Lakin məlum olur ki, bunları
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, rəqəmsal inkişaf və kibertəhlü
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa
Türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi Samar Dadgara ilə evlən
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Vətəndaşlar gəlirlərinin böyük hissəsini məhz ərzağa sərf edirlər.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçu
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) teleseriallarla bağlı media subyek
24yanvar 2023-cü il tarixində Milli Xalça Muzeyində Azərxalça, "AFFFA
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata y
Bakıda supermarketdən yağ oğurlayan qadın tutulub.
Rusiya Prezidenti Vladimir Putin Qərbdən Ukraynaya qarşı müharibə ilə ba�
Qərbi Azərbaycan İcmasında Qayıdış Konsepsiyasının layihəsi üzrə yek
"Hər bir xoş günümdə gözüm atamı axtarır. Pis günündə də atan�
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Abşeron yarımadasında kül�