VTB (Azərbaycan)ın xalis mənfəəti 2,8 dəfə artıb
Digərləri 25 Yan 2023 12:20:00 296 0
"Bank VTB (Azərbaycan)" ASC 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
Bu xəbəri də oxu: Pilotun həyat yoldaşı danışdı: “Onun öldüyü...” – FOTO
Hesabata əsasən, 31 dekabr 2022-ci il tarixinə bankın əməliyyat gəlirləri 39.2 milyon manat, o cümlədən faiz gəlirləri - 24.9 milyon manat, qeyri-faiz gəlirləri - 14.3 milyon manat təşkil edib. 2021-ci ilə müqayisədə bankın faiz gəlirləri 40.9%, qeyri-faiz gəlirləri isə demək olar ki 2 dəfə artıb.
Bank hesabat dövrünü 11.9 milyon manat xalis mənfəətlə bitirib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 2.8 dəfə çoxdur.
Dekabrın sonuna bankın kredit portfeli 159.7 milyon manat, o cümlədən ipoteka kreditləri üzrə portfel - 39.2 milyon manat təşkil edib. Bankın ipoteka kreditləri üzrə portfeli il ərzində 28.9% artıb.
Hesabat dövründə VTB (Azərbaycan) biznesin inkişafına 1.5 mindən çox kredit verib ki, bu göstərici 2021-ci ildəkindən 10 dəfə çoxdur. Verilmiş biznes-kreditlərin ümumi məbləği 44.3 milyon manatdan artıqdır.
Əhalinin banka əmanətləri 2022-ci il ərzində 18.4% artaraq 63.8 milyon manat təşkil edib.
2022-ci ilin sonuna bankın likvidlik əmsalı 98,6% təşkil edib ki, bu da AMB-nın minimum tələblərindən 3 dəfədən çox yüksəkdir.
Bankın məcmu kapitalı 2022-ci ildə 16.7% artaraq 80.2 milyon manata çatıb, bu da Mərkəzi Bankın minimal tələblərindən 60.4% çoxdur.
VTB (Azərbaycan)-ın xalis mənfəəti 2.8 dəfə artıb
"Ermənistan tərəfini öhdəliklərini yerinə yetirməyə, qanunsuz fəa
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici
Kimi atını satmaq üçün müştəri axtarır, kimi isə atı çaparaq ona tə
Son günlər etdiyi paylaşımlar və verdiyi açıqlamalarla gündəmə gələn
Son günlər ölkə ərazisində yayılan virusa müğənni Mehin Hümbətova da
Bir ay sonra Rusiya-Ukrayna müharibəsinin davam etməsinin artıq 1 ili tamam
İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropaya maye təbii qazı (MTQ
Biri ali diplom alır, digəri isə fərqlənmə. Lakin məlum olur ki, bunları
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, rəqəmsal inkişaf və kibertəhlü
Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa
Türkiyəli müğənni Özcan Dəniz iranlı sevgilisi Samar Dadgara ilə evlən
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
Vətəndaşlar gəlirlərinin böyük hissəsini məhz ərzağa sərf edirlər.
Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçu