İranda həbslər və edamlar aksiyaların qarşısını ala bilmir


Digərləri 24 Yan 2023 16:24:00 176 0

İranda həbslər və edamlar aksiyaların qarşısını ala bilmir

İranda hakimiyyətin bütün təzyiq, təqib, edam və həbslərinə baxmayaraq etiraz aksiyaları davam edir.

Son.az report-a istinadən bildirir ki, bunu yayılan məlumatlar da təsdiqləyir.

Məlumata görə, ötən gecə Tehran, Kərəc və Bəndər Abbas şəhərlərində etiraz yürüşləri keçirilib. Güney Azərbaycanın Təbriz və daha bir neçə şəhərində divarlara İran rejiminə qarşı şüarlar yazılıb:

"SEPAH cinayət edir, Xameneyi himayə edir!", "Nə şahlıq, nə rəhbər, azadlıq və ədalət!", "Xameneiyə ölüm!"

İsfahanda etirazçılara qarşı vəhşilik edən İran İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi BƏSİC qüvvələrinə məxsus baza "Molotov kokteyli" ilə yandırılıb.

İranın şərqində, Pakistan və Əfqanıstanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Bəmpur şəhərində gecə saatlarında iki polis əməkdaşı öldürülüb. Bildirilib ki, Bəmpur bölgə polis idarəsinin əməkdaşları xidmətdə olan zaman silahlı şəxslərin hücumuna məruz qalıb. Atışma nəticəsində mayor Muxtar Mömini və leytenant Əbuzər Ümidvar ölüb, daha bir polis isə yaralanıb. Hücum edən silahlı dəstə üzvləri hadisə yerindən qaçıb.

İranın Bəndər Xomeyni Neft-kimya şirkətinin işçiləri əməkhaqları və müavinətlərinin verilməməsinə etiraz olaraq aksiya keçiriblər. Etirazçılar "Fəhlənin haqqını yemək haramdır!", "Səriştəsiz rəhbər istəmirik!" şüarlarını səsləndiriblər.

Güney Azərbaycanın Ərdəbil şəhərində Rabitə idarəsinin işçiləri də etiraz aksiyası keçirib. Onlar əməkhaqlarının verilməməsinə və əlavə yardımların kəsilməsinə etiraz ediblər.

Tehran hakimiyyəti aksiyalarda iştirak etməkdə ittiham etdiyi yeni insanları həbs edir. Ötən gün Güney Azərbaycanın Urmiya şəhərində 8-i qadın olmaqla 25 nəfər "casusluqda" ittiham edilərək həbs olunub. Onlar həm də "sosial mediada gəncləri" etiraza təhrik etməkdə ittiham olunurlar. Məlumata görə, "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi açılıb və onlardan bir-birlərinə qarşı etiraf almaq üçün işgəncə verilib. Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.

İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib. Kermanşah şəhərinin Tağbostan bulvarında sol gözündən güllə yarası alan Mehbanu Xoşnudi Kia bir gözündən məhrum olub. O, 2021-cü ildə oxatma üzrə Asiya turnirində ikinci yeri tutub.

Yayılan xəbərlərə əsasən, son aylar İranın hərbi-polis qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə məqsədyönlü şəkildə dəfələrlə ov tüfəngi və peyntbollarla aksiyaçıların üz nahiyəsinə atəş açıb. İndi bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar, insanlıqdan uzaq metodunun qurbanı olub.

Dəvənin kinli olduğunu bilməməsi həyatı bahasına başa gəldi  VİDEO like
  • 24 Yan 16:19  
Dünya Dəvənin kinli olduğunu bilməməsi həyatı bahasına başa gəldi VİDEO

Rusiyada dəvə ovçuluq bazasının gözətçisini ayaqları altında tapdalaya

arrow Ətraflı
Hande Erçelin məşhur biznesmenlə görüntüsü yayıldı  FOTO like
  • 24 Yan 16:08  
Şou-biznes Hande Erçelin məşhur biznesmenlə görüntüsü yayıldı FOTO

Həmkarı Kerem Bürsindən ayrıldıqdan sonra Kaan Yıldırımla birlikdə ya�

arrow Ətraflı
Əfv Məsələləri Komissiyasının iclası keçirilir like
  • 24 Yan 16:00  
Digərləri Əfv Məsələləri Komissiyasının iclası keçirilir

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti i

arrow Ətraflı
Türkiyədə hərbi maşın aşıb, 2 nəfər həlak olub like
  • 24 Yan 15:57  
Dünya Türkiyədə hərbi maşın aşıb, 2 nəfər həlak olub

Türkiyənin Ağrı şəhərində hərbi maşın aşıb.

arrow Ətraflı
Vasif Talıbov daha bir biznes strukturunu itirdi like
  • 24 Yan 15:50  
Digərləri Vasif Talıbov daha bir biznes strukturunu itirdi

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri istefa verd

arrow Ətraflı
Aİnin Ermənistandakı missiyası hüquqi nəticə verməyəcək like
  • 24 Yan 15:46  
Siyasət Aİnin Ermənistandakı missiyası hüquqi nəticə verməyəcək

Avropa İttifaqının (Aİ) missiyası qanuni deyil və hüquqi nəticə verməy

arrow Ətraflı
Park Cinemada “Evdə qalmış” filmi nümayiş olunacaq like
  • 24 Yan 15:35  
Şou-biznes Park Cinemada “Evdə qalmış” filmi nümayiş olunacaq

Romantik komediya janrında çəkilən "Evdə qalmış" filmi 9 fevral

arrow Ətraflı
Teleaparıcı mükafatlandırma mərasimində təsadüfən özünü YANDIRDI like
  • 24 Yan 15:24  
Şou-biznes Teleaparıcı mükafatlandırma mərasimində təsadüfən özünü YANDIRDI

Belçikanın "Ketnet"  televiziya kanalının uşaq tədbirlərinin t

arrow Ətraflı
Ukraynaya “Leopard” tanklarının göndərilməsi mürəkkəb məsələdir like
  • 24 Yan 15:13  
Dünya Ukraynaya “Leopard” tanklarının göndərilməsi mürəkkəb məsələdir

"Leopard" tanklarının Ukraynaya göndərilib-göndərilməməsi ilə

arrow Ətraflı
Nazirlikdən onlayn satışa çıxarılan mənzilləri bron etmiş şəxslərə like
  • 24 Yan 15:02  
Digərləri Nazirlikdən onlayn satışa çıxarılan mənzilləri bron etmiş şəxslərə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yanvarın 23-də

arrow Ətraflı
Makron erməni terrorçuları Yelisey sarayında qəbul etdi like
  • 24 Yan 14:40  
Siyasət Makron erməni terrorçuları Yelisey sarayında qəbul etdi

Görüş zamanı qondarma erməni soyqırımı, Laçın yolu ilə bağlı məsə

arrow Ətraflı
İranda polislərə hücum edildi, like
  • 24 Yan 14:18  
Dünya İranda polislərə hücum edildi,

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində nam

arrow Ətraflı