Pəhriz zamanı da dadlı yeməklər yemək olar


Digərləri 22 Yan 2023 13:40:00 239 0

Pəhriz zamanı da dadlı yeməklər yemək olar

Hər bir pəhriz aclıq, halsızlıq və stress deməkdir. Xörəkləri tərəvəzlərlə əvəz edib, duzu, yağı, çörəyi rasiondan çıxartmaq isə ləziz yeməkləri xoşlayan insan üçün əsl dəhşətdir. Arıqlamaq naminə gecələr ac yatmaq insanın yuxusuna da haram qatır. Bu rejim işgüzar insanın fəaliyyətinə də mənfi təsir edir. Bəs elə isə dadlı yeməklərdən imtina etmədən, necə arıqlamaq olar?

Son.az Axşam.az-a istinadən bir çox qidalardan imtina etmədən saxlaya biləcəyiniz pəhrizi təqdim edir. Pəhrizin məqsədi: Bu pəhriz arıqlamağı problem edib, nəfsini cilovlaya bilməyən, iradəsiz tənbəllər üçün nəzərdə tutulub. Dietik reseptlər: Səhər acqarına meyvə yeyin, ya da istədiyiniz tərəvəzin şirəsini için. Paştet: Yağsız kəsmik və soyutma mal ətini maşından keçirib, 20 qr. süd ilə qarışdırın. Qarışığa xırda doğranmış şüyüd əlavə edib, zövqə görə duz və istiot tökün. Alınmış qarışığı istədiyiniz formaya salıb, süfrəyə verə bilərsiniz. Soyutma balığı və yumurtanı ət maşınından keçirib, qarışığa 2 xörək qaşığı süd və xırda doğranmış cəfəri əlavə edib, qarışdırıb, formaya salın. Salat: Kələmin yarpaqlarını yuyub, qurulayıb, qaynar dəmirin üzərində qızardın. Kənarda ağ, duzsuz və yağsız pendiri əzib, içinə krab çubuqları, doğranmış şüyüd və fındıq (badam) əlavə edib, qarışdırın. Duz və istiot çox az vurulur. Qarışıq kələmin içinə yerləşdirilib, bükülür və bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verilir. İsti yemək:  Balığı doğrayıb, duzlayıb, üzərinə yarım limonun şirəsini sıxın. Bir stəkan suya töküb, bişirin. Başqa qazanda isə 50 qr. yuyulmuş düyüyə xırda doğranmış tərəvəzlər, yarım stəkan ət bulyonu və 1 stəkan su töküb bişirin. Düyünü balıqla birgə boşqaba çəkib, süfrəyə verin. Şirniyyatdan imtina edə bilməyənlərə: Desert: • Almaların qabığını soyub, iki yerə bölüb, tumunu və saplağını təmizləyib, üzərinə darçın töküb, ağzıaşağı vəziyyətdə qazana yerləşdirin. Üzərinə yarım stəkan su töküb, vam odda bişirin. Desert süfrəyə isti və soyuq halda verilə bilər. • Meyvələri xırda-xırda doğrayıb, üzərinə qatıq (yoqurt) və bəhməz (bal) töküb, qarışdırın. Süfrəyə verəndə üzərinə fındıq (badam) rəndələyin. Kokteyl: • Yarım stəkan südün içinə sürtgəcdən keçirilmiş istənilən meyvəni (banan, əncir və üzümdən başqa) əlavə edib, darçın səpib, süfrəyə verin. • İstədiyiniz meyvələri (banan, üzüm və əncirdən başqa) şirəçəkən maşından çəkib, içinə 1 çay qaşığı dondurma və çərəz əlavə edib, qarışdırın. Diqqət! • Pəhriz ərəfəsində ayaqüstü qəlyanaltıdan imtina etmək, şəkəri, duzu azaltmaq, çörəyi lavaşla və ya suxarı ilə əvəz etmək məsləhətdir. • Gün ərzində aclıq hiss edirsənsə, qatıq ye, qara, yaşıl, meyvəli və ya bitki çayı iç. • Axşam 6-dan sonra dəhşətli aclıq hiss edirsənsə, desert ye, ya da kokteyl iç. 

Pəhrizin nəticəsi: • Artıq çəkidən xilas olmaq • Özünü rahat və yüngül hiss etmək • Qarın və aşağı ətrafdakı piyləri "yandırmaq" • Sellülitdən azad olmaq • Dərinin elastikliyini qorumaq • Aşağı ətraflarda dəri yığılmasını və çöküntüləri hamarlaşdırmaq • Təmiz və təravətli üz dərisinə sahib olmaq.

Son.az 

Moskvada binaların damlarında hava hücumundan müdafiə sistemləri niyə yerləşdirilib? like
  • 22 Yan 13:31  
Dünya Moskvada binaların damlarında hava hücumundan müdafiə sistemləri niyə yerləşdirilib?

Rusiyada binaların damlarında hava hücumundan müdafiə sistemlərinin quraş

arrow Ətraflı
Qlobal neft hasilatı rekord həddə yüksələcək like
  • 22 Yan 13:20  
Digərləri Qlobal neft hasilatı rekord həddə yüksələcək

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal ortalama gündəlik neft hasilatı il�

arrow Ətraflı
“Toppuş bacı”nın ƏRİ: "Gördüyüm, tanıdığım ən gözəl insan, qiyamətdə görüşərik" like
  • 22 Yan 13:14  
Şou-biznes “Toppuş bacı”nın ƏRİ: "Gördüyüm, tanıdığım ən gözəl insan, qiyamətdə görüşərik"

Xəbər verdiyimiz kimi, xərçəngdən əziyyət çəkən Əməkdar artist Tün

arrow Ətraflı
Arestoviçdən gözlənilməz açıqlama: like
  • 22 Yan 13:11  
Dünya Arestoviçdən gözlənilməz açıqlama:

Kiyev döyüş meydanında qalib gəlmək şansını itirir.

arrow Ətraflı
Naxçıvanda kişi baldızı qızını yoldan çıxardı: "Yerə boş meşok sərdi..." like
  • 22 Yan 13:00  
Kriminal Naxçıvanda kişi baldızı qızını yoldan çıxardı: "Yerə boş meşok sərdi..."

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 1983-cü il təvəllüdlü

arrow Ətraflı
Müdafiə Nazirliyinin həftəlik icmalı like
  • 22 Yan 12:54  
Siyasət Müdafiə Nazirliyinin həftəlik icmalı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Azərbaycanda məktəbli qız zorlanıb? like
  • 22 Yan 12:51  
Kriminal Azərbaycanda məktəbli qız zorlanıb?

Azərbaycanda rayonların birində məktəbli qız zorlanıb.

arrow Ətraflı
Üzdəki ölü hüceyrələri təmizləyən maska like
  • 22 Yan 12:40  
Digərləri Üzdəki ölü hüceyrələri təmizləyən maska

Gündəlik istifadə etdiyimiz kosmetik vasitələr, ətraf mühit və çirkli h

arrow Ətraflı
Əməkdar artist Tünzalə Əliyeva like
  • 22 Yan 12:38  
Şou-biznes Əməkdar artist Tünzalə Əliyeva

Azərbaycan Respublikasının Əməkdar artisti, Tünzalə Əliyeva vəfat edib.

arrow Ətraflı
Almaniyanın müdafiə naziri Ukraynaya səfər edəcək like
  • 22 Yan 12:31  
Dünya Almaniyanın müdafiə naziri Ukraynaya səfər edəcək

Almaniyanın müdafiə naziri Boris Pistorius tezliklə - yaxın dörd həftəd�

arrow Ətraflı
“Mərsiyə məclisləri İslamda haram sayılır” like
  • 22 Yan 12:20  
Digərləri “Mərsiyə məclisləri İslamda haram sayılır”

İlahiyyat İnstitunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirino

arrow Ətraflı
Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurub like
  • 22 Yan 12:11  
Dünya Finlandiya Rusiyanın 187 milyon avroluq aktivlərini dondurub

Finlandiya Rusiyanın 187 milyon avro məbləğində aktivlərini dondurub.

arrow Ətraflı
Həftənin ilk iş gününün HAVAsı like
  • 22 Yan 12:02  
Digərləri Həftənin ilk iş gününün HAVAsı

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı
Müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu like
  • 22 Yan 12:00  
Kriminal Müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu

Son.az Kulis.az-a istinadən müğənni, Xalq artisti Faiq Ağayev haqqında mar

arrow Ətraflı
Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq like
  • 22 Yan 11:51  
Dünya Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq

Bazar günü açılışı olacaq Kağıthane stansiyasından İstanbul Hava Lima

arrow Ətraflı