Müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu


Kriminal 22 Yan 2023 12:00:00 316 0

Müəmmalı şəkildə bıçaqlandı, on yeddi yaşında ata oldu

Son.az Kulis.az-a istinadən müğənni, Xalq artisti Faiq Ağayev haqqında maraqlı faktları təqdim edir.

Faiq Balağa oğlu Ağayev 29 dekabr 1971-ci ildə Bakıda anadan olub. Ailəsi onun həkim olmasını istəyir. Faiq tibb sahəsinə yönəlir. Bu sahədə təhsil alır. Ancaq musiqi sahəsinə gələndən sonra o, 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirir.

***

Peşəkar səhnəyə 1988-ci ildə gələn müğənni həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olur. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanır.

Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" - Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlir.

***

Bundan sonra Faiq Ağayevin peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır.

***

1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 2000-ci ildə buraxılan "Faiq Ağayev - Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu...", 2004-cü ildə işıq üzü görən "Tam məxfi" və 2006-cı ildə dərc olunan "Faiq Agayev - Albom Kolleksiyası" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1999-cu ildə isə "Dəşti" klipinə görə "İlin klipi" nominasiyasında "Humay" Milli Mükafatının sahibi olur. Həmçinin 1999-cu ildə o, "İlin müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatını qazanır.

***

2007-ci il 7-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.

***

2000-ci ildə Əməkdar artist, 2008-ci ilin 17 sentyabr tarixində isə Xalq artisti fəxri adına layiq görülüb.

Böyük sevgilər yaşadığını deyən sənətçi bir dəfə evli olub. O, 18 il əvvəl Nigar adlı xanımla ailə qurub. Ömrü 4 il çəkən bu evlilik başa çatandan sonra müğənni ikinci dəfə ailə qurmayıb. Bu barədə ona sual veriləndə, - "50 yaşım var, bundan sonra nə evlilik?" deyib.

Faiq Ağayev mütaliə edən tək-tük sənət adamlarındandır. Ədəbiyyat adamları ilə də yaxın ünsiyyətdə olan müğənni müsahibələrinin birində yeddinci sinifdə oxuyan zaman Freydin, Yunqun kitablarını oxuduğunu bildirib.

***

Xalq artisti düz 12 il əvvəl Rüfət adlı şəxs tərəfindən bıçaqlanıb. Bu barədə 2018-ci ildə mətbuata danışan müğənni bu fikirləri ifadə edib:

"Bu yaxınlarda onu gördüm... Prokurorun istəyi 15 il idi. Mən və mənimlə bərabər zərərçəkən insanlar onu bağışladı. Bu səbəbdən həmin şəxsin cəzaçəkmə müəssisəsində keçirdiyi vaxt qısa oldu. Bir dəfə bağışlamışam, ikinci dəfə niyə bunu edim? Lakin Rüfət Məlikovla bağlı ikinci bir şəxs var idi ki, onu bu yaxınlarda gördüm. İştirak etdiyim şou proqramın birində mənə yaxınlaşdı, söhbət etdi. 9 il keçib, əvvəlcə tanımadım. Özünü mənə tanıtdı və münasibətim normal oldu. Bu mənim həyatımda olmuş bir səhifədir, cırıb atmamışam. Amma bu səhifə üzərində yaşamıram".

***

Faiq Ağayev "Səni əvəz eləmir", "Dönmə geri", "Dəşti", "Ömür bumu", "Bağışlaram səni", "Azərbaycan", "Aldatdın məni", "Sən gəlməz oldun", "Əlvida" mahnıları ilə böyük məşhurluq qazanıb.

***

Müğənni ilə bağlı ən inanılmaz faktlardan biri onun üç dəfə kliniki ölüm keçirməsi olub. Kliniki ölümlərin birində Faiq komaya düşür, ayılanda isə həkim ona deyir ki, sən ölmüşdün, dirildin.

2014-cü ildə Faiq Ağayev mətbuata sensasion açıqlama verir. Bu açıqlamada o, 25 yaşlı oğlunun olduğunu bildirərək vurğulayır:

"Sən saat 04:05-də dünyaya gəldin. Mən heç nə anlamırdım. Cəmi 17 yaşım var idi. Başa düşdüyüm odur ki, anidən beş dəqiqəlik yağış yağdı. Bu gün isə başqadır. Mənim cəsur, gözəl, istedadlı oğlum, 25 yaşın mübarək. Sən yaxınsan, mən uzaq".

Son.az 

Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq like
  • 22 Yan 11:51  
Dünya Türkiyədə İstanbul hava limanına qədər sürətli metro xətti açılacaq

Bazar günü açılışı olacaq Kağıthane stansiyasından İstanbul Hava Lima

arrow Ətraflı
Yatmazdan əvvəl bu çaydan için like
  • 22 Yan 11:40  
Digərləri Yatmazdan əvvəl bu çaydan için

Çobanyastığının müalicəvi xüsusiyyətindən əsrlər boyu geniş istifad

arrow Ətraflı
Baydenin evində axtarış zamanı daha 6 məxfi sənəd tapıldı like
  • 22 Yan 11:31  
Dünya Baydenin evində axtarış zamanı daha 6 məxfi sənəd tapıldı

ABŞ prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evind

arrow Ətraflı
Başqasının yazışmalarını OĞURLAMAQ like
  • 22 Yan 11:20  
Şou-biznes Başqasının yazışmalarını OĞURLAMAQ

Sosial şəbəkə platformalarında başqasını müxtəlif platformalardakı pr

arrow Ətraflı
Naxçıvanda 5 nəfər dəm qazından zəhərlənib like
  • 22 Yan 11:11  
Digərləri Naxçıvanda 5 nəfər dəm qazından zəhərlənib

Naxçıvanda dəm qazından zəhərlənmə halları qeydə alıb.

arrow Ətraflı
Tərtərdə bacısının telefonunda intim mesajları oxuyan qardaşın şok əməlləri like
  • 22 Yan 11:00  
Kriminal Tərtərdə bacısının telefonunda intim mesajları oxuyan qardaşın şok əməlləri

Tərtər rayonunda 1996-cı il təvəllüdlü Daşqın qısqanclıq zəminində

arrow Ətraflı
İsveçdə islamofobiyanın dəstəklənmədiyi bildirilib like
  • 22 Yan 10:55  
Dünya İsveçdə islamofobiyanın dəstəklənmədiyi bildirilib

Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quranın yandırılması İs

arrow Ətraflı
Almaniya Ukraynaya 19 “Leopard 2” tankı göndərə bilər like
  • 22 Yan 10:44  
Dünya Almaniya Ukraynaya 19 “Leopard 2” tankı göndərə bilər

Almaniya Ukraynaya 19 ədəd "Leopard 2" tankı göndərə bilər.

arrow Ətraflı
Türkiyədə İŞİD liderlərindən biri saxlanılıb like
  • 22 Yan 10:33  
Dünya Türkiyədə İŞİD liderlərindən biri saxlanılıb

Türkiyənin Qaziantep şəhərində terror fəaliyyətində iştirak etməkdə

arrow Ətraflı
Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri saxlanılıb like
  • 22 Yan 10:22  
Digərləri Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri saxlanılıb

Masallıda həmkəndlilərinin evlərindən oğurluq edən dəstə üzvləri sax

arrow Ətraflı
Daha iki yük avtomobilinin keçidinə şərait yaradıldı like
  • 22 Yan 10:11  
Siyasət Daha iki yük avtomobilinin keçidinə şərait yaradıldı

Bu gün Rusiya sülhməramlılarına məxsus iki yük avtomobili Laçın yolunda

arrow Ətraflı
Böyük Britaniyanın “Sea King” helikopterləri artıq Ukraynadadır like
  • 22 Yan 10:05  
Dünya Böyük Britaniyanın “Sea King” helikopterləri artıq Ukraynadadır

Ukrayna Böyük Britaniyanın hərbi yardım olaraq göndərdiyi "Sea King&

arrow Ətraflı
Azərbaycanlı məşhur Bakıda özünə qeyriadi toy etdi: like
  • 22 Yan 09:54  
Şou-biznes Azərbaycanlı məşhur Bakıda özünə qeyriadi toy etdi:

Dünən reper Pərviz Quluzadənin (Paster) toyu olub.

arrow Ətraflı
Britaniyada erməni terroruna etiraz edildi like
  • 22 Yan 09:42  
Dünya Britaniyada erməni terroruna etiraz edildi

London şəhərinin Parlament Meydanında hazırda Rusiya sülhməramlılarını

arrow Ətraflı