Erməni pullarının Azərbaycanda uçurduğu "GÖYƏRÇİNLƏR":


Digərləri 21 Yan 2023 12:28:00 285 0

Erməni pullarının Azərbaycanda uçurduğu "GÖYƏRÇİNLƏR":

Laçın yolunda azərbaycanlı ekofəalların, QHT və vətəndaş cəmiyyəti nümayəndələrinin başlatdığı dinc etiraz aksiya artıq 41 gündür ki, davam edir. Tam əminliklə deyə bilərik ki, bu etiraz aksiyası ilə artıq 41 gündür ki, Azərbaycan ərazisinə qeyri-qanuni heç nə daxil olmur, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan ərazilərdən Azərbaycan sərhəddindən keçərək Ermənistana Azərbaycana məxsus qızıl, filiz yataqları talan edilib daşınmır. Məqsədimiz də elə budur...

Lakin Ermənistan tərəfi və qondarma rejim qalıqları Azərbaycanın bu etirazlarına məhəl qoymayacağı təqdirdə Bakıdan Laçın-Xankəndi yolundakı aksiyanı dayandırmağı gözləmək olduqca yanlış düşüncə tərzidir. Ona görə ki, Azərbaycan legitim ərazisində sivil qaydada dinc aksiyasını keçirir. Burada hər hansı bir humanitar blokadadan, ərzaq böhranından söhbət gedə bilməz. Çünki günün istənilən saatı Laçın yolu ilə Xankəndinə və rus sülhməramlılarının müvəqqəti nəzarət zonasından üzü Ermənistan istiqamətində həmin yol vasitəsi ilə humanitar məqsədlər üçün hərəkət edən nəqliyyat vasitələrinin keçidinə azərbaycanlı aksiya iştirakçıları dəhliz açaraq, çox böyük humanistlik nümayiş etdirib, buna şərait yaradırlar. Bundan nəyinki ermənilərin, bütün dünya ictimaiyyətinin də xəbəri var. 

Lakin deyəsən özünə qarşı Ermənistan tərəfdən istər Birinci Qarabağ müharibəsi ərəfəsində, istər 30 illik işğal dövründə, istərsə də indinin özündə müxtəlif qeyri-adekvat addımların şahidi olan Azərbaycanın bütün bunlara rəğmən nümayiş etdirdiyi humanistlikdən, insan sevgisindən sapı özümüzdən olanların ya xəbərləri yoxdur, ya da erməni lobbisinin və Ermənistan hökümətinin rəsmi Bakıya qarşı başlatdığı 50 milyon dollarlıq yeni qarayaxma kompaniyasından "qidalanmaq" qərarı verən sapı özümüzdən olanlar həqiqətləri görməzdən gəlmək istəyirlər. 

Təəssüflə deyə bilərik ki, Ermənistanın yalançı harayına xaricdə erməni lobbisinin təsiri altına düşənlərlə yanaşı, daxilimizdə sapı özümüzdən olan baltalar da dəstək verir. Hansılar ki uzun illərdir, xalqımıza, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı xəyanət yolunu tutublar. İndi də erməni yalanına dəstək verirlər. Bu, növbəti vətən xainliyi, növbəti xəyanətdir. Bu xəyanəti edən anti-milli qüvvələr uzun illərdir Ermənistan üzərindən aldıqları tezislərlə çıxış edirlər.

Erməni diasporasının, lobbiçilərinin maliyəsi ilə idarə olunanlar təkcə ölkə xaricində yox, elə Azərbaycanda da son günlər artıq özünü ciddi şəkildə büruzə verməyə başlayıb. Belələrindən biri Azərbaycanın sosial şəbəkələr seqmentində "Mikroskop Media" adı altında fəaliyyət göstərən səhifəni misal göstərə bilərəm. Artıq Azərbaycanda kifayət qədər oxucu kütləsini ətrafında toplamağı bacaran bu səhifənin işi-gücü son vaxtlar Laçın yolunda davam edən aksiyaya fokslanaraq, oradakı dinc etirazı ermənilərə qarşı "humanitar böhran", "etnik təmizləmə" adı altında təbliğ etməkdən başqa bir şey deyil.

Əslində, bu vəziyyət müharibədən sonra postkonflikt dövründə gözlənilən idi. Çünki daxildə və xaricdə Azərbaycanın haqq savaşının əleyhinə köklənən qüvvələrin rəsmi Bakıya qarşı etimadsızlıq yaratmaq cəhdlərinin artacağı öncədən bəlli idi. Buna kimi də erməni lobbisi çox həssas dönəmlərdə, məqamlarda daxildəki ermənipərəst dairələrin, qüvvələrin, şəxslərin nəfsi vasitəsi ilə onları necə idarə etməyi bacardıqlarını nümayiş etdiriblər. Pula-paraya görə Vətəninə-dövlətinə qarşı istənilən pisliyi etməyə hazır olanların varlığından çox yaxşı xəbərdar olan erməni lobbinistlər yenə iş başındadırlar.

Fotofakt: "Dağlıq Qarabağ Respublikasında talon sisteminə keçilib" yazısını ancaq bir erməni yaza bilərdi. Çünki, Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edən, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edənin bir adı var - erməni!!!

Erməni lobbinistlərin təsiri altında olan dairələrlə işbirliyindən çəkinməyən sapı özümüzdən olanlar çox açıq şəkildə kimə xidmət etdiklərini, hansı dairələrin əmr və tapşırırlarını icra etdiklərini, hansı "bulaqdan" qidalandıqlarını paylaşdıqları məlumatlarla açıq-aşkar nümayiş etdirirlər. 

Orada yayılan mətnlərin məğzinə diqqət yetirsək görərik ki, "Mikroskop Media" adlı bu səhifə sırf olaraq erməni lobbisinin tezisi əsasında fəaliyyət göstərir. Bu azmış kimi həmin səhifəni işlədən(lər) həm də "Xankəndidə aclıqdır", "Ərzaq talonla verilir", Blokadadır", "Humanitar fəlakətdir" adı altnda hazırlanan materialları ingilis dilinə tərcümə edərək ölkə xaricinə ötürür. 

Fotofakt: Bir məsələ nəzərdən qaçmır. "Mikroskop Media" bu paylaşımı ilə onların pul kisələrini dolduran erməni havadarlarına açıq-aydın hesabat verir!!! 

Ermənistan mediasının separatçılığı təbliğ edən, Azərbaycan ərazi bütövlüyünə təhdid olan məsələlərlə bağlı yazılarını olduğu kimi kopyalayıb öz hesabında birə-bir paylaşan "Mikroskop media" adlı səhifəni işlədənlər məgər bilmirlər ki, onların bu etdikləri düşmən dəyirmanına su tökmək, ermənilərin Azərbaycana qarşı ərazi iddialarına haqq vermək, Azərbaycanın tarixi və əbədi torpaqlarında ikinci erməni "dövlətinin" yaradılmasına rəvac verməkdən başqa bir şey deyil?!

Zəlzələdə evi dağılan azərbaycanlılar küçədə yatır, baxan yoxdur  VİDEO like
  • 21 Yan 12:09  
Digərləri Zəlzələdə evi dağılan azərbaycanlılar küçədə yatır, baxan yoxdur VİDEO

İran hökuməti güneydəki soydaşlarımıza qarşı ayrıseçkilik etməkdə

arrow Ətraflı
Tatlısesin oğlu şəhidləri ana dilimizdə andı  FOTO like
  • 21 Yan 12:00  
Digərləri Tatlısesin oğlu şəhidləri ana dilimizdə andı FOTO

İbrahim Tatlısesin küsülü olduğu oğlu Ahmet Tatlıses Azərbaycanla bağl

arrow Ətraflı
Göygöldəki kafe əxlaqsızlıq yuvası çıxdı  Müştəri və qadın tutuldu like
  • 21 Yan 11:59  
Digərləri Göygöldəki kafe əxlaqsızlıq yuvası çıxdı Müştəri və qadın tutuldu

Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M. Əliyevin ray

arrow Ətraflı
Bu şəxslərin də maaşı artırıldı like
  • 21 Yan 11:58  
Digərləri Bu şəxslərin də maaşı artırıldı

Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qey

arrow Ətraflı
Sabah hava dumanlı olacaq like
  • 21 Yan 11:51  
Digərləri Sabah hava dumanlı olacaq

Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk

arrow Ətraflı
Buna qarşı yeni tədbirlər görüləcək  Nazirlik çağırış etdi like
  • 21 Yan 11:40  
Digərləri Buna qarşı yeni tədbirlər görüləcək Nazirlik çağırış etdi

Azərbaycanda qanunsuz sahibkarlığın aradan qaldırılması ilə bağlı yeni

arrow Ətraflı
Serenay qala gecəsinə alt paltarında getdi  FOTO like
  • 21 Yan 11:29  
Şou-biznes Serenay qala gecəsinə alt paltarında getdi FOTO

Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya geyimi ilə gündəmə gəlib

arrow Ətraflı
Bakıda uşaq ov tüfəngi ilə dayısı oğlunu vurdu like
  • 21 Yan 11:28  
Digərləri Bakıda uşaq ov tüfəngi ilə dayısı oğlunu vurdu

Bakıda uşaq ehtiyatsızlıqdan ov tüfəngi ilə dayısı oğlunu vurub.

arrow Ətraflı
Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs olundu like
  • 21 Yan 11:21  
Digərləri Şəhidlər xiyabanında qarışıqlıq yaradan şəxs həbs olundu

Daxili İşlər Nazirliyi (DİN) Şəhidlər Xiyabanında baş verən insidentə

arrow Ətraflı
Sinifdə çılpaq şəkillərini çəkən müəllimə işdən qovuldu  VİDEO  FOTO like
  • 21 Yan 11:20  
Dünya Sinifdə çılpaq şəkillərini çəkən müəllimə işdən qovuldu VİDEO FOTO

Sinif otağında kolleqası ilə əxlaqsızlıq edən müəllimə işdən qovulu

arrow Ətraflı
Zooparkda aslanlar pələngi parçaladı  FOTO like
  • 21 Yan 10:49  
Dünya Zooparkda aslanlar pələngi parçaladı FOTO

Çin zooparkında pələng üç aslan tərəfindən parçalanaraq ölüb.

arrow Ətraflı
AYİB Azərbaycanda "yaşıl" iqtisadiyyatın inkişafını dəstəkləyir  Müsahibə like
  • 21 Yan 10:20  
Digərləri AYİB Azərbaycanda "yaşıl" iqtisadiyyatın inkişafını dəstəkləyir Müsahibə

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) hazırkı strategiyası Az

arrow Ətraflı
Sülhməramlılara aid minik maşını Laçın yolundan maneəsiz keçdi  FOTO like
  • 21 Yan 10:19  
Digərləri Sülhməramlılara aid minik maşını Laçın yolundan maneəsiz keçdi FOTO

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi

arrow Ətraflı
Təhsilin “saxta diplom” problemi like
  • 21 Yan 09:51  
Digərləri Təhsilin “saxta diplom” problemi

Bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət

arrow Ətraflı
Neftimiz bahalaşıb like
  • 21 Yan 09:40  
Digərləri Neftimiz bahalaşıb

Azeri Light markalı Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında C

arrow Ətraflı