Təhsilin “saxta diplom” problemi


Digərləri 21 Yan 2023 09:51:00 308 0

Təhsilin “saxta diplom” problemi

Bir müddət öncə Milli Məclisin Elm və təhsil komitəsində "Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması" mövzusunda keçirilən ictimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev 15-20 il əvvəl külli miqdarda saxta diplom verən ali məktəblərimizin olduğunu qeyd edib.

Bu xəbəri də oxu: Sürücülərin NƏZƏRİNƏ

"Belə tendensiya olub. Bunun faktları da var. Biz diplomu sübut edə bilmədiyimiz üçün deyirik ki, gəl sertifikasiyadan keç, onda işləyə bilərsən. Bizim etdiyimiz ali məktəbləri yoxlamaq deyil", - deyə nazir bildirib.

Bəs, bu cür saxta diplomlar necə əldə olunur? Hazırkı dövrdə də bu kimi tendensiyalar mövcuddurmu?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov təəssüflə qeyd edib ki, müstəqiliyin ilk illərindən Azərbaycanın əmək bazarına kifayət qədər saxta diplomlu insanlar daxil oldular.

"Bir gün belə universitet auditoriyası görməyən adamlar müxtəlif diplomlar əldə ediblər və bu və ya digər sahələrdə özlərini kifayət qədər savadlı mütəxəssis kimi tədqim edirlər. Təhsildə bu cür halların olması yolverilməzdir. Bu kimi halların mövcudluğu bütün sahələrdə inkişafımıza birmənalı olaraq mane olur. Sertifikasiya həyata keçirməklə nazirlik bu sahədəki acınacaqlı vəziyyəti düzəldə biləcək. Azərbaycan məktəblərində kifayət qədər savadlı müəllimlər var. Lakin saxta diplomlu müəllimlər onların yerini də zəbt ediblər. İbtiadi sinif müəllimlərimizin sertifikasiya nəticələrinə baxsaq, acınacaqlı vəziyyəti görəcəyik. Savadlı müəllimlər də bu cür hallarla mübarizədə səslərini qaldırmalıdırlar. Ali təhsil müəssisələrində də mənzərə çox da yaxşı deyil. Xalq birlik nümayiş etdirərək ciddi şəkildə saxta diplomlu müəllimlərin məktəblərdən uzaqlaşdırılmasını tələb etməlidir", - deyə o əlavə edib.

Təhsil eksperti Kamran Əsədov isə Trend-ə açıqlamasında deyib ki, 5-10 il bundan qabaqkı faktlarla müqayisədə müəyyən sabitləşmə hiss olunur. Bunun səbəbləri müxtəlif şəkildə izah oluna bilər.

"Saxta diplomların, əsasən, köçürmələrlə bağlı olduğunu da qeyd etmək lazımdır. Azərbaycanda keçirilən qəbul imtahanında keçid balını toplaya bilməyən gənc xarici ölkələrin, xüsusən də Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə universitetlərinə saxta yolla qəbul olunur, sonra isə Azərbaycanın dövlət universitetlərinə və ya rayon filiallarında birbaşa 2-ci kursa qəbul olunurdular.

Xatırladım ki, keçmiş Azərbaycan Beynəlxalq Universitetinin tədrisinin təşkilindəki problemlər, qanunsuz tələbə köçürmələri və digər nöqsanlara görə bağlanandan sonra həmin ali məktəbin diplomları qəbul olunmadı, məhkəmə prosesləri hələ də bu günə kimi davam edir. Saxta diplom məsələsinin başlıca səbəbi cəzasızlıqdan qaynaqlanır. Məhz "cəzasızlıq sindromu"na görə bu kimi hallar baş verir", - deyə K.Əsədəov qeyd edib.

Ekspert bildirib ki, Elm və Təhsil Nazirliyində Nostrifikasiya şöbəsində diplomların tanınması rəsmi qeydiyyata alınır, nazirlik hansısa bir xarici ölkədən gələn diplom üçün həmin universitetə sorğu göndərir, dəqiqləşdirmə aparılır, institutun lisenziyası yoxdursa və ya Nostrifikasiyadan keçməyibsə, saxta hesab olunur.

"Bəzən də möhür və ya imza saxta olur. Bununla əlaqədar müəyyən qurumlar fəaliyyət göstərir və bu iş daim nəzarətdədir. Bir sıra universitetlər bağlanır, digərləri birləşir, kolleclər universitetlərin nəzdinə verilir. Bu hərəkətlilik və dəyişikliklər müəyyən vaxtlarda boşluqlar yaradır və bundan istifadə edənlər saxta diplomlar hazırlayıb kimlərəsə verirlər.

Belə bir "xroniki xəstəliyi" birdən -birə aradan qaldırmaq mümkünsüz dərəcədə çətin bir şeydir. Bundan başqa, hesab edirəm ki, elektron baza olmalıdır. Hər bir işə götürən işçini qəbul etdikdən sonra rahatlıqla həmən portala daxil olub verilən diplomun həqiqi, yoxsa saxta olduğunu yoxlamalıdır", - deyə ekspert əlavə edib.

Neftimiz bahalaşıb like
  • 21 Yan 09:40  
Digərləri Neftimiz bahalaşıb

Azeri Light markalı Azərbaycan neftinin qiyməti Auqusta İtaliya limanında C

arrow Ətraflı
Göyçaydan Bakıya narkotik aparmaq istədilər like
  • 21 Yan 09:29  
Kriminal Göyçaydan Bakıya narkotik aparmaq istədilər

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə

arrow Ətraflı
Pattinson dəb nümayişinə ətəklə gəldi  FOTO like
  • 21 Yan 09:20  
Şou-biznes Pattinson dəb nümayişinə ətəklə gəldi FOTO

Britaniyalı aktyor Robert Pattinson ictimaiyyət qarşısına ənənəvi qadın

arrow Ətraflı
BQXKya məxsus avtomobillər Laçın yolundan keçdi  FOTO like
  • 21 Yan 09:18  
Digərləri BQXKya məxsus avtomobillər Laçın yolundan keçdi FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus dörd avtomobil Laçın

arrow Ətraflı
Uşaqlarda döş qəfəsinin deformasiyaları like
  • 21 Yan 08:59  
Digərləri Uşaqlarda döş qəfəsinin deformasiyaları

Valideynlər mütəmadi olaraq uşaqlarını pediatr müayinəsinə aparırlar.

arrow Ətraflı
Uşaqlara vitamin verilməlidir? like
  • 21 Yan 08:55  
Digərləri Uşaqlara vitamin verilməlidir?

Mütəxəssislər həkim təyinatı olmadan uşaqlara vitamin verən valideynlə

arrow Ətraflı
Ukrayna lazımi hərbi köməyi alacaq like
  • 21 Yan 08:54  
Siyasət Ukrayna lazımi hərbi köməyi alacaq

Ukraynaya lazım olan bütün hərbi yardım göstəriləcək.

arrow Ətraflı
Portuqaliya Ukraynaya 14 zirehli like
  • 21 Yan 08:52  
Siyasət Portuqaliya Ukraynaya 14 zirehli

Portuqaliya Ukraynaya zirehli transportyorlar, döyüş sursatları, elektrik ge

arrow Ətraflı
Çay və nar dəri xərçəngindən qoruyur like
  • 21 Yan 08:51  
Digərləri Çay və nar dəri xərçəngindən qoruyur

Son illər xərçəng xəstəliyi geniş vüsət alıb. Dəri xərçənginə tu

arrow Ətraflı
Alman kəşfiyyatı xəbərdarlıq etdi: like
  • 21 Yan 08:48  
Siyasət Alman kəşfiyyatı xəbərdarlıq etdi:

Baxmutun tutulması Rusiyanın Ukraynanın daha da içərilərinə girməsinə i

arrow Ətraflı
"Vaqner" qızıl hasilatı ilə like
  • 21 Yan 08:47  
Siyasət "Vaqner" qızıl hasilatı ilə

Rusiyanın "Vaqner" ÖHŞ-nin təsisçisi və sponsoru Yevgeni Priqoji

arrow Ətraflı
Kakao bağırsaq xərçəngindən qoruyur like
  • 21 Yan 08:46  
Digərləri Kakao bağırsaq xərçəngindən qoruyur

Kakao bağırsaq xərçəngindən qoruyur.

arrow Ətraflı
Ukrayna ordusu daha çox silah və sursat like
  • 21 Yan 08:44  
Siyasət Ukrayna ordusu daha çox silah və sursat

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov ötən gün olan tədbiri Ramştay

arrow Ətraflı
Britaniyada həkimlər tətil edirlər like
  • 21 Yan 08:42  
Dünya Britaniyada həkimlər tətil edirlər

Böyük Britaniyada intern həkimlər maaşların artırılmasını tələb edə

arrow Ətraflı
Ayaqlarında teztez qıcolmalar olan adamlar mütləq oxusunlar like
  • 21 Yan 08:41  
Digərləri Ayaqlarında teztez qıcolmalar olan adamlar mütləq oxusunlar

Qıcolmalar orqanizmin sahibinə verdiyi həyəcan siqnalıdır. Əzələ qıcol

arrow Ətraflı