Psixi status
Digərləri 19 Yan 2023 07:51:00 310 0
Psixi status aşağıdakı istiqamətdə aparılır: 1. Xəstə ilə söhbət 2. Xəstə haqqında psixi statusun yazılması 3. Xəstə ilə mütəmadi olaraq söhbər apararkən lazım olan suallara cavab almaq. Bu zaman xəstəyə diqqətlə yanaşma tələb olunur və aşağıdakılar diqqqətlə yoxlanılır: 3.1 xəstənin patoloji vəziyyəti 3.2 davranışa diqqət yetirmək 3.3 düşüncənin vəziyyəıti 3.4 qavranışın vəziyyəti 3.5 yaddaşın vəziyyəti 3.6 diqqətin vəziyyəti 3.7 emosiyaların vəziyyəti 3.8 digər xəstəliklər 1. Xəstə ilə söhbət. Psixi statusu aydınlaşdırmağa çalışarkən xəstəylə söhbət edən zaman çoxlu suallar verərək onun psixi vəziyyyətini öyrənmək mümkündür. Psixi xəstəliyi olan adamla uzun müddət söhbət etmək mümkün olmur. Bu səbəbdən də mütəxəssis salışıb qısa bir zamanda nə dəqər çox sual verərsə, onun psixi vəziyyəti barədə çox məlumat əldə edə bilər. Kliniki-psixoloji üsullarla xəstənin psixi statusunu müəyyən etmək mümkündür, amma bəzi məlumatları söhbətlə əldə etmək daha faydalı olur. Həkim xəstə ilə söhbət edərkən onunla incə rəftar etməlidir. Xəstəyə kobudluqla, istehza ilə yanaşmaq olmaz. Söhbət zamanı həkim xəstəyə açıq şəkildə suallar verməli və ondan cavab almağa çalışmalıdır. Bu zaman həkimdən xəstəliklərlə bağlı terminlər (depressiya, halyusinasiya, əsəbilik, gərginlik və s.)işlətməmək tələb olunur. 2. Xəstə haqqında psixi statusun yazılması. Psixi status xəstə ilə olan söhbətə əsaslanaraq yazılır. Psixi status dəqiq, psixi terminlər istifadə etmədən yazılmalıdır. Bunda məqsəd digər sahə üzrə ixtisaslaşmış həkimlər statusu oxuyan zaman çətinlik çəkməməsidir. Psixi status yazan zaman xəstənin vəziyyəti, psixi fəaliyyəti, ondan alınan məlumatlar və emosional vəziyyəti qeyd edilir. Psixi status yazan zaman xəstənin keçirdiyi xəstəliklər və onun ətrafında yaşayan adamların xəstə haqqında dedikləri də yazılır. Xəstə yaxınlarının xəstə haqqında söylədikləri ən vacib məlumatlardan hesab edilir. Xəstə haqqında psixi status yazdıqdan sonra onun diaqnozunun və xəstəlik əlamətlərini tibbi terminlərlə sonda qeyd eləmək lazımdır. Xəstəyə 2 üsulla diaqnoz qoyulur: somatik və nozol. Patoloji halın təyin edilməsi. Xəstənin halının necə olmasını öyrənmək üçün ondan ilin hansı fəslində yaşadığını, ad və familiyasının nə olduğunu, hansı ildə, hansı ayda və gündə yaşadığı, harada və nə üçün olduğu barədə suallar verilir. Xəstənin huşu onu bu hala salan somatik xəstəliklər səbəbində də meydana çıxa bilər. Xəstənin bu bərədə məlumatlı olması isə onun vəziyyətinə birbaşa təsir edir. Xəstənin psixoz halı kəllə-beyin travmaları, şizofrenik proseslər, intoksikasiyalar səbəbindən meydana çıxdığı üçün müxtəlif cür olur. Psixi status toplayan zaman xəstəyə aşağıdakı suallar verilir: * Adınız nədir? * Peşəniz nədir? * İndi günün hansı saatıdır? * İlin hansı fəslidir? * Həftənin hansı günüdür? * Harada yaşayırsan? * Sizi əhatə edən yer nəyə bənzəyir? * Sizin ətrafınızda kimlər var? * Sizə nə olub? * Nədən xəstəxanaya düşmüsünüz? * Sizə kömək lazımdırmı? * Sizi nə narahat edir? * Nə haqqında düşünürsünüz? * Ürəyinizdə nələr var? * Sizin ətrafınızda ağ xalatlı insanlar var. Onlar niyə sizin yanınızdadırlar? * Sizə niyə iynə vururlar? * Evinizə getməyə kimlər mane olur? * Siz özünüzü xəstə hesab edirsinizmi? * Sizin gözünüzə nələrsə görünür? * Sizi bu hala salan nədir? Psixi status yazan zaman xəstənin geyiminə, üz quruluşuna, davranışına, oturuş qaydasına diqqət yetirilməlidir. Bunlar xəstənin ümumi psixi vəziyyətinin nə halda olmasının göstəricisidir. Bu əlamətlər xəstənin depressiv vəziyyətindən xəbər verir. Psixi status yazarkən xəstənin oturuşu, duruşu, danışıq tərzi də mütəxəssisin diqqət mərkəzində olur. Xəstənin sosial və ya asosial olması da onun psixi statusunda aydın yazılmalıdır. Psixi status yazan zaman həkim xəstənin qeyri-adi hərəkətlərinə diqqət yetirməlidir. Belə ki, əksər xəstələrdə (əsasən qadınlara) uzun müddət psixoz əleyhinə dərman qəbul etdikdən sonra müəyyən hərəkətlər meydana çıxır. Bu özünü ağızın çeynəyici və sorucu hərəkətləri, fərqli əl hərəkətləri, gözləri oynatmaq, üz-göz turşutmaq şəklində özünü biruzə verir. Psixi status yazan zaman həkim xəstədə halyusinasiyaların olub-olaması barədə məlumat toplamalıdır. Həkim məlumat toplayan zaman xəstə ilə ehtiyyatla davranmalı və xəstəni həyəcanlandırmamalıdır. Xəstəyə aşağıdakı suallarla müraciət etməklə məlumat toplanmalıdır: * Siz qəfildən səs və ya sözlər eşidirsinizmi? * Siz qəflətən yanınızda kiminsə olduğunu hiss etmisinizmi? * Eşitdiyiniz səslərin sizin hərəkətlərinizə və fikirlərinizə təsiri varmı? * Eşitdiyiniz səslər sizə nə deyir? Psixi status yazan həkim müxtəlif suallarla xəstənin eşitdiyi səslərlə dialoqa girdiyini öyrənməli və qeyd etməlidir. Yuxarıda yazılanlardan başqa psixi status yazan zaman xəstənin yaddaş, fikir, düşüncə tərzi, dünyaya baxışı, dinə inancının olub-olmaması, dünyaya baxışı, özünə qarşı münasibəti barədə də məlumatlar öyrənilib qeyd edilməlidir. Məlumatda hətta xəstənin öz daxili xəstəliklərinə və xarici görünüşünə qarşı münasibəti barədə məlumatlar yazılmalıdır. Psixi status xəstənin psixi vəziyyəti barədə hər şeyi əks etməlidir. Psixi statusda xəstənin qorxuları, qorxduğu xəstəliklər, ətraf mühitə qarşı səsi və mimikası ilə verdiyi reaksiyalar, həyəcanları öz yerini tutmalıdır.
Bu xəbəri də oxu: Kosmosda böyük təlatüm:
Pakistanın keçmiş baş naziri İmran Xan Pəncabdan sonra erkən seçki üç�
Separatçı Ruben Vardanyan Azərbaycana qarşı sərsəm iddialarına yenisini
Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko Feysbukda Azərbaycanla bağl�
Avropa Birliyi (Aİ) Komissiyasının rəsmi nümayəndəsi Didye Reynders AB-ni
Baş beyinin ocaqlı patologiyaları dedikdə irinin beyin maddəsində məhdud
Azərbaycanda alimlərin uzunömürlü olmalarının səbəbləri araşdırılac
Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir
Ağciyər şişi qan damarlarındakı mayenin ağciyərə daxil olması və ağc
Türkiyəli aktrisa Dilan Çiçək Dəniz dünyaca məşhur şampun brendinin si
Göz xəstəlikləri arasında müşahidə edilənlərdən biri sarı nöqtə x�
Burun tutulması nəfəs almaqda çətinlik yaradan əsas problemlərdən biridi