Fermerlərin nəzərinə: Yeni subsidiyalar veriləcək


Digərləri 11 Yan 2025 20:15:00 78 0

Fermerlərin nəzərinə: Yeni subsidiyalar veriləcək

Aqrar Subsidiya Şurası məhsul subsidiyası verilən bitkilərin siyahısını genişləndirir. Şuranın qərarına əsasən, 2025-ci təsərrüfat ilindən başlayaraq fermerlər qarğıdalıya görə, əkin subsidiyası ilə yanaşı, məhsul subsidiyası da ala biləcəklər. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, məhsul subsidiyası qarğıdalıdan nişasta, qlükoza, yağ və fruktoza istehsal edən müəssisələrə verilən məhsula şamil ediləcək. Öz torpaq sahəsində qarğıdalı yetişdirən və məhsulu belə müəssisələrə təhvil verən fermerlər əkin subsidiyası ilə yanaşı, təhvil verdikləri qarğıdalının hər tonuna görə 50 manat məhsul subsidiyası alacaqlar.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı becərilməsinə görə fermerlərə hər hektara görə 290 manat, müasir suvarma sistemləri quraşdırılmamış qarğıdalı sahələrinə görə isə hər hektara 230 manat əkin subsidiyası ödəniləcək. Təkrar qarğıdalı əkinlərinə görə isə fermerlərə hər hektar üçün 120 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Maraqlıdır, yeni qərarı şərtləndirən amillər hansılardır? Bundan sonra sözügedən sahədə nələr gözlənilir?

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Azad olunmuş ərazilərdə fərqli əmsal

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə qarğıdalı əkinlərinə görə fərqli əmsallar müəyyənləşib: "Növbəti təsərrüfat ilindən azad olunmuş ərazilərdə müasir suvarma sistemləri ilə təmin olunmuş sahələrdə qarğıdalı əkinlərinə görə hər hektara 400 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış ərazilərdə qarğıdalı əkinlərinin hər hektarına görə 140 manat subsidiya ödəniləcək".

Nazirlikdən qeyd edilib ki, Azərbaycanda tək qarğıdalı əkinləri deyil, bütün əkinlər subsidiyalaşdırılır: "Subsidiya dövlət dəstəyidir. Fermerin xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması mexanizmidir. Stimullaşdırma tədbiri olduğuna görə fermerlərə müsbət təsir edəcəyi gözlənilir".

Həm qida, həm də yem bazası

İqtisadçı Cəfər İbrahimli düşünür ki, qarğıdalı olduqca faydalı xammaldır: "Qarğıdalıdan qida kimi istifadə olunur. Yağ, nişasta və digər məhsullar alınır. Heyvandarlıqda yem bazası kimi də istifadəsi nəzərdə tutulur. Bu baxımdan, məhsula görə subsidiyanın verilməsi nəzərdə tutulur ki, qarğıdalının istehsal müəssisələrinə təhvil verilməsinə maraq artsın. Müəssisələrə verilməsə də, qarğıdalının həm dənindən, həm də silosundan istifadə olunur. Maldarlıqda qarğıdalı silosu olmadan süd məhsuldarlığı əldə etmək mümkün deyil. Bu baxımdan qarğıdalıya subsidiya və güzəştlərin edilməsi çox müsbət hadisə kimi qiymətləndirilməlidir".

Daha çox məhsul istehsal ediləcək

C.İbrahimlinin fikrincə, məhsul subsidiyalarının verilməsi reallaşandan sonra fermerlərin əldə etdikləri gəlirlər də artacaq: "Əkin subsidiyaları hər əkilən sahəyə görə verilir. Əkin subsidiyasında qarğıdalının hansı məqsədlə əkildiyinin fərqi yoxdur. Məhsul subsidiyası isə fermerlərin maraqlı olması üçündür. Məhsulun becərilməsinə qatqı məqsədi daşıyır. Əgər məhsul qida üçün emala gedirsə, hər iki subsidiya növündən yararlana bilərsiniz. Amma heyvandarlıq üçündürsə, yalnız əkin subsidiyaları şamil edilir. Qida kimi daha çox məhsul istehsal ediləcək, dəyər yaradacaq. Həmçinin təsərrüfat sahələrinin inkişafına dəstək olacaq. Qarğıdalının hətta atılan hissəsindən də istifadə edilir deyə, heç nə itkiyə getmir".

"Əkin subsidiyaları artırılmalıdır"

İqtisadçı bildirib ki, məhsul subsidiyası ilə müqayisədə əkin subsidiyaları olduqca azdır: "Düşünürəm ki, qarğıdalıya ayrılan subsidiya arpa və buğda ilə müqayisədə daha çox olmalıdır. Çünki onun istehsal xərcləri daha çoxdur. O səbəbdən subsidiya həcmi iki dəfə artırılmalıdır. Lakin görürük ki, arpa və buğdaya verilən qədər əkin subsidiyası ayrılır. Nəzərə almalıyıq ki, qarğıdalıda yerli toxumlarımız standartlara cavab verə bilmir. Əkilən qarğıdalı toxumlarının 80 faizə yaxını xaricdən gətirilir. O isə olduqca baha başa gəlir. Fermerlər üçün əlavə xərc olduğunu nəzərə alsaq, əkin subsidiyaları artırılmalıdır. Məhsul subsidiyası üçün isə 50 manat normal məbləğdir".

"Suvarma sistemlərinə də dəstək olmaq lazımdır"

Ekspert düşünür ki, qarğıdalı ilə bağlı təsərrüfatlarda xeyli inkişaf mövcuddur: "Son 10 ilə yaxındır məhsuldarlıq artıb. Dənlik qarğıdalının məhsuldarlığı 10 ton üzərinə çıxır, əvvəl 3-4 ton güclə olurdu. Silosluq qarğıdalıda da hər hektardan 60-70 ton məhsul götürülə bilir. Bu da fermerlərin əməyi nəticəsində baş verib. Düşünürəm ki, dəstək bir az da artırılsa, proses daha da inkişaf edər".

C.İbrahimli bu sahədəki həll edilməli digər məsələlərə də toxundu: "Qarğıdalının suya çox ehtiyacı var. Onların suvarma sistemlərinə də dəstək olmaq lazımdır. Heyvandarlıq təsərrüfatları üçün bu qidaların əkilməsinə yer ayrılmalıdır. Hansı ki, özləri qarğıdalı yetişdirsinlər və ondan da yem kimi istifadə etsinlər. Belə olduqda, daha sərfəli yem bazalarını formalaşdırmış olarlar. Bu baxımdan qarğıdalı əkinlərinin artırılması vacibdir". Son.az

İlqar Mikayloğlu Balaəlidən belə qisas aldı: oturduğu kresloya...  FOTO like
  • 11 Yan 20:06  
Şou-biznes İlqar Mikayloğlu Balaəlidən belə qisas aldı: oturduğu kresloya... FOTO

"Başa düşərəm ki, vaxtı yoxdur. Gəlmək istəməz, bunu da başa dü

arrow Ətraflı
Fransada iki qatar toqquşdu  30dan çox yaralı var like
  • 11 Yan 19:54  
Digərləri Fransada iki qatar toqquşdu 30dan çox yaralı var

Fransanın Strasburq şəhərində iki tramvayın toqquşması nəticəsində az

arrow Ətraflı
Pensiyalar gələn ay yenidən artırılacaq like
  • 11 Yan 19:46  
Digərləri Pensiyalar gələn ay yenidən artırılacaq

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, mini

arrow Ətraflı
Ermənistanda zəlzələ oldu like
  • 11 Yan 19:40  
Digərləri Ermənistanda zəlzələ oldu

Ermənistanda Spitakdan 1 km şimalda zəlzələ olub.

arrow Ətraflı
Dörd BÜRC həftəsonu cekpot qazanacaq like
  • 11 Yan 19:39  
Digərləri Dörd BÜRC həftəsonu cekpot qazanacaq

Astroloqlar bu həftənin sonunda maddi cəhətdən şanslı olacaq bürcün dö

arrow Ətraflı
"Mercedes" kanala aşdı: yaralı var like
  • 11 Yan 19:30  
Digərləri "Mercedes" kanala aşdı: yaralı var

Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələn�

arrow Ətraflı
Gəncədə ağır qəza  xəsarət alanlar var like
  • 11 Yan 19:16  
Digərləri Gəncədə ağır qəza xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Kürdəmirdə ağır qəza  ölən və xəsarət alan var like
  • 11 Yan 19:05  
Digərləri Kürdəmirdə ağır qəza ölən və xəsarət alan var

Kürdəmirdə yol- nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

arrow Ətraflı
Gəncədə bıçaqlanma hadisəsi like
  • 11 Yan 19:00  
Digərləri Gəncədə bıçaqlanma hadisəsi

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Şahzadə və xanımı evsiz qalanlara qapılarını açdılar like
  • 11 Yan 18:58  
Dünya Şahzadə və xanımı evsiz qalanlara qapılarını açdılar

Kaliforniyanın Montecito şəhərində yaşayan Şahzadə Herri və həyat yold

arrow Ətraflı
Restoranda dava: Kababçı müştərini döydü like
  • 11 Yan 18:55  
Digərləri Restoranda dava: Kababçı müştərini döydü

Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən "Baban

arrow Ətraflı
​Azərbaycan elminə ağır itki üz verib like
  • 11 Yan 18:52  
Digərləri ​Azərbaycan elminə ağır itki üz verib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi i�

arrow Ətraflı
Ukrayna Rusiyaya PUAlarla hücum etdi  yaralılar var like
  • 11 Yan 18:50  
Dünya Ukrayna Rusiyaya PUAlarla hücum etdi yaralılar var

Rusiya Ukraynanın Rusiyanın bir sıra bölgələrinə pilotsuz təyyarələrl�

arrow Ətraflı
Azərbaycanda bu məhsulun qiyməti artdı  SƏBƏB like
  • 11 Yan 18:45  
Digərləri Azərbaycanda bu məhsulun qiyməti artdı SƏBƏB

Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəli

arrow Ətraflı
Təhsildə Texas təcrübəsi: Təhsil ədalətini təmin edən yanaşma nələrdir? like
  • 11 Yan 18:39  
Digərləri Təhsildə Texas təcrübəsi: Təhsil ədalətini təmin edən yanaşma nələrdir?

Amerika təhsil sistemi xüsusilə Texas ştatında təhsil imkanlarının fərq

arrow Ətraflı