Pensiyalar gələn ay yenidən artırılacaq
Digərləri 11 Yan 2025 19:46:00 130 0
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, minimum pensiya məbləği gələn aydan 280 manatdan 320 manata çatdırılacaq. Bu o deməkdir ki, minimum pensiya alanlar artıq gələn aydan artırılmış məbləği alacaqlar. Bu artımlar məhz fevral ayında pensiyaçılara ödəniləcək.
Bu xəbəri də oxu: Bakıda qadın avtobus dayanacağında öldü
Son.az xəbər verir ki, Azərbaycanda bundan əlavə gələn ay pensiyaların yenidən artırılması nəzərdə tutulub.
Bu dəfə artım pensiyaların indeksləşdirilməsi ilə baş tutacaq. İndeksləşdirmə pensiyaların məbləğini istehlak qiymətləri indeksi ilə əlaqələndirməklə inflyasiyadan qorunmaq vasitəsidir. Bu vasitə ilə ölkədə istehlak mallarının və xidmətlərin qiymətlərinin artması nəticəsində gəlirlərdə yaranan itkilər tam və ya qismən kompensasiya edilir. Yəni, qiymətlər artdığı üçün pensiyaların da buna uyğun artması həyata keçirilir.
İndeksləşdirmə Azərbaycanda orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq aparılır. Orta aylıq nominal əmək haqqı isə Dövlət Statistika Komitəsi tərəfindən açıqlanır.
İndeksləşdirmə Prezident İlham Əliyevin sərəncamı ilə həyata keçirilir. Qeyd edək ki, ötən il dövlət başçısı pensiyaların indeksləşməsi barədə sərəncamı fevral ayının 5-də imzalayıb.
2024-cü ilin ilk 10 ayının yekunlarına əsasən, ölkə üzrə orta aylıq əmək haqqı təxminən 8 faiz artıb. Dəqiq göstəricilər isə gələn ayın əvvəllərində elan ediləcək.
Beləliklə, pensiyalar həm prezidentin dekabr ayında imzaladığı sərəncam əsasında, həm də gələn ay indeksləşdirmə nəticəsində artacaq.
Pensiya artımları yanvarın 1-dən hesablanacaq, amma artımlar fevral ayında ikisi birlikdə ödəniləcək. Yanvar ayının artımları da fevralda ödəniləcək. (Modern.az) Son.az
Astroloqlar bu həftənin sonunda maddi cəhətdən şanslı olacaq bürcün dö

Sabirabad rayonunda minik avtomobilinin su kanalına aşması ilə nəticələn�

Kürdəmirdə yol- nəqliyyat hadisəsi olub, ölən və xəsarət alan var.

Kaliforniyanın Montecito şəhərində yaşayan Şahzadə Herri və həyat yold

Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsində yerləşən "Baban

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi i�

Rusiya Ukraynanın Rusiyanın bir sıra bölgələrinə pilotsuz təyyarələrl�

Qida rasionumuzun bir parçası da göyərtilərdir. Göyərtilərdən müxtəli

Amerika təhsil sistemi xüsusilə Texas ştatında təhsil imkanlarının fərq

Mətbəxdə ləzzət artırmaq üçün tez-tez istifadə edilən hazır bulyonla

Son vaxtlar Bakıətrafı qəsəbələrdə sifarişlə ev tikintisi ilə məşğ

Sosial şəbəkə istifadəçisi olan gənc qız gələcək qayınanasının qə
