Beyinin ocaqlı patologiyaları
Digərləri 19 Yan 2023 07:11:00 362 0
Baş beyinin ocaqlı patologiyaları dedikdə irinin beyin maddəsində məhdud şəkildə toplanması nəzərdə tutulur. Beyinin ocaqlı patologiyaları ən çox beyindaxili, az hallarda isə epidural və subdural abaseslərə təsadüf edilir.
Bu xəbəri də oxu: 5 bürcün üzü güləcək
Araşdırmalar ocaqlı beyin abseslərinin hər 100000 adamdan birində meydana çıxdığını göstərir.
Beyində meydana çıxan ocaqlı patologiyalar streptokokk, stafilokokk, pnevmokokk və meninqokokklar tərəfindən əmələ gəlir. Bəzi hallarda isə müayinələr zamanı ocaqlı patologiyaların bağırsaq çöpləri, ibtidailər və qarışıq flora səbəbindən də törədildiyinə rast gəlinir. Ocaqlı patologiyanı əmələ gətirən infeksiyalar beyinə müxtəlif yollarla (kontakt, metastatik və travmatik)daxil ola bilir.
Praktikada ən çox kontakt abseslərə rast gəlinir, kəllə boşluqları, göz çuxuru və beyin qişalarında müşahidə edilən absseslər astoidit və otit nəticəsində inkişaf edir.
Beyində baş verən ocaqlı patologiyaların təxminən yarısı otogen mənşəlidir. Kəskin formadan fərqli olaraq, xroniki irinli otitlər daha çox beyində ocaqlı fəsadlaşma verə bilir. Otitlər zamanı infeksiya gicgah sümüyünün təbil boşluğu və mağaralı cibblərin damı vasitəsilə arxa kəllə çuxuruna keçərək beyin gicgah payının absesini törədir. Nadir hallarda oto və rinogen abseslər septik artrit zamanı vena və ciblərin trombozu nəticəsində inkişaf edir. Bu zaman abseslər ilkin infeksiya ocaqlarından uzaqda - beyinin dərin şöbələrində yerləşir.
Bəzən beyində əmələ gələn ocaqlı patologiyalar ağ ciyər xəstəlikləri (pnevmoniya, bronxoektaz, abses və empiema) səbəbindən baş verir. Bu abaseslər metastatik irin ocaqlarıdır. Bəzən isə xoralı endoartrit, osteomielit və daxili üzvlərin absesləri də beyində metastatik patoloji irin ocaqlarının əmələ gəlməsinə səbəb olur. Bu zaman xəstəliyin əmələ gəlməsinə septik emboliya səbəb olur.
Travmatik abseslər kəllənin açıq zədələnmələri zamanı beyin qişasına infeksiya düşməsi səbəbindən baş verir. Bu zaman infeksiya beyini zədələyən alət vasitəsilə içəri daxil olur.
Azərbaycanda alimlərin uzunömürlü olmalarının səbəbləri araşdırılac
Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir
Ağciyər şişi qan damarlarındakı mayenin ağciyərə daxil olması və ağc
Türkiyəli aktrisa Dilan Çiçək Dəniz dünyaca məşhur şampun brendinin si
Göz xəstəlikləri arasında müşahidə edilənlərdən biri sarı nöqtə x�
Burun tutulması nəfəs almaqda çətinlik yaradan əsas problemlərdən biridi
Aparıcı Zaur Baxşəliyev növbəti açıqlaması ilə diqqət çəkib.
Dil xərçəngi ən çox müşahidə edilən xərçəng növləri sırasındadı
Türkiyənin Kocaeli vilayətində atlar üçün xına gecəsi təşkil edilib.
Qərb mətbuatı bu gün 30 yaşlı Selena Qomez və "The Chainsmokers"
Uşağın iki aylığı olduğu zamanda onun qidalanması üçün lazım olan ə
Rusiyanın tanınmış müğənisi Filip Kirkorovun keçirdiyi estetik əməliyy
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"