Pakistanda siyasi böhran – İmran Xandan
Siyasət 19 Yan 2023 07:45:00 279 0
Pakistanın keçmiş baş naziri İmran Xan Pəncabdan sonra erkən seçki üçün hökumətə təzyiq göstərmək məqsədilə üstünlükdə olduğu Xeybər Paxtunxva əyaləti parlamentini buraxıb.
Bu xəbəri də oxu: Prezident ruandalı həmkarı ilə görüşüb FOTO
Son.az teleqraf.com-a istinadən bildirir ki, Xeyber Paxtunxvanın baş naziri Mahmud Xan Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) lideri İmran Xanın tələbi ilə parlamentin buraxılması qərarını əyalət qubernatoruna göndərib.
Qubernator Hacı Qulam Əli qərarı imzaladıqdan sonra parlament buraxılıb.
Parlamentin buraxılmasından sonra müvəqqəti hökumət qurulacaq və 90 gün ərzində Xeybər Paxtunxvada yeni seçkilər keçiriləcək. Mahmud Xan müvəqqəti hökumət qurulana qədər vəzifəsini davam etdirəcək.
İmran Xanın rəhbərlik etdiyi PTI yanvarın 12-də Pəncab və Xeybər Paxtunxva əyalət parlamentlərinin buraxılacağını açıqlamışdı.
PTI sədrinin müavini Çaudri Fəvad Hüseyn deyib ki, parlamentlərin buraxılmasından sonra 90 gün ərzində Pəncab və Xeybər Paxtunxva əyalətlərində seçkilər keçiriləcək: "Ölkənin 60 faizi seçkilərə gedir. Buna görə də inanırıq ki, federal hökumət inadkarlığı dayandırmalı, çərçivə yaratmalı və seçkilər keçirməlidir".
İmran Xanın rəhbərlik etdiyi partiya parlamentləri ləğv edilməmişdən əvvəl Xeybər Paxtunxva və Pəncabda üstünlükdə olub. Paxtunxva əyalətinin əhalisi təxminən 40 milyondur. Ölkənin ən sıx məskunlaşdığı Pəncab əyalətinin əhalisi isə 110 milyondan çoxdur. Pakistan əhalisinin təxminən 225 milyon nəfər olduğu təxmin edilir.
Əhalisi 150 milyondan çox olan bu iki əyalətdə keçiriləcək seçkilər ölkənin yarıdan çoxunun seçki keçirməsi deməkdir.
Ekspertlər İmran Xanın bu iki əyalətdə keçiriləcək seçkilərdə mandatların sayını artıracağına inandığını və növbədənkənar seçkilər elan etmək üçün hökumətə təzyiq edə biləcəyini deyirlər.
Separatçı Ruben Vardanyan Azərbaycana qarşı sərsəm iddialarına yenisini
Rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko Feysbukda Azərbaycanla bağl�
Avropa Birliyi (Aİ) Komissiyasının rəsmi nümayəndəsi Didye Reynders AB-ni
Baş beyinin ocaqlı patologiyaları dedikdə irinin beyin maddəsində məhdud
Azərbaycanda alimlərin uzunömürlü olmalarının səbəbləri araşdırılac
Diqqət pozğunluğu əksər hallarda uşaqlarda görünən patoloji əlamətdir
Ağciyər şişi qan damarlarındakı mayenin ağciyərə daxil olması və ağc
Türkiyəli aktrisa Dilan Çiçək Dəniz dünyaca məşhur şampun brendinin si
Göz xəstəlikləri arasında müşahidə edilənlərdən biri sarı nöqtə x�
Burun tutulması nəfəs almaqda çətinlik yaradan əsas problemlərdən biridi
Aparıcı Zaur Baxşəliyev növbəti açıqlaması ilə diqqət çəkib.