Ombudsman “Human Rights Watch”un qərəzli iddialarına


Siyasət 15 Yan 2023 16:03:00 396 0

Ombudsman “Human Rights Watch”un qərəzli iddialarına

Azərbaycan Ombudsmanı "Human Rights Watch" təşkilatının 2022-ci il üzrə hesabatında əks olunmuş iddialara cavab verib.

Son.az xəbər verir ki, Səbinə Əliyeva bildirib ki, beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan hesabat və bəyanatlar qərəzsiz, ədalətli və ikili standartlardan uzaq olmalıdır. Amma təəssüflər olsun ki, həmişə olduğu kimi "Human Rights Watch" sosial şəbəkələrdə əsassız və qərəzli məlumatlar yaymaqla, habelə bu kimi əsassız məlumatları öz illik hesabatlarında əks etdirməklə Azərbaycana qarşı qərəzli yanaşmasını davam etdirir.

"Human Rights Watch" 2022-ci il üzrə hesabatında Ermənistan və Azərbaycan arasında artıq həll edilmiş hərbi münaqişəni hələ də həll olunmamış münaqişə kimi qeyd edərək, bu məsələyə öz real yanaşmasını göstərir. Habelə sözügedən beynəlxalq qeyri-hökumət təşkilatı öz hesabatında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirməklə beynəlxalq hüququn ümumtanınmış norma və prinsiplərini də heçə sayır. Halbuki "Human Rights Watch" obyektiv araşdırma aparmağa səy göstərmiş olsaydı, o zaman Ermənistanın işğalından azad edildikdən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış həmin ərazilərində sürətlə bərpa və tikinti işlərinin aparıldığını görmüş olardı.

Xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladıqları üçtərəfli Bəyanatdan indiyədək Azərbaycan tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni millətinə mənsub hər hansı bir şəxsin həyatına təhlükə yarada biləcək heç bir hadisə törədilməyib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın Ermənistanın işğalı altında olub və bu işğal nəticəsində bir milyonadək insan məcburi köçkün vəziyyətinə düşüb. Birinci Qarabağ müharibəsindən indiyədək 4000-ə yaxın azərbaycanlı itkin hesab olunur və indiyədək Ermənistan onların taleləri barədə ailələrinə hansısa bir məlumat verməkdən boyun qaçırır. Nəyə görə "Human Rights Watch" bu cür kobud insan hüquqları pozuntusunun bərpası üçün onu dünya ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədilə hər hansı bir təşəbüsslə çıxış etməyib?

Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra Ermənistan tərəfindən həmin ərazilərə dinc əhalinin həyatına təhlükə yaradan yüz minlərlə minanın basdırıldığı aşkar edilib. "Human Rights Watch" isə öz hesabatında yalnız Azərbaycan Baş Prokurorunun 2022-ci il oktyabr tarixli bəyanatında qeyd edilmiş "2020-ci ildə əldə edilmiş atəşkəsdən 2022-ci il oktyabrın ortalarına kimi "Dağlıq Qarabağda" mina partlaması nəticəsində 34 mülki şəxsin həlak olması, ətraf ərazilərdə isə daha 80 nəfərin yaralanması" faktına istinad edir. Təəssüflə qeyd edilməlidir ki, mina partlayışları nəticəsində həyatını itirən və ya yaralanan mülki vətəndaşların sayı ötən oktyabr ayından etibarən artıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra ümumilikdə 274 nəfər minaya düşüb, 36-sı dinc sakin olmaqla 46 nəfər həlak olub. Qəribəsi odur ki, "Human Rights Watch" bu ərazilərin işğalı zamanı bu minaların basdırılmasında bilavasitə iştirak edən və işarələnməmiş minalı ərazilərin dəqiq xəritəsini verməkdən imtina edən Ermənistan rəhbərliyinin adını heç vaxt qeyd etmir.

Müharibə və postmüharibə dövrlərində Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin pozulması faktları ilə bağlı bir çox hesabatlar hazırlanaraq müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına göndərilib. Ombudsman mina problemi ilə bağlı öz xüsusi hesabatında mina təhlükəsi haqqında ətraflı məlumat verib və regionda sülh quruculuğu prosesinə xələl gətirən bu problemin tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Bu hesabat bütün müvafiq beynəlxalq insan hüquqları təşkilatlarına, eləcə də "Human Rights Watch" kimi beynəlxalq qeyri-hökumət təşkilatlarına da göndərilmişdir.

Yuxarıda qeyd olunanların fonunda "Human Rights Watch"un mina ilə bağlı məsələyə yanaşması elə təəssürat yaradır ki, sanki bu minalara görə davamlı şəkildə baş verən mülki itkilər bu təşkilat üçün ciddi problem deyil.

Erməni hərbi qulluqçularının guya edam edilməsini əks etdirən videogörüntülərə gəlincə isə qeyd edilməlidir ki, Azərbaycanın müvafiq qurumları bu materiallarla bağlı zəruri araşdırmalara başlayıb. Həmçinin o da qeyd edilməlidir ki, bu videoların etibarlılığı ilə bağlı bəzi şübhələr mövcuddur. Bundan başqa, Ermənistan hərbi qulluqçularının Azərbaycan hərbi qulluqçularına qarşı törətdikləri işgəncə və pis rəftar hallarını əks etdirən çoxsaylı videolar da var və onların bir qismi sosial şəbəkələrdə yayılıb. Amma biz heç vaxt bu videolarda nümayiş etdirilən faktlarla bağlı Ermənistan hakimiyyəti tərəfindən hansısa araşdırma aparılmasının və "Human Rights Watch"un da bununla bağlı hər hansı reaksiyasının şahidi olmamışıq.

Biz "Human Rights Watch"dan hərbi əsirlərin işləri üzrə araşdırmalarla bağlı qərəzsiz yanaşma nümayiş etdirməsini gözləyərdik. Lakin çox təəssüf ki, Ermənistan hərbi qüvvələri tərəfindən işgəncələrə və pis rəftara məruz qalan azərbaycanlı hərbi əsirlərin məsələsinə ciddi yanaşmanın şahidi olmadıq.

Hərbi əsirlərlə bağlı qeyd edilməlidir ki, dövlət orqanlarının bəyanatına əsasən, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bütün erməni hərbi əsirlər artıq öz evlərinə qaytarılıb.

Nəzərinizə çatdırırıq ki, Ombudsman Milli Preventiv Mexanizm (MPM) mandatına uyğun olaraq, MPM qrupu ilə birgə heç bir ayrı-seçkiliyə yol vermədən insanların öz iradəsi ilə tərk edə bilmədiyi, o cümlədən erməni əsilli şəxslərin də saxlandığı yerlərə mütəmadi olaraq başçəkmələr həyata keçirir. Bu cür başçəkmələr zamanı orada saxlanılan şəxslərə, o cümlədən erməni əsilli şəxslərə müalicə, tərcüməçi və yaxınları ilə videozəng vasitəsilə əlaqə yaradılması imkanının təmin olunduğu müşahidə edilib.

Bununla əlaqədar olaraq, "Human Rights Watch" təşkilatına öz hesabatlarını hazırlayarkən Azərbaycan Ombudsmanın erməni əsilli saxlanılan şəxslərin insan hüquqlarının vəziyyətinin monitorinqinə dair başçəkmələri ilə bağlı xüsusi hesabatlarına nəzər salmağı və onlardan istifadə etməyi məsləhət görürük.

Azərbaycan Ombudsmanı dəfələrlə öz bəyanatlarında müharibədən sonrakı dövrdə Ermənistan tərəfindən dəstəklənən, Azərbaycana qarşı regionda sülhü təhdid edən təxribat xarakterli əməlləri qınayıb. Təəssüf ki, "Human Rights Watch" həmin bəyanatlarda qeyd edilən insan hüquqları pozuntularını araşdırmaq üçün heç vaxt hər hansı bir addım atmır və əksinə, qərəzli hesabatlar yaymaqda davam edir.

Biz "Human Rights Watch"u ədalətli, qərəzsiz, ikili standartlardan uzaq olmağa dəvət edir, davamlı sülhün əldə olunmasını təhlükə altında qoya biləcək və regionda normal həyatın bərpasını gecikdirə biləcək hər hansı qərəzli yanaşmadan və ya bəyanatdan çəkinməyə çağırırıq.

Son.az 

Müsəlman aləminin ilk qadın baş naziri... like
  • 15 Yan 16:00  
Digərləri Müsəlman aləminin ilk qadın baş naziri...

Son.az Kulis.az-a istinadən Pakistanın keçmiş baş naziri Bənazir Brutto ha

arrow Ətraflı
Avstriyalı aktyor uşaq pornosuna görə ittiham olunur like
  • 15 Yan 15:51  
Dünya Avstriyalı aktyor uşaq pornosuna görə ittiham olunur

"Korsaj" filmində rol alan avstriyalı aktyor Florian Tayxtmeyster u�

arrow Ətraflı
Ən tez qocalan beş orqan hansıdır? like
  • 15 Yan 15:40  
Digərləri Ən tez qocalan beş orqan hansıdır?

İllər ötdükcə ürək və beyin başda olmaqla, bəzi orqanlarımızda dəyi

arrow Ətraflı
Misirdə yeni firon sərdabəsi tapıldı like
  • 15 Yan 15:31  
Dünya Misirdə yeni firon sərdabəsi tapıldı

Misirdə arxeoloqlar qazıntılar zamanı qədim firon məzarı aşkar ediblər.

arrow Ətraflı
Bu məhlulla bütün ləkələri TƏMİZLƏYƏ BİLƏRSİNİZ like
  • 15 Yan 15:20  
Digərləri Bu məhlulla bütün ləkələri TƏMİZLƏYƏ BİLƏRSİNİZ

Bir çox insan yuyucu tozların paltardakı ləkələri aparmamasından şikayə

arrow Ətraflı
Baydenin evində daha bir neçə məxfi sənəd aşkarlandı like
  • 15 Yan 15:11  
Dünya Baydenin evində daha bir neçə məxfi sənəd aşkarlandı

ABŞ prezidenti yanında işləyən vəkillər dövlət başçısının şəxsi

arrow Ətraflı
Türkiyədən gələn kişi arvadına xəsarət yetirdi like
  • 15 Yan 15:00  
Kriminal Türkiyədən gələn kişi arvadına xəsarət yetirdi

Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Şükür qısqanclıq zəminin

arrow Ətraflı
“Taliban” döyüşçülər qarda ayaqyalın puştun milli rəqsini oynadılar like
  • 15 Yan 14:51  
Dünya “Taliban” döyüşçülər qarda ayaqyalın puştun milli rəqsini oynadılar

Əfqanıstanda siyasi hakimiyyətə gələn "Taliban" hərəkatı ölk

arrow Ətraflı
Əfsanəvi Mimino like
  • 15 Yan 14:43  
Dünya Əfsanəvi Mimino

Məşhur gürcü aktyor və müğənni Vaxtanq Kikaibzde vəfat edib.

arrow Ətraflı
Bu maska dərinizi yaşlanmaqdan qoruyacaq like
  • 15 Yan 14:40  
Digərləri Bu maska dərinizi yaşlanmaqdan qoruyacaq

Yaşlandıqca dərinin elastikliyini qoruyaraq qırışları önləyən kollagen

arrow Ətraflı
Ancelina Colidən dünyaya ÇAĞIRIŞ: “Bir dəqiqənizi ayırın və dinləyin“ like
  • 15 Yan 14:31  
Digərləri Ancelina Colidən dünyaya ÇAĞIRIŞ: “Bir dəqiqənizi ayırın və dinləyin“

Hollivudun dünyaca məşhur aktrisası Ancelina Coli dünyanı oğlunun həyat�

arrow Ətraflı
Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ! like
  • 15 Yan 14:20  
Digərləri Bu qış dəbli görsənmək istəyən kişilərin DİQQƏTİNƏ!

Bu il kişilər üçün daha fərqli geyim modelləri dəbdə olacaq.

arrow Ətraflı
Odla su bir arada like
  • 15 Yan 14:11  
Digərləri Odla su bir arada

Respublikamızın müxtəlif bölgələrində zəngin mineral tərkibi, müalic�

arrow Ətraflı
İllərlə görünüşünü tənqid etdiyi üçün Milad gecəsi ərini bıçaqlayaraq öldürüb like
  • 15 Yan 13:51  
Dünya İllərlə görünüşünü tənqid etdiyi üçün Milad gecəsi ərini bıçaqlayaraq öldürüb

Rusiyada, Kalininqradda Milad ərəfəsində qadın illərdir onun xarici görü

arrow Ətraflı