Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda yatdı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?


Kriminal 15 Yan 2023 14:00:00 276 0

Qorxduğu üçün roldan imtina etdi, günlərlə huşsuz halda yatdı, son məktubunda Telman Adıgözəlovdan nə istədi?

Son.az Kulis.az-a istinadən aktyor, Xalq artisti Eldəniz Zeynalov haqqında on maraqlı faktı təqdim edir.

Eldəniz Məmməd oğlu Zeynalov 1937-ci il yanvarın 1-də Bakının Yuxarı Dağlı küçəsində hərbiçi ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub: "Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun".

***

Eldəniz Zeynalov dayısının sənətini seçir. Dayısı Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevdir. Tez-tez dayısı ilə onun çalışdığı Akademik teatra gedər, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında səhnəyə də çıxıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayır: "Elə o vaxtdan başıma daş düşdü".

***

Aktyor iki dəfə ailə qurub. Birinci evliliyindən Aybəniz adlı qızı doğulub. İkinci evliliyindən isə Elbrus, Məmməd, Gülbəniz adlı övladları dünyaya gəlib. Aybəniz hal-hazırda Londonda yaşayır.

Uşaq olanda qardaşlarını tamaşaya aparır. Əhvalat belə olur: ət tapılmayan zamanlar imiş. Birgə yemək yeyəndə öz qabındakı küftənin suyunu asta-asta içib, qardaşlarının yeməklərinin hamısını yemələrini gözləyib. Qardaşların qabı boşalandan sonra baxıblar ki, Eldənizin boşqabında küftələr diri qalır, yalvarıblar ki, bizə də ver küftələrdən. Eldəniz küftəni onlara pulla satmağa razılaşıb, aldığı pula isə səhəri gün uşaq tamaşasına qardaşları üçün bilet alıb gətirib. Eldəniz Zeynalovun qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı "Qonşu qonşu olsa" tamaşasının rejissoru olub.

***

Eldəniz Zeynalov 1956-cı ildə o vaxtkı Teatr İnstitutuna qəbul olunur. İnstitutda müəllimlərindən biri də Adil İsgəndərov idi. O, Adil İsgəndərov ki, tələbələrini tələbə ikən kinoya çəkilməyə izn verməzdi. Deyirdi, tez ulduz olmaq onlara xeyir gətirməz, sənəti tam öyrənəndən sonra isə ulduz olsalar da ziyan gətirməz. Odur ki, teatrda 1950-ci ildən çalışsa da Eldəniz Zeynalov müəlliminin sözündən çıxıb institutda oxuduğu müddətdə dəvət aldığı filmlərə razılıq vermir. Nəhayət, elə çəkildiyi ilk film də institutu bitirən il müəlliminin ekranlaşdırdığı "Əhməd haradadır?" filmi olur. Filmdə Əhmədlərdən birini oynayan aktyor kinoda ilk xeyir-duasını da Adil İsgəndərovdan alır.

"Bir cənub şəhərində" filminə çəkilərkən Eldəniz rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda Eldəniz rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəflətən qucaqlayacam. Belə də ediblər. İşıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, Eldənizin üstünə qışqırır.

***

Ciddi xasiyyəti olan aktyor rejissorlardan söz götürmədiyi üçün bir neçə filmini yarımçıq qoymalı olub. Aktyorun həm də ata minmək qorxusu olub. Bu səbəbdən də "Yeddi oğul istərəm" filmindəki Mirpaşa obrazından imtina edib. Həmin filmdə epizodik rola çəkilir.

Aktyorun oğlu Məmməd Zeynalov atası kimi aktyorluq sənətini seçib. Bir müddət Dram teatrında, daha sonra İrəvan teatrında fəaliyyət göstərib. Məmməd 2021-ci il dekabrın 25-də xərçəng xəstəliyindən dünyasını dəyişib.

***

Aktyorun sonuncu ifa etdiyi rol isə Akademik Dram teatrında "Köhə ev" tamaşası olub. Bu tamaşada Səyavuş Aslanın dublyoru olan Eldəniz Zeynalov ondan qəribə bir xahiş edib deyir: Səyavuş, məşqlərə gəlmə, bəlkə də bu mənim oynayacağım sonuncu roldur". Səyavuş Aslan onun sözünü yerə salmır. Müxtəlif bəhanələrlə məşqlərə gəlmir. Tamaşanın sonunda o, Qüdrət obrazının ölümünü elə canlandırır ki, Aktyorun zalda əyləşən oğlu atasının həqiqətən öldüyünü zənn edib ağlayır.

***

Ailəsində iki oğlan, üç qız böyüyən aktyorun əzizlərinin, dostlarının, ailəsinin mənəvi əziyyətləri isə Eldəniz Zeynalovun içkiyə meyilli olmasından qaynaqlanırdı. Onu sevənlər bilirdilər ki, bu qədər içki bir gün onu yıxacaq. Yıxılır, sözün həm birbaşa, həm də məcazi mənasında... Həyatın keşməkeşləri, aldığın stress və həyat zərbələri təbii ki, insanın səhhətində izsiz keçmir. Eldəniz Zeynalov özünü içkiyə verməklə bu əzablardan xilas olmağa çalışırdı, amma yəqin özü də bilirdi ki, bu qurtuluş yolu deyil, əksinədir.

Bir gün Arif Quliyevlə danışıb rayonlara qastrola çıxırlar. Rayonda konsertdən əvvəl oturub yeyib-içirlər və pilləkənləri düşəndə Eldəniz Zeynalovun ayağı burxulub yıxılır. Bu hadisədən sonra 6 ay xəstə yatır. Travmatologiya İnstitutunda əməliyyat olunaraq iki ay orada müalicə alır. Daha sonra həkimlər ayağının yenidən əməliyyat olunmasını məsləhət görürlər. Bu dəfə Respublika Elmi Arterioloji Mərkəzdə əməliyyat olunur. Bu dəfə də uğursuz keçirilir. Əməliyyatdan sonra vəziyyəti günbəgün ağırlaşır. Ayağında çürümə gedir. Oğlu Elbrus Zeynalov müsahibələrinin birində deyirdi:

Ayağı sınandan sonra atam xəstə yatırdı. Həkimlər onu düzgün əməliyyat etməmişdilər. Yataq xəstəsi olmuşdu, gəzə bilmirdi. Heç ayağa da qalxa bilmədi, üstəlik dinib-danışmır, bütün günü halsız qalırdı. Bir gün həkimlər atamın ayağını xüsusi drellə deşəndə o mənim adımı çəkib qışqırdı, dözə bilmədim, ürəyim getdi. Özümə gələndə onun halı nisbətən düzəlmişdi, amma mən ömür boyu o səhnəni unuda bilmərəm".

Həkimlər əməliyyatsız düzəlmədiyini görüb, aktyorun ayağını əməliyyat etməli olurlar. Əməliyyatdan sonra Eldəniz Zeynalov özünə gəlmir, yəni huşsuz qalır. İki ay evdə huşsuz halda yatır və 2003-cü il noyabrın 5-də 64 yaşında dünyasını dəyişir. Yastığının altından sonradan sənət dostu Telman Adıgözəlova yazdığı məktub çıxıb. Aktyor övladlarını, ailəsini Telman Adıgözəlova tapşırıbmış məktubda.

Son.az 

İllərlə görünüşünü tənqid etdiyi üçün Milad gecəsi ərini bıçaqlayaraq öldürüb like
  • 15 Yan 13:51  
Dünya İllərlə görünüşünü tənqid etdiyi üçün Milad gecəsi ərini bıçaqlayaraq öldürüb

Rusiyada, Kalininqradda Milad ərəfəsində qadın illərdir onun xarici görü

arrow Ətraflı
Bu qidalar ürəyinizi sağlam saxlayacaq like
  • 15 Yan 13:40  
Digərləri Bu qidalar ürəyinizi sağlam saxlayacaq

Bəzi qidalar ürək-damar sisteminin qorunması baxımından çox faydalıdır.

arrow Ətraflı
Peşəkar boksçu oğruları belə qovdu like
  • 15 Yan 13:31  
Dünya Peşəkar boksçu oğruları belə qovdu

Avstraliyanın Qold-Kost şəhərindən olan peşəkar ağır çəkili boksçu e

arrow Ətraflı
Kraliyyət xanımlarının hamiləlik stilləri like
  • 15 Yan 13:20  
Digərləri Kraliyyət xanımlarının hamiləlik stilləri

İngiltərə kral ailəsinin şəxsi həyatları həmişə insanların marağın

arrow Ətraflı
Yumurtanın qiyməti artıb like
  • 15 Yan 13:11  
Digərləri Yumurtanın qiyməti artıb

Bölgələrdə kənd yumurtası bahalaşıb. Yumurta da ən çox istifadə edil�

arrow Ətraflı
DGK müstəntiqinin şok əməlləri: "Jabanın arvadıyla parkda görüşdük..." like
  • 15 Yan 13:00  
Kriminal DGK müstəntiqinin şok əməlləri: "Jabanın arvadıyla parkda görüşdük..."

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və T

arrow Ətraflı
"Yenə gülmək istəyirəm..."  Günel like
  • 15 Yan 12:51  
Şou-biznes "Yenə gülmək istəyirəm..." Günel

"Bilirsiniz, həyat həqiqətən gözəldir. Enişli, yoxuşlu yollardan yo

arrow Ətraflı
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib  FOTO like
  • 15 Yan 12:42  
Siyasət Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmi

arrow Ətraflı
Yeni dəb: boşanma mərasimi like
  • 15 Yan 12:20  
Digərləri Yeni dəb: boşanma mərasimi

Avropada yeni dəb ortaya çıxıb: boşanan qadınlar bunu təntənəli şəkil

arrow Ətraflı
Bakıda yağış yağacaq, dağlıq rayonlarda yollar buz bağlayacaq like
  • 15 Yan 12:12  
Digərləri Bakıda yağış yağacaq, dağlıq rayonlarda yollar buz bağlayacaq

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üs

arrow Ətraflı
Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər like
  • 15 Yan 12:00  
Kriminal Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər

Son.az Kulis.az-a istinadən Xalq artisti Yalçın Rzazadə haqqında maraqlı f

arrow Ətraflı
Maqnit qasırğasında başınız ağrıyırsa, bunları yeyin like
  • 15 Yan 11:40  
Digərləri Maqnit qasırğasında başınız ağrıyırsa, bunları yeyin

Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından

arrow Ətraflı
Ölkəmizdə 500 mindən çox sənədsiz ev var like
  • 15 Yan 11:31  
Digərləri Ölkəmizdə 500 mindən çox sənədsiz ev var

Ölkəmizdə 50 mindən çox sənədsiz ev var. Qeydiyyata düşə bilməyən v�

arrow Ətraflı
Kilolu qadınlar necə geyinməlidir?  Yüksək bel, zolaqlı parçalar... like
  • 15 Yan 11:20  
Digərləri Kilolu qadınlar necə geyinməlidir? Yüksək bel, zolaqlı parçalar...

Çəkili qadınların ən böyük problemlərindən biri də nə geyinəcəklər

arrow Ətraflı