DGK müstəntiqinin şok əməlləri: "Jabanın arvadıyla parkda görüşdük..."


Kriminal 15 Yan 2023 13:00:00 479 0

DGK müstəntiqinin şok əməlləri: "Jabanın arvadıyla parkda görüşdük..."

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin sabiq müstəntiqi Nicat Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Gürcüstan vətəndaşı Jaba Jibgaşvili Azərbaycana gələrkən üstündə olan 53 min dollar pulu gömrüyə şifahi və ya yazılı şəkildə bəyan etmədən, gizli şəkildə keçirməyə cəhddə suçlanaraq həbs edilib. Ona Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) maddəsilə ittiham verilib.

Cinayət işi üzrə araşdırmalar Dövlət Gömrük Komitəsi İstintaq İdarəsində aparılıb. Gürcüstan vətəndaşının üstündən tapılan 53 min dolların depozit hesabına qoyulmasına qərar verilib. Nicat Qasımov depozitə qoyulmalı olan həmin vəsaiti mənimsəyib, öz ehtiyaclarına xərcləyib.

Bu məsələnin üstü açılanda Nicat Qasımov vəzifəsindən azad edilib və barəsində cinayət işi başlanılıb.

Sabiq müstəntiqin işində həm Dövlət Gömrük Komitəsi, həm də Jibgaşvili zərərçəkmiş qismində tanınıb. Çünki pul Jibgaşvilinin olub, lakin Dövlət Gömrük Komitəsində depozit hesaba qoyulmasına qərar verilib.

Qeyd edək ki, Jibgaşvili başqa icraatda təqsirləndirilən şəxs qismində mühakimə olunub və 5 il müddətinə azadlıqdan mərhum edilib.

"Xidmətimə xitam verilib"

İstintaq orqanı tərəfindən Nicat Qasımovun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat Qasımov ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, 2009-2019-cu illərdə müxtəlif vəzifələrdə işləyib: "2019-cu ilin fevral ayından isə Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin olunmuşam. İşimdə yol verdiyim nöqsana görə 2022-ci ildə gömrük orqanlarında xidmətimə xitam verilib".

"53.000 ABŞ dollarını təhvil aldım"

Təqsirləndirilən şəxsin sözlərinə görə, 8 sentyabr 2020-ci ildə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin "Terminal 1" beynəlxalq gömrük postunda Bakı-Dubay aviareysi ilə Azərbaycan Respublikasından gedən Gürcüstan vətəndaşı Jaba Jibgaşhivilininəl çantasından bəyan etmədiyi 53.000 ABŞ dolları məbləğində pulun aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material sentyabrın 14-də Əməliyyat-İstintaq Baş İdarəsinə göndərilib:

"Həmin tarixdə material üzrə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün mənim icraatıma verildi. Cinayət işi tərəfimdən öyrənilərkən maddi sübut olan 53.000 ABŞ dolları məbləğində pulun saxlanılması üçün protokolla Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinə təhvil verildiyinin şahidi oldum.

Maddi sübut olan həmin pulla bağlı sənədlərin texniki ekspertizasının təyin edilməsi məqsədilə sentyabrın 14-də tərtib edilmiş protokolla Komitənin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsinin rəisindən 53.000 ABŞ dollarını təhvil aldım.

Ekspertiza təyin edilməsi barədə qərarla həmin pul əsginaslarını oktyabrın 29-da Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etdim".

"50 min manatdan çox borcum vardı"

Təqsirləndirilən şəxsin sözlərinə görə, noyabrın 24-də Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyini və 53.000 ABŞ dolları ekspertizadan götürüb: "Lakin pulu şöbəyə təhvil vermədim və uzun müddət yığılmış şəxsi borclarımın qaytarılmasına sərf etdim. Mənim 50 min manatdan çox borcum vardı. Borclu olduğum şəxslər pullarını məndən tələb etdiklərindən, həmçinin gələcəkdə məndən şikayət edəcəklərindən ehtiyatlanaraq maddi sübut olan 53.000 dolları şəxsi ehtiyaclarıma xərclədim.

Düşündüm ki, Jaba Jibgaşivilinin barəsində məhkəmə hökmü çıxarılanadək pulu geri qaytararam. Pulun bir hissəsini yaşadığım mənzilin kirayə haqqına və azyaşlı oğlum Mansurun aylıq 800-1000 manat arası müayinə xərclərinin ödənilməsinə sərf etdim".

"Protokol tərtib edilmədi"

Nicat Qasımov qeyd edib ki, 53.000 dollardan cinayət predmeti olmayan 10.000 dolların guya qaytarılmasına dair protokolu zərərçəkmiş şəxsə imzalatdırmağa çalışsa da, istintaq proseslərində tərcüməçi iştirak etdiyindən bunu edə bilməyib:

"Həmin protokola zərərçəkmiş şəxsin əvəzindən özüm imza atmışam. Həmin məbləği mənimsədiyimdən cinayət işinin materiallarına əlavə etdiyim sənədləri formal tərtib eləməli oldum. 43.000 ABŞ dollarının guya "Maddi sübutun tanınması və saxlanca təhvil verilməsi barədə qərarla" təhvil verildiyi qeyd olunsa da, pul reallıqda olmadığından heç bir protokol tərtib etmədim".

Təqsirləndirilən şəxs qeyd edib ki, 53.000 ABŞ dollarının maddi sübutun tanınması və saxlanca təhvil verilməsi haqqında qərar qəbul edilib: "Qərarda zərərçəkmiş şəxsdən götürülmüş 53.000 ABŞ dolları məbləğində pulun 10.000 ABŞ dolları olan hissəsinin hüquqpozma predmeti olmadığından təqsirləndirilən şəxsin özünə qaytarılması, puldan qalıq qalmış 43.000 ABŞ dollarının isə maddi sübut kimi tanınması, məhkəmə hökmünün çıxarılmasınadək Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Mühasibat uçotu şöbəsində saxlanılmasını göstərdim.

Həmin müddətdə isə Jaba Jibgaşvili və onun işi üzrə tərcüməçisinə yaxın vaxtlarda 10.000 ABŞ dollarında pulu onlara qaytaracağımı dedim. Lakin maddi vəziyətiylə əlaqədar həmin pulu ona qaytara bilmədim".

"Hökmdə pulun qaytarılması göstərildi"

Nicat Qasımov deyib ki, Jibgaşvili barəsində olan cinayət işi 19 dekabr 2020-ci ildə yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:

"2021-ci ilin martın əvvəlində Jabgaşvili barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü çıxdı. Hökmə əsasən Jabgaşvili məhkəmə zalından həbs edildi və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olundu.

Hökmdə Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin mühasibat uçotu şöbəsində saxlanılan 43.000 ABŞ dolları məbləğində pulun Jabgaşvilinin özü və ya onun tərəfindən etibar edilmiş şəxsə qaytarılması göstərildi. Lakin hökmdən apellyasiya şikayəti verildiyindən Bakı Apellyasiya məhkəməsində proseslər davam etdirildi".

"Jabanın arvadının Gürcüstana getdiyini eşitdim"

Sabiq müstəntiq deyib ki, 2021-ci ilin iyun ayının əvvəlində Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb: "Bakı Apellyasiya Məhkəməsində proses davam edən dövrdə Jaba Jibgashivili tərəfindən verilmiş etibarnamə üzrə pulun özünə verilməsinə çalışan şəxslə Jaba Jibgashivilinin qeyri-rəsmi arvadı arasında mübahisələr yarandı.

"Yenə gülmək istəyirəm..."  Günel like
  • 15 Yan 12:51  
Şou-biznes "Yenə gülmək istəyirəm..." Günel

"Bilirsiniz, həyat həqiqətən gözəldir. Enişli, yoxuşlu yollardan yo

arrow Ətraflı
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib  FOTO like
  • 15 Yan 12:42  
Siyasət Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmi

arrow Ətraflı
Yeni dəb: boşanma mərasimi like
  • 15 Yan 12:20  
Digərləri Yeni dəb: boşanma mərasimi

Avropada yeni dəb ortaya çıxıb: boşanan qadınlar bunu təntənəli şəkil

arrow Ətraflı
Bakıda yağış yağacaq, dağlıq rayonlarda yollar buz bağlayacaq like
  • 15 Yan 12:12  
Digərləri Bakıda yağış yağacaq, dağlıq rayonlarda yollar buz bağlayacaq

Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üs

arrow Ətraflı
Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər like
  • 15 Yan 12:00  
Kriminal Atası gitarasını sındırdı, küçədə balıq satdı, qardaşını Rusiyada öldürdülər

Son.az Kulis.az-a istinadən Xalq artisti Yalçın Rzazadə haqqında maraqlı f

arrow Ətraflı
Maqnit qasırğasında başınız ağrıyırsa, bunları yeyin like
  • 15 Yan 11:40  
Digərləri Maqnit qasırğasında başınız ağrıyırsa, bunları yeyin

Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından

arrow Ətraflı
Ölkəmizdə 500 mindən çox sənədsiz ev var like
  • 15 Yan 11:31  
Digərləri Ölkəmizdə 500 mindən çox sənədsiz ev var

Ölkəmizdə 50 mindən çox sənədsiz ev var. Qeydiyyata düşə bilməyən v�

arrow Ətraflı
Kilolu qadınlar necə geyinməlidir?  Yüksək bel, zolaqlı parçalar... like
  • 15 Yan 11:20  
Digərləri Kilolu qadınlar necə geyinməlidir? Yüksək bel, zolaqlı parçalar...

Çəkili qadınların ən böyük problemlərindən biri də nə geyinəcəklər

arrow Ətraflı
Bölgələrdə “qəpiklik taksilər” fəaliyyət göstərir like
  • 15 Yan 11:11  
Digərləri Bölgələrdə “qəpiklik taksilər” fəaliyyət göstərir

Bu taksi sürücüləri sərnişinləri manata yox qəpiyə aparırlar. Bəzi b�

arrow Ətraflı
Naxçıvan şəhərində kommunistlər üçün inşa edilən abidə söküldü like
  • 15 Yan 11:03  
Digərləri Naxçıvan şəhərində kommunistlər üçün inşa edilən abidə söküldü

Naxçıvan şəhəri "Böyük bağ" ərazisində kommunistlər üçün

arrow Ətraflı
Yaponiyanın Baş naziri: Ukrayna ətrafındakı vəziyyət Şərqi Asiyada da təkrarlana bilər like
  • 15 Yan 10:54  
Dünya Yaponiyanın Baş naziri: Ukrayna ətrafındakı vəziyyət Şərqi Asiyada da təkrarlana bilər

Yaponiyanın baş naziri Fumio Kisida hesab edir ki, Ukrayna ətrafında mövcud

arrow Ətraflı
İstanbuldan Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi like
  • 15 Yan 10:50  
Digərləri İstanbuldan Tokioya gedən təyyarə Bakıda təcili eniş etdi

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gə

arrow Ətraflı
Müdafiə Nazirliyinin həftəlik icmalı like
  • 15 Yan 10:49  
Siyasət Müdafiə Nazirliyinin həftəlik icmalı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

arrow Ətraflı
Bakıda avtomobil 16 yaşlı qızı vurdu like
  • 15 Yan 10:46  
Digərləri Bakıda avtomobil 16 yaşlı qızı vurdu

Bakının Yasamal rayonunda 16 yaşlı gənc qız yol-nəqliyyat hadisəsi zaman

arrow Ətraflı