Mahnıları qadağan olundu, şərlənib tutuldu, həbsdə ən yaxşı əsərini yazdı
Kriminal 15 Yan 2023 01:31:00 395 0
Son.az Kulis.az-a istinadən bəstəkar Rəşid Nəsiboğlu haqqında 10 maraqlı faktı təqdim edir.
Bu xəbəri də oxu: Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni ilə həsr olunmuş möhtəşəm konsert baş tutub FOTO
1. Rəşid Nəsiboğlu orta məktəb illərindən musiqiyə həvəs göstərib. O, Azərbaycan Dövlət Konservatoriyasında Cövdət Hacıyevin sinfində bəstəkarlıq fakültəsində təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Televiziya və Radio Komitəsində xaricə yayım musiqi redaksiyasında işləməyə başlayıb. Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında "Sevgilim" vokal-instrumental ansamblının bədii rəhbəri olub.
2. 1981-ci ildə Rəşid Nəsiboğlunun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq "İRS" qədim Azərbaycan musiqisi teatrı yaradılıb. Azərbaycanın ən qədim musiqilərini bərpa edən, bu musiqinin yalnız şərq mədəniyyəti ilə deyil, bütövlükdə dünya mədəniyyəti ilə qarşılıqlı əlaqələrini üzə çıxaran bu qeyri-adi kollektivin çıxışları dərhal ölkənin mədəni ictimaiyyətinin diqqətini çəkir və o zaman üçün görünməz populyarlıq qazanır.
3. Rəşid Nəsiboğlu Nazim Hikmətin sözlərinə "Ceviz ağacı" adlı ilk romansını yazır. Ancaq bu romans türkçülük ideologiyasının təbliği iddiası ilə efirə buraxılmır.
4. Bir başqa qadağa isə "Zarafat" mahnısına olur. O mahnını da efirə buraxmırlar. Elmira Rəhimovanın ifasında səslənən bu mahnı haqqında deyilir ki, Sovet dövrünə ironik baxış sərgilənir.
5. "İrs"lə qastrola çıxan zaman bəstəkara deyilir ki, casusluq etsin. Ancaq o, bu təklifi rədd edir. Buna görə onu incidirlər, bir neçə dəfə şərləyirlər.
6. Növbəti səfərlərin birində yalançı şahidlərin hesabına Rəşid Nəsiboğlunun rüşvət aldığı deyilir. Bəstəkar həbs olunur. O, erməni hakimin çıxardığı qərara əsasən 8 il müddətinə azadlıqdan məhrum edilir.
Yulaf kəpəyi yulaf dənələrinin qabıqdan ayrılması zamanı əldə olunan
Əməkdar artisti Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə g�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq fabrikinin qəzalı yataqxanasında
Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində magistral su xəttində qəz
Bir çox xəstəliklərin və pozulmaların diaqnostikası zamanı müxtəlif an
ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki ş
Böyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər r
Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri v�
Azərbaycanın adı ilə bağlı, öz icadımız və nemətimiz olan narşərab
Qızı İlqarə Xalq artisti Aygün Kazımovanın arzusunu ürəyində qoyub.
"Polşa və Finlandiyadan başqa daha üç ölkə "Leopard" tankl
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il