Yulaf və yulaf kəpəyi
Digərləri 15 Yan 2023 01:01:00 353 0
Yulaf kəpəyi yulaf dənələrinin qabıqdan ayrılması zamanı əldə olunan məhsuldur. O sarının boza çaları rəngdə olur. Yulaf kəpəyi keyfiyyətindən asılı olaraq əla və birinci növlərə ayrılır. Ondan sıyıqların, pürelərin , şorbaların , süd məhsullarının, şirniyyatların hazırlanması zamanı istifadə edilir. Yulafın faydalı tərkibi Yulafın tərkibində antioksidant maddələr var. Bu maddələr oprqanizmi xarici zərərli təsirlərdən, infeksiya xəstəliklərindən qoruyur. Yulaf və yulaf kəpəyinin tərkibində çoxlu miqdarda fosfor və kalsium vardır. Bu minerallar sümük sisteminin möhkəmlənməsinə və anemiya əlamətlərinin azalmasına səbəb olur. Anemiyanın profilaktikası məqsədilə yulaf yeməkdə fayda var. Yulaf və yulaf kəpəyi bəlğəmgətirici, iltihab əleyhinə, mədənin selikli qişasına müalicəvi təsir edir. Meteorizm və bağırsaqlarda həzmsizlik olduqda yulaf yemək əlmətlərin aradan qalxmasına səbəb olur. Mədə və bağırsaq xəstəlikləri zamanı yulaf yemək çox faydalıdır. Onun tərkibi vitramin və minerllarla zəngindir. Bunlar isə dəri xəstəliklərinin sağalmasını sürətləndirir. Yulaf kalium, kalsium, natrium, maqnium, fosfor, dəmir, sink, B1, B2, PP, E vitaminləri ilə zəngindir. Yulafın tərkibində olan fosfor və maqniumun miqdarı digər dənli bitkilərdə olduğundan qat-qat artıqdır. Bu maddələr orqanizm tərəfindən asan sorulur. Yulafın tərkibində olanlar qanda pis xolesterinin miqdarının azalmasına səbəb olur, qanda şəkərin miqdarının normallaşmasını nəzarət altında saxlayır. Yulaf kəpəyindən çörək məhsullarının bişirilməsində istifadə olunur. Ondan hazırlanan kisel bronx və ağ ciyər xəstəlikləri zamanı sinəyumşaldıcı və bəlğəmgətirici təsirə malik olur. Yulafdan hazırlanan sıyığa şəkər, duz, süd, yağ, mürəbbə, meyvələr əlavə etmək mümkündür. Yulafın zərərli xüsusiyyətləri Yulaf sıyığını adətən mineral çatışmazlığından əziyyət çəkənlər qəbul edirlər. Onu çoxlu miqdarda qəbul etmək orqanizmdə kalsiumun miqdarının artmasına səbəb olur. Mütəxəssislər qısa müddət ərzində bişirmək üçün hazır paketlərlə satılan yuilafın orqanizm üçün az faydalı olduğunu söyləyirlər. Belə ki, bu cür qablaşdırılmada satılan yulaf və ya yulaf kəpəyinin tərkibində vitamin və minüralların miqdarı az olur. Buna səbəb isə onların üzərində texniki işləmələrin aparılmasıdır.
Bu xəbəri də oxu: Bunu gündə 1 dəqiqə edin və arıqlayın
Əməkdar artisti Elnarə Abdullayeva növbəti açıqlaması ilə gündəmə g�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Hacı Zeynalabdin Tağıyev adına Toxuculuq fabrikinin qəzalı yataqxanasında
Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində magistral su xəttində qəz
Bir çox xəstəliklərin və pozulmaların diaqnostikası zamanı müxtəlif an
ABŞ Prezidenti Cozef Baydenin Delaver ştatının Uilminqton şəhərindəki ş
Böyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər r
Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri v�
Azərbaycanın adı ilə bağlı, öz icadımız və nemətimiz olan narşərab
Qızı İlqarə Xalq artisti Aygün Kazımovanın arzusunu ürəyində qoyub.
"Polşa və Finlandiyadan başqa daha üç ölkə "Leopard" tankl
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il
Soledar uğrunda şiddətli döyüşlər davam edir, işğalçılar daha dörd i