Duaların qəbul olmaması səbəbi
Digərləri 14 Yan 2023 23:40:00 372 0
Böyük din alimi,ustad Hüseyn Ənsariyanın Qurani-Kərimə və mötəbər rəvayətlərə əsaslanaraq "Kumeyl" duasına yazdığı geniş şərhini bəzi ixtisarla oxuculara təqdim edirik.
Bu xəbəri də oxu: İlan ilinin o birilərdən fərqi nədir?
Tövbə etməkdə və fəsadlardan uzaqlaşmaqda, Qiyamət hazırlığı və saleh əməllərdə günahdan çəkinib mərifət ardınca getməkdə süstlük göstərib, günü günə satdıq, vədlərimizə əməl etmədik. "Bu gün-sabah"lar şirin yalanları ilə bizi aldatdı, kamilliyə doğru hərəkətdən saxladı.
Səndən diləyirəm ki, mənə vədə vəfa qüdrəti, "bu gün-sabah"lardan nicat əta edəsən! Bu büdrəmələr məni nəhayət dərəcədə zərərə salıb, Səninlə görüşdən məhrum edə bilər.
Bu yolunu azmış nəfsə dəva yox,
Elə küfrə batıb, zərrə şəfa yox.
Nə qədər olmuşsa həvəslərə qul
Çətin sona yetə bu xətərli yol.
İbrahim eşqindən xəbərsiz insan
İnanma atəşi görə gülüstan.
Nəfsini danlayan peşiman olmaz,
Əhrimənə uyan Süleyman olmaz.
Ya Rəbbi, kənarda sığınacaq yox,
Dərgahından qeyri isti qucaq yox.
"Ya Səyyidi, fəəsəlukə biizzətikə ən la yəhcubə ənkə duai suu əməli və fiali"
("Ey mənim Ağam! İzzətinə and verib Səndən istəyirəm ki, çirkin əməl və hərəkətlərim Sənə dualarımın qarşısını almasın.")
Ey mənim mehriban Allahım! Əməllərimin pisliyini və hərəkətlərimin çirkinliyini dualarımın qarşısında hicab qərar vermə!
Duaların qəbul olmama səbəbi
İnsan tövbə etmədiyi təqdirdə günahlar ilahi rəhmətə çatmaqda, duaların qəbul olunmasında bir maneədir. Çirkin əməl insanı dua halından məhrum edir. Hətta dua etməyə müvəffəq olsa da, bu dualar qəbul dərəcəsinə çata bilmir.
Dua qapısının insanın üzünə bağlanması bəndənin Allahın hüzurundan qovulması əlamətidir. Aşiq bir arif deyir: - "Duadan məhrum olmağım onun qəbulundan məhrum olmağımdan daha pisdir."
Duanın bu hissəsində dua edən şəxs Allahı Onun izzətinə and verib belə istəyir: "Ey mənim Ağam, dualarımı Sənin hüzurunda təsirsiz edəcək pis əməl və hərəkətlərimi aradan götür. Qoy bu əməllər məndən dua gücünü almasın və mən dərgahına gəda kimi gəlim, Sən də öz rəhmətinlə dualarımı qəbul edəsən."
Bir rəvayətdə nəql olunur ki, Həzrət Əli (ə) bir neçə səhabəsi ilə birlikdə yoldan keçərkən başını divara söykəyib istəyinin qəbulu üçün Allahı Onun izzətinə and verən bir gənc görür. Həzrət (ə) buyurur: - "Bu andla bu cavanın duası hökmən qəbuldur."
Bəli, mehriban Allah duaların qarşısını alan maneələri aradan qaldırmaq gücünə malikdir. Yandırıcı odu İbrahimə iti bıçağı İsmailə təsirsiz edən Odur!
"Və la təfzəhəni bixəfiyyi məttələtə ələyhi min sirri"
("Məni daxilimdə bildiyin gizli günahlarla rüsvay etmə.")
Mingəçevirdə yerləşən "Anadolu" tibb klinikasının rəhbəri v�
Azərbaycanın adı ilə bağlı, öz icadımız və nemətimiz olan narşərab
Qızı İlqarə Xalq artisti Aygün Kazımovanın arzusunu ürəyində qoyub.
"Polşa və Finlandiyadan başqa daha üç ölkə "Leopard" tankl
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən dünyada hər il
Soledar uğrunda şiddətli döyüşlər davam edir, işğalçılar daha dörd i
Xəbər verildiyi kimi, yanvarın 13-də günün ikinci yarısında əsən gücl
Qarabaşaq hemoqlobini artıran, damarları təmizləyən, qanda şəkəri salı
İşlənmiş batareyaların təhvil məntəqələrinin sayı artırılır.
Parisdə bir ailədə ata, ana və övladları nahar etdikdən sonra digər uşa
"Bəndələrim səndən Mənim yaxınlığım və uzaqlığım barədə sor
Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı il�
Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa,