Haqqı tanıma bəndənin ibadətinin ən üstün qəbul dərəcəsidir
Digərləri 14 Yan 2023 23:10:00 519 0
"Bəndələrim səndən Mənim yaxınlığım və uzaqlığım barədə soruşduqda bilsinlər ki, Mən onlara yaxınam. Hər kim Məni çağırarsa onun duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər ". (Bəqərə - 186)
Bu xəbəri də oxu: Qayğanağı bu yolla daha
İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bəzən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz.
Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bəzən isə heç kəsi məhrəm və etibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və məşuq yanında qəlb süfrəsini açmaqdır.
Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.
Zəlil bir bəndənin öz əziz Məbudu qarşısında duraraq, aludə canını Onun söhbəti çeşməsində təmizləməsi və təlatümlü ruhunu O bir olanın zikri ilə aram etməsindən üstün bir ləzzət varmı?! Bu, duanın ən üstün və ən gözəl bəhrəsidir!
Avam dilində duanı "bəndənin tələbi və istəyi" kimi təfsir edirlər. Lakin duanın həqiqi mənası belədir: "Aşiq bəndə tərəfindən məhbubun çağırılması, onun məşuq ilə xəlvətdə qalması və onun haqq axtaran ariflər məqamı ilə sirdaşlıq və qonşuluq etməsi".
Zəlil və alçalmış bəndə öz günahla dolu qəlb evini paklıq və yaxşılıqlardan uzaq gördükdə dost və məşuqun məclisinə qovuşmaq üçün daha yaxın bir yol axtarır. O hansı xəlvət guşədə öz məbudunu tapa bilər? O heyrət içindədir. Bu an nida olunur: "..Şübhəsiz, Mənəm yaxın..." (Bəqərə - 186).
Son vaxtlar tez-tez yerli televiziyalarda dərman preparatlarının reklamı il�
Eşitmə getdikcə zəifləyirsə, qulaqlarda uğultu, doluluq hissi yaranırsa,
Ey iman gətirənlər! Allahı çox zikr edin!
İmam Əli(ə): "Zülmkarlıq insanları büdrədər, nemətlərdən məhru
Qarabağ terrorçu-separatçıları müxtəlif ölkələrə və təşkilatlara &
Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
İctimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut
Hava məkanının pozulması Moldovanın suverenliyinə hörmətsizlikdir.
Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı addımları müsbət nətic�
"Ey mənim Rəbbim, yalnız Səni yad etməklə qəlbim dirilirvə Sənin m
İnsult beyin qan dövranı pozulması olub iflic və əlilliklə nəticələnir
Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nət
Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-