Separatçılar arasında qalmaqal böyüyür: “seçki”
Siyasət 14 Yan 2023 22:48:00 348 0
Qarabağ terrorçu-separatçıları müxtəlif ölkələrə və təşkilatlara "Qarabağ ermənilərinin vəziyyəti ağırdır, bizə kömək edin" bağırarkən, separatçıların "parlament sədri" Artur Tovmasyan Qarabağda "növbədənkənar prezident və parlament seçkilərinin" keçirilməsini təklif edib. Artur Tovmasyan bunu bölgədə yararan böhranla əlaqələndirib.
Bu xəbəri də oxu: Suriyanın yeni xarici işlər nazirini Türkiyə ilə nə bağlayır?
Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, bu, yaranan böhranının səbəblərini separatçılar fərqli şəkildə görməsi ilə bağlıdır:
"Araik Arutyunyan və Ruben Vardanyan beynəlxalq aləmin Azərbaycana təzyiq etməsini istəyərkən, bunlardan biri "seçki keçirək" təklifi ilə əslində problemin öz aralarında olduğuna eyham vurub. Çünki növbədənkənar seçkini o zaman tələb edirlər ki, idarə edənlərdən narazılıq var. Görünür, separatçıların "parlament sədrinin" Araik Arutyunyandan və Ruben Vardanyandan narazılığı var ki, onların yerinə iddialıdır. Keçmişdə Robert Köçəryanla sıx əlaqəsi olan Artur Tovmasyanın separatçıların "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanın istefaya göndərilməsindən də narazıdır. Görəsən Artur Tovmasyanın Nikol Paşinyandan, Araik Arutyunyandan və ya Ruben Vardanyandan fərqi nədir ki, "parlamentin sədri" onların çarəsiz qaldıqları durumu separatçıların xeyrinə dəyişəcəyini düşünür? Bir balaca düşüncəsi olan Qarabağ ermənisi bu gün nə Araik Arutyunyanın, nə də Ruben Vardanyanın yerində olmaq istəyər".
Qeyd edək ki, erməni mediası Ruben Vardanyanın "dövlət naziri vəzifəsindən" çıxarılacağı haqda məlumat da yayıb.
Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
İctimai fəal Bəxtiyar Hacıyevin rəhbərlik etdiyi İctimai-Siyasi İnstitut
Hava məkanının pozulması Moldovanın suverenliyinə hörmətsizlikdir.
Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı addımları müsbət nətic�
"Ey mənim Rəbbim, yalnız Səni yad etməklə qəlbim dirilirvə Sənin m
İnsult beyin qan dövranı pozulması olub iflic və əlilliklə nəticələnir
Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nət
Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar
Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar g�
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının
Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq vermək vəziyyətində de