İlham Əliyev İran Prezidentinə təşəkkür edib
Siyasət 20 Dek 2024 20:25:00 54 0
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana məktub göndərib.
Bu xəbəri də oxu: Prezident FrankValter Ştaynmayerə başsağlığı verib
Son.az bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycanın yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini verəcəkdir.
Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost və qardaş İran xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Xəbər verdiyimiz kimi, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmda
Azərbaycan Prezidenti İlham Əliyev misirli həmkarı Əbdülfəttah əs-Sisin
Üzərlik (Peganum harmala) ənənəvi tibbdə və xalq təbabətində geniş is
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo�
"Ukrayna yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandıraca
Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar
Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar
Məşhur rep ifaçısı Cardi B, son zamanlar maddi sıxıntı yaşadığı ilə
Qazaxda 17 yaşlı yeniyetmə idarə etdiyi traxtoru aşıraraq dünyasını də
Azərbaycan Respublikası Baş Prokurorluğunun İnterpol xətti ilə beynəlxal
Azərbaycanda plastik cərrahiyyənin qurbanlarının sayı günbəgün artır.
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) Suriyan�
Bakı metrosunun "Sahil" stansiyasında eskalatorlardan birinin hərə
Teleaparıcı Zaur Nəbioğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.
2025-ci il astroloji əhəmiyyətli planet hərəkətləri və təsirləri ilə