Daha bir estetik FACİƏSİ Baş həkim həmkarının burnunu "pis günə" qoydu FOTO
Digərləri 20 Dek 2024 19:47:00 60 0
Azərbaycanda plastik cərrahiyyənin qurbanlarının sayı günbəgün artır. Pasiyentlər özünü plastik cərrah kimi təqdim edən həkimlərin və qanunsuz əməliyyatların açıq bazarı olan bir sıra özəl klinikaların daha çox qazanmaq hərisliyinin qurbanı olur.
Bu xəbəri də oxu: Bakıda Şaxta baba və Qar qız olmayacaq
Son.az xəbər verir ki, özü ixtisasca həkim olan, müəyyən səbəblərə görə adının açıqlanmasını istəməyən pasiyent "MedAura" klinikasına üz tutduğu gündən həyatı cəhənnəmə dönüb. Belə ki, klinikanın baş həkimi, özünü peşəkar "plastik cərrah" kimi təqdim edən Nigar Məhəmmədova xəstəni əməliyyata alıb.
Pasiyent deyir ki, o, sadəcə burnunun ucundakı ətliliyin incəldilməsini istəyib:
"Dedilər, burda çətin bir iş yoxdur. Qiymət də münasib idi. Amma nəticədə burnumu elə kəsdilər ki, uc hissə demək olar qalmadı. Burnum atrofiya oldu, əyildi, toxumada nekrotik hal yarandı. Sağaldıqca daha da atrofiyalaşdı. Bir müddət mübahisədən, mübarizədən sonra ikinci əməliyyatı etdilər. Guya düzəldəcəkdilər. Amma bu dəfə də uğursuz oldu və həmin klinikada mənim ikinci əməliyyatımı edən iranlı həkimin də sonradan Lor həkim olduğunu öyrəndim". Bu əməliyyatlardan sonra 1 il həyatı kabusa dönən, maska ilə gəzməyə məcbur olan pasiyentin klinika rəhbəri ilə mübarizəsi hüç bir nəticə verməyib. Onlar səhvlərini boyunlarına almayıblar. Deyirlər ki, "burnundan narazısansa, biz yenidən əməliyyat edək, başqa həkimə getmə"... Şikayətçinin sözlərinə görə, sonradan Baş həkim Nigar Məhəmmədova rəsmi məktub imzalayaraq, kompensasiya məqsədilə əməliyyata verdiyi pulu qaytaracağını bildirib. Lakin zərərçəkmiş təkrar rekonstruktiv əməliyyat üçün hansı cərraha üz tutursa, ya imtina edirlər, ya da 7-8 min manat tələb olunur. Baş həkim isə bu xərci ödəməyəcəyini bildirib. Üçüncü rekonstruktiv əməliyyat xəstəyə 7500 manata başa gəlib:
Amerika Birləşmiş Ştatlarının Mərkəzi Komandanlığı (CENTCOM) Suriyan�
Bakı metrosunun "Sahil" stansiyasında eskalatorlardan birinin hərə
Teleaparıcı Zaur Nəbioğlu qalmaqallı açıqlaması ilə diqqət çəkib.
2025-ci il astroloji əhəmiyyətli planet hərəkətləri və təsirləri ilə
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Hesablama Palatası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təhsil Tələb�
"Maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şər
"Təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrin
"TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri C
Bu gün Goranboyda dəm qazından boğularaq həyatını itirən Xocalı sakinl
"Rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılm
Xəbər verdiyimiz kimi, bloqer Nərmin Bəylər qızı Mehdiyeva bədənşəkil
Tanınmış rejissor Rövşən İsax qonaq olduğu "Rəngarəng" veril