Qəlb pak və sağlam olduqda həqiqətləri düzgün dərk edə bilir
Digərləri 14 Yan 2023 22:40:00 328 0
"Ey mənim Rəbbim, yalnız Səni yad etməklə qəlbim dirilirvə Sənin münacatınla özümdəki qorxu (ayrılıq) dərdinətəskinlik verirəm." (Əbu-Həmzə Sumali" duasından.)
Bu xəbəri də oxu: 7 tələbənin qatili...
Allahı yad etmək və Allah zikri Quranın şərif ayələrində, imamların kəlamlarında xüsusi təkid və diqqətlə qeyd olunmuşdur. Allah zikri insanın müvəqqəti və məhdud həyatına sonsuz dəyər verən və insan qəlbini həqiqətlərin qəbulu üçün işıqlandıran bir zinət kimi göstərilmişdir.
Pak və sağlam qəlbin xüsusiyyətlərindən biri onun həqiqətləri tam göstərə bilən bir güzgüyə bənzəməsidir. İnsanın qəlbi öz fitri və təbii halında qalaraq, günah və dünyaya şiddətli bağlılıq nəticəsində pas bağlamazsa, həqiqətləri özündə əks etdirər. Lakin qəlb öz fitri halından xaric olduqda, həqiqətləri lazımınca dərk edə bilməz. Allah zikri belə qəlblərə zinət verir. İmam Əli (ə) buyurur: "Həqiqətən, sübhan Allah öz zikrini qəlblər üçün nur(cila) qərar vermişdir. Bunun sayəsində karlığın yerini eşitmə, korluğun yerini itibaxış tutur." ("Nəhcül-Bəlağə", Sübhi Saleh, 222-ci xütbə.)
Bir şey paslandıqda onun pasının təmizlənib parıldadılması "cəla" (cila) adlanır. Məsələn, rütubətdə qalıb pas basmış dəmir parçası cilalandıqda, parıltı verir. İnsan qəlbi də müəyyən səbəblərdən pas atır. Peyğəmbər (s) buyurur: "Həqiqətən, qəlblər də dəmir kimi paslanır. Quran qiraəti və ölümü yada salmaq onların cilasıdır." ("Mustədrəkul-vəsail", 2-ci cild, səh.104, 1548-ci rəvayət.)
Öncə qeyd etdiyimiz kimi, imam Əli (ə) buyurur: Qəlbin gözü, qulağı var və bəzi səbəblərdən kor və ya kar olur, həqiqətləri düzgün anlamır. Qəlb güzgüsü çirklənir və həqiqətləri əks etdirmir. Həzrət bu şeylərin əlacını Allahı zikr etməkdə görür və buyurur: "Zikr nəticəsində qəlb gözü işıqlı və qəlb qulağı eşidən olur. Bu zaman qəlb əvvəllər dərk etməkdə aciz olduğu həqiqətləri qavrayır."
Sanki qəlbin qoxubilmə qabiliyyəti vardır. Bu hissiyyat həmin səbəblər nəticəsində bağlanır və ilahi zikr onu yenidən gücləndirir. Buna görə də buyurur: "Allahı zikr edən kəslər ilahirəhmət nəsimini qoxulayırlar."
Məlum olur ki, qəlbimizin gözü və hissləri naqisdir. İlahi övliyaların dərk etdiyi bir çox şeyləri bizim qəlbimiz hiss etmir. Əgər azacıq hissiyyatı olsaydı, günah yükünün ağırlığını hiss edərdi. Allahın övliyaları bir günahın nə qədər ağır və necə də pis aqibətlə tamamlandığını bilirlər. Buna görə də, həddindən artıq tabdan düşüb lərzəyə gəlirlər.
Günah çoxalan zaman (bir iki olur, iki üç, bu qayda ilə minə çatır) insan qəfildən çiynində dağ olduğunu hiss edib ixtiyarsız olaraq fəryad çəkir. Çünki bunun üçün onda dözüm yoxdur. Əgər ucadan fəryad çəkmiriksə, demək, günah yükünün ağırlığını anlamırıq. Qəlbimizin hissləri işdən düşmüş, korlaşmışdır. Qəlbimizin iybilmə duyğusu günahın üfunətli iyini hiss etmir. Biz murdarları yeyir, iyini belə hiss etmirik: "Məgər öz ölmüşqardaşının ətini yemək istəyən bir kəs varmı?" ("Hucurat" surəsi, ayə 12.)
Biz qeybət etdikdə, nəinki üfunət hiss etmir, hətta ləzzət alırıq. Məlum olur ki, bizim qəlbimizin iybilmə duyğusu zəifdir. İmam Əli (ə) buyurur: "Allah düşüncəsini özlərinəməşğuliyyət etmiş şəxslər ilahi rəhmət nəsimini qoxulayırlar." İlahi rəhmət nəsiminin xoş qoxusu var. Lakin biz onu dərk etmirik və onunla tanışlığımız yoxdur. Çünki qəlbimizin iybilmə duyğusu zəifləmişdir.
Şübhəsiz, Allahı zikr etmək dedikdə, dil zikri nəzərdə tutulmur. Qəlb iştirakı olmadan dil ilə sözlər tələffüz etmək hər bir münafiqin də əlindən gələr. Demək, həqiqi zikr üçün meyar və mehvər dil yox, qəlbdir. Həqiqi zikr qəlbə nüfuz edib onu işıqlandırır.
Əlbəttə, zikr əslində qəlbə aid düşüncə və diqqət olsa da, dil zikri də faydasız, təsirsiz deyil. Dillə olan zikr bir çox faydasız və boş sözlərdən üstündür. Hidayət imamları həmişə (səhabələrlə söhbət edib, onların suallarına cavab verməyə məşğul olmayan vaxtlar) dillə zikr edirdilər. İmam Sadiq (ə) buyurur: "Atam imam Baqirin (ə) dili damağına yapışmışdı." Yəni həmişə "la ilahə illəllah" zikrini deyirdi. ("Biharul-ənvar", 46-cı cild, səh.297, 29-cu rəvayət.)
Qəlb dərya kimidir. Zikr onda təsir qoyur. Bəzən zikr kiçik bir daş kimi dəryaya düşməklə səthi dalğa yaradır və tez bir zamanda ötüb keçir. Bu bizim etdiyimiz bir çox zikr və ibadətlərə bənzəyir. İbadət və zikrlərimiz səthi dalğa kimidir və qəlbimizin dərinliyində yer tapmamışdır. Dilimizdə uyğun sözləri deyirik, lakin fikrimiz başqa yerdə olur. O zaman özümüzə gəlirik ki, ibadətimiz başa çatıb. Lakin bəzən zikr ağır tufan kimi qəlbi alt-üst edir və əbədi təsir qoyur. Demək, qəlbin xüsusiyyətlərindən biri də budur ki, pak və sağlam olduqda həqiqətləri düzgün dərk edə bilir.
İnsan qəlbinin digər bir xüsusiyyəti onun hər şey üçün keçid ola bilməsidir. İnsan qəlb cilovunu boşladıqda, o hər an kiminsə və ya nəyinsə ixtiyarına keçir. Qəlb elə bir məkr bazarına çevrilir ki, insan özü bundan xəbərsiz qalır. İnsanın bir neçə dəqiqə öz-özlüyündə düşünməsi və qəlbindən keçənləri yadda saxlaması kifayətdir. Bu zaman qəlbində, xəbərsiz qaldığı böyük bir qırğın getdiyini anlayacaqdır! Bəzən neçə dəqiqəlik bir ibadətdə (məsələn, iki rükətlik namazda) insanı cürbəcür fikirlər məşğul edir. Bu fikirlər onu o tərəf-bu tərəfə çəkir. İnsan özü bundan xəbərdar olduqda heyrətlənir. Bu iş, yalnız ayıqlıqda yox, insanın yuxusunda da özünü göstərir.
QƏLB DƏYƏRİ
Qəlbin dəyəri onun yol tapdığı həqiqətdən ibarətdir. Həqiqətən də, qəlb ona tapşırılmış şeydən dəyərlənir. Buna görə də, bəzən o qədər süqut edib, dəyərsiz olur ki, tövlə və ondan da çirkin hala düşür! Bəzən isə o qədər ucalır ki, "rəhman ərşi" olur. Bu hal insanın öz ixtiyarındadır. Daim mal, məqam, inək, qoyun və öz tarlasının fikrində olub, başqa heç bir şey düşünməyən şəxsin qəlbi tövlədən savay bir şey deyil. Daim torpaq, mülk, ev, alver və ticarətdə hiyləgərlik fikrində olan qəlb mülkü müamilələr aparılan müəssisədən savay bir şey deyil. Daim bu maşın, o maşın, filan model fikrində olan şəxsin qəlbini avtomobil parkı adlandırsaq, əbəs söz demiş oluruqmu?
Bunun müqabilində, əgər Allah qəlbimizdə olsa və qəlbimiz Ona tapşırılsa, həyatımızın günləri Onun zikri ilə keçər. Belə bir qəlb Allahın yeri və Onun ərşidir. Demək, Allah zikri qəlbi bu qədər ucaldıb dəyərləndirir.
Beləliklə, qəlbi özbaşına buraxsan, qapısız bir məhəllə - karvansara olacaqdır. Ona ətrafdakı bütün karvanlar girib-çıxacaqdır. Mümkündür ki, şəxsin özünün də bu işdən xəbəri olmasın. Lakin insan öz qəlbini ixtiyarında saxlayarsa, necə qiymətli ünsür olduğunu və nə qədər inkişaf və təkamül istedadı olduğunu anlayacaqdır. Torpaq qəlbdə gizli və qiymətli bir almaz var. Məharətli mədənşünas onu torpaqdan çıxarıb qiymətli olduğunu sübuta yetirir.
Bu diyarın gövhər axtaranları peyğəmbərlər və məsum övliyalardır. İnsan qəlbinin almazşünası imam Əlidir (ə). O həzrət buyurur: "Qəlbə Allahın zikri ilə cila verin ki, həqiqətlər aşkar olunsun." Bu dəryanın həqiqi gövhər tanıyanı imam Səccaddır (ə). O isə belə buyurur: "Qəlbin həyatı və diriliyi Allahın zikri və Onu yad etməklədir." Əgər qəlbdə Allah zikri olmasa, başqa şeylər olasıdır. Qəlbin dəyəri onun düşündüyü şeylərdədir.
Hər halda, Allahı yad etməyin bir çox təsirləri vardır ki, ən mühüm təsirlərdən biri isə imam Səccadın (ə) buyurduğu kimi, "qəlbin diriliyidir". ("Rəbbin dərgahında", Ayətullah Misbah Yəzdi, səh.158-163.)
İnsult beyin qan dövranı pozulması olub iflic və əlilliklə nəticələnir
Şəmkir rayonunun Sabirkənd kəndində 2 nəfərin xəsarət alması ilə nət
Gəncə şəhərində beş nəfərin xəsarət alması ilə nəticələnən yol-
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar
Mixək tropik meşələrdə bitən, hündürlüyü 10-15 metrə çatan, hamar g�
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının
Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq vermək vəziyyətində de
Oksford Universitetinin alimləri hesablayıb ki, son 20 ildə hipertoniyanın -
Vazelin illər əvvəl Amerikalı kimyaçı tərəfindən kəşf edilmişdir. Bu