Askarid qurdu insanda çox ciddi fəsadlar verə bilər!
Digərləri 14 Yan 2023 20:15:00 327 0
Askarid qurdu dünyada ən çox yayılmış helmintik qurddur. Qurdun uzunluğu 20-40 sm arasında dəyişir.
Bu xəbəri də oxu: Bu həftə ardıcıl yeddi gün iş olacaq
Yoluxma qurdun yumurtaları ilə (qida və su vasitəsi ilə) baş verir. Qurdun yumurtaları ətraf mühitdə uzun müddət qala bilir, buna görə də çirkli əllər və uşaqlar üçün oyuncaqlar, ev heyvanlarının tükləri birbaşa infeksiya mənbəyi sayılır.Yaxşı yuyulmamış meyvə-tərəvəzdən yoluxma hallarına da tez-tez rast gəlinir.
Askarid yumurtaları mikroskopla görüləcək dərəcədə kiçik olduğundan insan özü bilmədən buna yoluxur.
Bağırsağa düşmüş yumurtadan sürfələr çıxır, sürfələr qan dövranı ilə qaraciyərə, ağciyərə və bronxlara keçir. Sonra oradan ağız-udlaq boşluğuna qalxır və udularaq mədəyə və yenidən bağırsağa düşür. Bir sözlə, askaridin həyat dövrü bütün orqanizmdə getdiyindən insanın müxtəlif orqan və sistemlerdə ciddi fəsadlar verə bilir!
Askaridiozun əlamətləri:
- qarında sancılar (xüsusən göbək ətrafı ). Ağrılar birdən-birə başladığı kimi birdən-birə də keçir, yəni epizodik xarakter daşıyır.
- iştahanın pozulması
- ürəkbulanma, ağız suyunun axması
- bağırsağın pozulması (ishal, yaxud qəbzlik halları)
- immunitetin zəifləməsi (tez-tez soyuqdəymə halları)
- anemiya (qanazlığı)
- allergik əlamətlər
- nevrotik əlamətlər
Öz şəxsi praktikamda askaridin çox ciddi psixonevroloji pozulmaya, yaddaş pozğunluğuna, yuxusuzluğa yol açdığının şahidi olmuşam. Bunun səbəbi həmin qurdun ekzotoksinlərinin (ifrazat məhsullarının) insanın mərkəzi sinir sisteminə zədələyici təsiridir.
Həzm sisteminə mənfi təsiri isə bağırsağın selikli qişasında həssaslıq yaratma və selikli qişaya qansızma şəklində özünü göstərə bilir. Daha ağır xəstələrdə bağırsaqda olan çoxsaylı qurdlar topa şəklində tıxanıqlıq ( Bağırsaq keçməməzliyi ) yarada bilir. Bu isə artıq əməliyyata göstəriş ola bilər!
Tərlan Qasımov
Quran ayəsinə görə Allaha və Onun Peyğəmbərinə itaət edənlər peyğə
Hazırda çoxumuz saç tökülməsindən şikayətlənir və bunun qarşısını
Şirvan Əlillərin Regional Bərpa Mərkəzinin sabiq baş həkimi, son olaraq
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Qa
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov etimadnaməsini
Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, min
Ermənistanın kollektiv Qərbdən hər hansı illuziya və yüksək gözləntis
İslam hökuməti qurulanda qadınlar inqilabın önündə gedirdi. O dövrdə i
Bu gün Hindistandan dünyanın ən uzun çay kruizinə start verilib. Komfortlu
Hər kəsin ortaq nöqtələrindən biri olan saç baxımı günü-gündən inki
"2023-cü ildə "Apple" şirkətinin baş direktoru Tim Kuk ötə
Maraqlı səhnə əsərləri ilə tamaşaçılarını sevindirən Azərbaycan D�
Son.az Kulis.az-a istinadən aktrisa, Əməkdar artist Vəfa Zeynalova haqqınd
Daha əvvəl türkiyəli aktrisalar Ezgi Mola və Farah Zeynep Abdullahı məhk�