Kimlərin müavinət, təqaüd və maaşları artdı?


Siyasət 13 Yan 2023 11:21:00 307 0

Kimlərin müavinət, təqaüd və maaşları artdı?

Prezident İlham Əliyev bu gün yeni sosial islahat çərçivəsində sosial müavinətlər, təqaüdlər, maaşların artımı ilə bağlı bir sıra sərəncam və fərmanlar imzaladı.

Son.az Trend-ə istinadən yeni sosial islahat çərçivəsində olan artımların geniş izahını təqdim edir:

Prezident İlham Əliyevin yeni Fərman və Sərəncamı ilə doktorant və tələbələrin təqaüdləri artırıldı.

Yeni Fərmanla 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb.

Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən:

Doktorantura pilləsi üzrə:

elmlər doktoru hazırlığı üzrə doktorantlar üçün - 400 manata, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlar üçün - 240 manata çatdırılır.

Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:

magistratura səviyyəsi üzrə akademik göstəriciləri

- 91-100 bal olan tələbələr üçün - 195 manata,

- 71-100 bal olan tələbələr üçün - 160 manata,

- 51-100 bal olan tələbələr üçün - 110 manata çatdırılır;

Bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri :

- 91-100 bal olan tələbələr üçün - 175 manata,

- 71-100 bal olan tələbələr üçün - 145 manata,

- 51-100 bal olan tələbələr üçün - 100 manata çatdırılır;

Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri:

91-100 bal olan tələbələr üçün- 100 manata, 71-100 bal olan tələbələr üçün - 80 manata, 51-100 bal olan tələbələr üçün - 66 manata çatdırılır;

Peşə təhsili müəssisələrində akademik göstəriciləri:

"5" (yüksək texniki peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələr üçün - 100 manata, "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71-100 bal) olan tələbələr üçün - 80 manata, "3" - "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51-100 bal) olan tələbələr üçün - 66 manata çatdırılır.

Bu artımlar ümumilikdə 150 minədək doktorant və tələbəni əhatə edir.

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda əməkhaqları artırıldı

Prezident İlham Əliyevin yeni Sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.

Həmin təşkilatlara aiddir:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Aparatı, Gəncə bölməsinin Aparatı

Heydər Əliyev Mərkəzi; "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi; Azərbaycanda Atatürk Mərkəzi; Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri; Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu; Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi; Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı; Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi; Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi; Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu; Mədəniyyət Nazirliyinin tabeliyində Quba şəhərində "Soyqırımı memorial kompleksi"; Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı; Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi; Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi; Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu; İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq.

Ümumilikdə bu il yeni sosial islahat paketi üzrə sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edir.

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezident təqaüdlərində də artımlar edildi.

Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamlar 2023-cü il üzrə yeni sosial islahat paketi çərçivəsində əhalinin rifahının yaxşılaşdırılması, bir sıra kateqoriyalara, o cümlədən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və b. yönələn sosial ödənişlərin artırılması istiqamətində növbəti mühüm addımların atılmasını təmin edir. Bununla da son beş ildə artıq dördüncü sosial islahat paketi reallaşır.

İmzalanmış yeni Fərman və Sərəncamlara əsasən, 2023-cü ilin 1 yanvarından:

Şəhid ailəsi üçün Prezidentin aylıq təqaüdü - 600 manata çatdırılır;

Müharibə, 20 Yanvar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) - 500 manata,

61-80 faiz pozulmasına görə (II dərəcə) - 400 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) - 330 manata çatdırılır;

Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 500 manata çatdırılır;

Dəfn üçün birdəfəlik müavinət - 500 manata çatdırılır;

Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət - 300 manata çatdırılır;

Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının:

81-100 faiz pozulmasına görə (I dərəcə) - 270 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) - 220 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) - 150 manata çatdırılır;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi müəyyən edilmiş şəxslərə Prezidentin aylıq təqaüdü -300 manata çatdırılır;

Ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) Prezidentin aylıq təqaüdü -200 manata çatdırılır;

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına Prezidentin aylıq təqaüdü -330 manata çatdırılır;

Yaşa görə müavinət - 220 manata çatdırılır;

Ailə başçısını itirməyə görə müavinət (hər ailə üzvü üçün) - 120 manata çatdırılır;

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan) hər uşağa görə müavinət - 100 manata çatdırılır;

Beşdən çox uşağı olan qadınlara hər uşağa görə müavinət - 105 manata çatdırılır;

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlərə Prezidentin aylıq təqaüdü - 100 manata çatdırılır;

Əsas iş yeri üzrə elm və təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən pensiyaçılara Prezidentin aylıq təqaüdü:

elmlər doktoru elmi dərəcəsinə görə - 500 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə - 300 manata çatdırılır;

Fəxri adlara layiq görülmüş şəxslərə aylıq təqaüd:

"Xalq" fəxri adına görə - 200 manata, "Əməkdar" fəxri adına görə - 150 manata çatdırılır;

Prezidentin fərdi təqaüdü - 1500 manata çatdırılır;

Yeni Fərman və Sərəncamlarla ümumilikdə 660 min nəfərə yönələn sosial ödənişlərin artırılması təmin edilir.

Qeyd edək ki, 2023-cü ildə yeni sosial islahat paketi üzrə 1,9 milyon vətəndaşı əhatə edən sosial ödənişlərdə növbəti artımlar üçün illik əlavə 750 milyon manat vəsait nəzərdə tutulub.

Ümumilikdə 800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri artırıldı like
  • 13 Yan 11:20  
Digərləri Ümumilikdə 800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri artırıldı

Ümumilikdə 800 mindən çox şəxsin sosial müavinət və təqaüdləri artı

arrow Ətraflı
Bakıda toy zamanı oğurluq edən şəxs KAMERAYA DÜŞDÜ like
  • 13 Yan 11:12  
Kriminal Bakıda toy zamanı oğurluq edən şəxs KAMERAYA DÜŞDÜ

Bakının Nizami rayonu ərazisində yerləşən şadlıq saraylarından birind�

arrow Ətraflı
Akif Təvəkküloğlu işdən çıxdı  Daha yüksək vəzifəyə təyin edildi like
  • 13 Yan 11:05  
Digərləri Akif Təvəkküloğlu işdən çıxdı Daha yüksək vəzifəyə təyin edildi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və İctimaiy

arrow Ətraflı
Tələbə, magistr, doktorantların təqaüdləri artdı like
  • 13 Yan 10:59  
Siyasət Tələbə, magistr, doktorantların təqaüdləri artdı

Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə tə

arrow Ətraflı
Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırıldı like
  • 13 Yan 10:58  
Siyasət Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırıldı

Ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği artırı

arrow Ətraflı
Aztəminatlı ailələrə sosial müavinətin məbləği artırıldı like
  • 13 Yan 10:56  
Siyasət Aztəminatlı ailələrə sosial müavinətin məbləği artırıldı

Prezident İlham Əliyev Sosial müavinətlərin məbləğinin artırılması v�

arrow Ətraflı
Fəxri adlara görə aylıq təqaüdlər artırıldı like
  • 13 Yan 10:55  
Siyasət Fəxri adlara görə aylıq təqaüdlər artırıldı

Prezident İlham Əliyev Fəxri adlara görə aylıq təqaüdün məbləğinin a

arrow Ətraflı
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşları artırılıb like
  • 13 Yan 10:49  
Siyasət Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin maaşları artırılıb

Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan i�

arrow Ətraflı
Conson Ukraynaya gedir: Zelenski ilə görüş... like
  • 13 Yan 10:48  
Dünya Conson Ukraynaya gedir: Zelenski ilə görüş...

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson yaxın günlərdə Ukray

arrow Ətraflı
Prezidentin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edildi like
  • 13 Yan 10:46  
Siyasət Prezidentin fərdi təqaüdünün məbləği 1500 manat müəyyən edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüd

arrow Ətraflı
İkinci Dünya müharibəsi iştirakçılarına Prezident təqaüdü 330 manata çatdırılıb like
  • 13 Yan 10:43  
Siyasət İkinci Dünya müharibəsi iştirakçılarına Prezident təqaüdü 330 manata çatdırılıb

Prezident İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştir

arrow Ətraflı
Gözdən əlilliyi olanlar üçün Prezidentin təqaüdünün aylıq məbləği 300 manat oldu like
  • 13 Yan 10:42  
Siyasət Gözdən əlilliyi olanlar üçün Prezidentin təqaüdünün aylıq məbləği 300 manat oldu

Prezident İlham Əliyev ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-

arrow Ətraflı
“Sülh istəyən ölkə müharibəyə hazır olmalıdır“ like
  • 13 Yan 10:41  
Siyasət “Sülh istəyən ölkə müharibəyə hazır olmalıdır“

"Azərbaycanın hərbi üstünlüyü müharibədə özünü göstərdi. Biz

arrow Ətraflı
Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd 600 manat olacaq like
  • 13 Yan 10:38  
Siyasət Əfqanıstanda həlak olanların ailələrinə verilən təqaüd 600 manat olacaq

Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə

arrow Ətraflı
Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı like
  • 13 Yan 10:36  
Siyasət Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırıldı

Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara sosial müavinə

arrow Ətraflı