Sığorta şirkətlərinin bu özbaşınalığına son qoyulmalıdır
Digərləri 12 Yan 2023 12:21:00 422 0
Son zamanlarda sığorta şirkətləri ilə bağlı ciddi narazılıq yaranıb. Belə ki, sığorta şirkətləri 1.4 mühərrik həcmli avomobillərin icbari sığortasından qeyri-qanuni şəkildə imtina edir, vətəndaşlar arasında narazılıq yaradır. Bəzi sığorta şirkətləri isə bunun günahını sistemin üzərinə atır, "sistem işləmir", "sistem qəbul etmir" kimi fikirlər səsləndirirlər, lakin real vəziyyət başqadır. Sığorta şirkətləri risk qrupuna aid olan avtomobilləri icbari sığortalamaqdan imtina edir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, sığorta şirkətlərinin bu hərəkəti tamamilə qanunsuzdur.
"Sığorta şirkətlərinin qanunla müəyyən edilmiş hüquq və vəzifələri var və onlara təqdim olunan nəqliyyat vasitələrini icbari sığorta etmək onların borcudur. Kasko sığortası zamanı sığorta şirkətlərinin seçim hüququ var və istəsələr kasko sığorta etməyə bilərlər, ancaq icbari sığortaya gəldikdə onların sığorta etməmək hüquqları yoxdur. Lakin son zamanlar sığorta şirkətləri bütün hədləri aşıblar, çox çətin bir vəziyyət yaranıb, insanlar narazılıq edir. Sığorta şirkətləri nəinki 1.4, hətta 1.5, 2 mühərrik həcmli avtomobilləri də sığorta etmirlər. Özlərindən siyahı tuturlar ki, filan avtomobilləri sığorta etmirik.
Tutaq ki, "KİA", "Toyota Prius" markalarını sığorta etmirlər. "Toyota" və ya KİA şirkəti sığorta şirkətlərini məhkəməyə verə bilər ki, onların brendlərinə qarşı bu cür qanunsuz hərəkətlər edilir, həmin marka avtomobilləri gözdən salırlar və s.", - deyə o qeyd edib.
E.Muradlı bildirib ki, sığorta şirkətlərinin bu özbaşınalığına son qoyulmalıdır. "Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər müvafiq qurumlar bu istiqamətdə təcili tədbirlər görməlidir. Risk qrupuna daxil olan avtomobillər nəzərə alınmalıdır. O avtomobilləri sığorta etməmək olmaz. Risk qrupuna aid olan avtomobilləri Mərkəzi Bank və yaxud İcbari Sığorta Bürosu bütün sığorta şirkətləri arasında bərabər bölməlidir ki, heç kim qazandığından çox ziyan görməsin", - deyə o əlavə edib.
"Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq". Bu ifa
"Çoxları elə bilir ki, Pərvin "Tiktok"dan qazandığı pulla
Söhbət Sumqayıt şəhər 18-ci mikrorayon ərazisindəki yerləşən 36 nömr
Elşad Həsənov: "Bu o deməkdir ki, lazım gəlsə, bundan siyasi məqsə
"Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında h
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna
Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.
Xalq artisti Məleykə Əsədova səhhətində problem yarandığını bildirib.
Britaniya hökuməti Ukraynanı öz tankları ilə təmin edəcək.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi
Zaur Baxşəliyev aparıcılıq etdiyi "Bizimləsən" verilişində g�
Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi b
Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazil
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu sila
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi