Prezident enerji siyasətimizdə kardinal dəyişiklik edir neftqaz həm də siyasi məsələdir...


Siyasət 12 Yan 2023 12:03:00 198 0

Prezident enerji siyasətimizdə kardinal dəyişiklik edir  neftqaz həm də siyasi məsələdir...

Elşad Həsənov: "Bu o deməkdir ki, lazım gəlsə, bundan siyasi məqsədlər üçün istifadə oluna bilər"

"Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik". Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

Ölkə başçısının fikrincə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra bizə 10-dan çox ölkədən müraciətlər daxil olub: "O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Təbii ki, burada Azərbaycanın rolu artır və biz də, əlbəttə, bundan istifadə etməliyik. Biz heç vaxt qaz və neft sahəsindəki siyasətimizi ümumi siyasi kontekstin əsas amilinə çevirməmişik. Çünki biz hesab edirik ki, siyasət ayrı, bu ayrı. Amma indi dünyada enerji siyasəti ümumi geosiyasi vəziyyətlə tamamilə vəhdət təşkil etdiyi üçün bu amili də inkar etmək olmaz".

Prezidentin səsləndirdiyi fikirlərdən çıxan nəticə bundan ibarətdir ki, bəli, Azərbaycan yeri gələndə neft-qaz ixracını siyasiləşdirməlidir. O baxımdan Prezident yuxarıda səsləndirdiyi fikirlərlə nə demək istədi?

"Azərbaycan gələcəkdə ona dost olan ölkələrə enerji daşıyıcılarının ixracında xüsusi önəm verəcək"

Məsələyə münasubət bildirən siyasi ekspert Elşad Həsənovun fikrincə, bu o deməkdir ki, lazım gəlsə bundan siyasi məqsədlər üçün istifadə oluna bilər: "Çünki həqiqətən də iqtisadiyyatı güclü olmayan ölkənin siyasəti də güclü olmaz. Azərbaycan bir dövlət kimi 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra inkişaf etməyə başladı. Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə xarici neft şirkətləri ilə kontrsaktlar imzalandı. Ondan sonra ölkəmiz inkişaf etməyə başladı. Təkcə Azərbaycanın neft-qaz sektoru inkişaf etmədi. Neft gəlirləri hesabına ölkənin qeyri-neft sektoru inkişaf etməyə başladı. Bütün bunların nəticəsində Azərbaycan iqtisadi gücünə görə tanınan ölkələrdən biridir. Bütün bunlar birlikdə 2020-ci ildə Vətən müharibəsində qalib gəlməyimizə imkan verdi. Reallıq odur ki, artıq dünyada yeni düzən qurulur. Rusiya-Ukrayna müharibəsindən sonra bu bir reallıqdır. Avropa demək olar bütünlükdə Rusiya neft və qazından imtina edir. Bu zaman Azərbaycanın enerji təchizatında rolu daha da artdı. Bu isə Azərbaycanın öz iqtisadi siyasətində yeniliklər etməsini zərurətə çevirir. Bunun nəticəsi idi ki, ötən ilin ortalarında Avropa Komissiyanın sədri Ursula von der Leyen Azərbaycana gələrək ölkə rəhbərliyi ilə enerji sazişi imzaladı. Artıq Azərbaycanın Avropada qaz alıcılarının sayı sürətlə artır. Bizim təsdiq olunmuş qaz resurslarımız 2,6 trlyon kubmetrdir. Əslində isə ehtiyatların bundan çox olduğu güman edilir. Azərbaycanın iqtisadi-siyasi qüdrəti artdığı üçün Cənubi Qafqazda lider ölkəyə çevrilib. Artıq Azərbaycan Balkan ölkələrinə qaz ixrac edir. Bütün bunlar iqtisadi gücümüzü göstətrməklə yanaşı, siyasi önəmimizi artırır. Bəli, bizim siyasətimiz təhdid xarakterli deyil. Siyasətimiz xoş tərəfdaşlığa söykənir. Eyni zamanda, bizdən qaz alan ölkələr Azərbaycanla dostluq münasibətində olurlar. Azərbaycanın mövqeyini dəstəkləməyi özlərinə borc hesab edirlər. Azərbaycan gələcəkdə ona dost olan ölkələrə enerji daşıyıcılarının ixracında xüsusi önəm verəcək. Bizim üçün prioritet məhz dost ölkələr olacaq, nəinki Azərbaycana qarşı ədalətsiz mövqedən çıxış edən ölkələr. Bunu müasir dünyanın geosiyasi reallıqları şərtləndirir".

Hərbçilərin icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib like
  • 12 Yan 11:57  
Digərləri Hərbçilərin icbari narkoloji müayinədən keçməsi qaydası təsdiqlənib

"Müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında h

arrow Ətraflı
Putinin yeni təyinatı: like
  • 12 Yan 11:54  
Digərləri Putinin yeni təyinatı:

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Ukrayna

arrow Ətraflı
Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı like
  • 12 Yan 11:45  
Kriminal Kəsəmənskinin bağ evində mühafizəçisinin meyiti tapıldı

Bakıda bağ evindən mühafizəçinin meyiti tapılıb.

arrow Ətraflı
Xalq artistinin səhhəti pisləşdi, like
  • 12 Yan 11:43  
Şou-biznes Xalq artistinin səhhəti pisləşdi,

Xalq artisti Məleykə Əsədova səhhətində problem yarandığını bildirib.

arrow Ətraflı
Qərb rəsmi Kiyevə ilk dəfə belə tanklar verəcək like
  • 12 Yan 11:32  
Dünya Qərb rəsmi Kiyevə ilk dəfə belə tanklar verəcək

Britaniya hökuməti Ukraynanı öz tankları ilə təmin edəcək.

arrow Ətraflı
Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər? like
  • 12 Yan 11:24  
Siyasət Minimum əmək haqqı artdı: fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcəklər?

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın ödədiyi

arrow Ətraflı
Zaur canlı efirdə özündən çıxdı like
  • 12 Yan 11:21  
Şou-biznes Zaur canlı efirdə özündən çıxdı

Zaur Baxşəliyev aparıcılıq etdiyi "Bizimləsən" verilişində g�

arrow Ətraflı
Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş like
  • 12 Yan 11:15  
Digərləri Bit dərmanından zəhərlənənlər şəhid övladları imiş

Ötən gün Tovuz rayonunun Dondar Quşçu kəndində zəhərlənmə hadisəsi b

arrow Ətraflı
Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər like
  • 12 Yan 11:12  
Digərləri Rusiya sülhməramlıları Laçın yolunda ağacları kəsirlər

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazil

arrow Ətraflı
Silah və narkotik əməliyyatı  Saxlanılanlar var like
  • 12 Yan 11:10  
Digərləri Silah və narkotik əməliyyatı Saxlanılanlar var

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu sila

arrow Ətraflı
Sülhməramlılara aid daha 13 maşın Laçın yolundan keçib  FOTO like
  • 12 Yan 11:08  
Digərləri Sülhməramlılara aid daha 13 maşın Laçın yolundan keçib FOTO

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə məxsus avtomobi

arrow Ətraflı
Məşhur komediya aktyoru səhnədəki ədəbsiz zarafatlardan danışdı like
  • 12 Yan 10:59  
Şou-biznes Məşhur komediya aktyoru səhnədəki ədəbsiz zarafatlardan danışdı

"Comedy Club" şousunun aktyoru Demis Karibidis səhnədə səslənən

arrow Ətraflı
Antalyada qasırğa  Küləyin sürəti saatda 70 kmə çatdı like
  • 12 Yan 10:48  
Dünya Antalyada qasırğa Küləyin sürəti saatda 70 kmə çatdı

Türkiyənin Antalya vilayətində qasırğa zamanı küləyin sürəti saatda 7

arrow Ətraflı
Kremldən İrəvana sərt xəbərdarlıq: like
  • 12 Yan 10:43  
Siyasət Kremldən İrəvana sərt xəbərdarlıq:

"Ermənistan rəhbərliyi sxolastika ilə məşğuldur".

arrow Ətraflı
Vasif Talıbovun qızı da vəzifəsindən like
  • 12 Yan 10:39  
Digərləri Vasif Talıbovun qızı da vəzifəsindən

"Naxçıvan Bank" ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formala�

arrow Ətraflı