Əmək kitabçaları dövriyyədən çıxarılacaq


Digərləri 11 Yan 2023 14:04:00 348 0

Əmək kitabçaları dövriyyədən çıxarılacaq

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Məşğulluq Agentliyi 2023-cü ildə yeni layihələr, o cümlədən "İctimai portal", "Elektron əmək birjası", həmçinin "Bacar" elektron məşğulluq kartı kimi layihələr və əmək münasibətləri sferasında digər sistemlərin reallaşdırılması üzərində işləməyə davam edir.

Bu barədə Trend-ə Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli məlumat verib.

Onun sözlərinə görə 2022-ci ildə agentlik karyera inkişafı üzrə forum keçirib, gənc mütəxəssislər üçün "Məktəbim" layihəsini və kənd yerlərində turizmin inkişafı proqramını reallaşdırıb.

"Bundan başqa, 2022-ci ildə biz bir neçə layihəyə start verdik və bunların reallaşdırılması 2023-cü ildə də davam etdiriləcək. Burada söhbət təcrübə mübadiləsi üzrə institutun formalaşmasına yönəlmiş layihədən gedir. Həmçinin qeyd etmək istəyirəm ki, bizim beynəlxalq institutlarla, xüsusən Dünya Bankı, İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzi ilə də layihələrimiz var. Biz bu təşkilatlarla birgə startap layihələr üzərində işləyirik. Həmçinin 2022-ci ildə əmək münasibətlərinin rəqəmsal alt sistemi işə salındı ki, bu da işçi ilə işəgötürən arasındakı qarşılıqlı fəaliyyətin get-gedə rəqəmsallaşmasına xidmət edəcək. Bu layihə çərçivəsində bizim əsas hədəfimiz elektron əmək müqavilələrinin formalaşmasına və mütləq aparıcı vakansiyalar bankının və bu sferada yeni yanaşmaların yaranmasına yönəlib.

Agentlik rəhbərinin sözlərinə görə, müəssisənin əsas hədəfi əmək münasibətlərinin yeni rəqəmsal ekosisteminin yaradılmasından ibarətdir.

"Bugünkü gün artıq qoyulan hədəfin əldə olunmasına yönəlmiş tədbirlər planı formalaşıb. Birincisi, bizim əsas hədəfimiz iş axtaran vətəndaşlar üçün vakansiyaların əlçatanlığının təmin olunmasına yeni, innovativ yanaşmadan ibarətdir. İkincisi, biz işəgötürənlər üçün də yeni, innovativ yanaşma tətbiq edirik. Burada xüsusən mütəxəssis axtarışının yeni metodlarından söhbət gedir. Eyni zamanda bizə gələcək məşğulluğu proqnozlaşdırmağa, əmək münasibətləri sferasındakı boşluqları aradan qaldırmağa, həmçinin gənc mütəxəssisləri əmək bazarındakı gələcək çağırışlara hazırlamağa imkan verəcək yeni verilənlər bazası üzərində çalışırıq", - o, bildirib.

M.Abbasbəyli aparılan islahatlar nəticəsində son beş ildə Azərbaycanda əmək müqavilələrinin sayı artaraq 400 mini keçdiyini xatırladıb.

"Bu hədəflərin əldə olunmasında vergi sferasındakı islahatlar, xüsusən fiziki şəxslərin, habelə özəl sektorun gəlir vergisindən azad olunması, müqavilələrin rəqəmsallaşdırılması və digər dövlət strukturlarındakı islahatlar mühüm rol oynayıb. Bununla yanaşı hökumətin dəstəyi, o cümlədən minimal və orta əmək haqqının, pensiya və müavinətlərin artması da qeyd edilməlidir. Bundan başqa, əməyin ödənilməsi fondu iki dəfədən çox böyüyüb", - idarə heyətinin sədri bildirib.

O həmçinin agentliyin vətəndaşların əmək kitabçalarını dövriyyədən çıxarmağı planlaşdırdığını vurğulayıb.

"Əmək və Sosial Müdafiə Nazirliyi vacib hüquqi islahatlar hazırlamaqdadır. Yaxın gələcəkdə bu paketin hökumətə təqdim olunacağı gözlənilir, onun qəbulundan sonra isə biz nəinki fiziki əmək kitabçalarını dövriyyədən çıxaracağıq, həm də bütün sənəd dövriyyəsi rəqəmsal mühitdə aparılacaq", deyən Abbasbəyli həmçinin ilk əmək kitabçalarını 2014-cü ildən sonra alan vətəndaşların gələcəkdə işəgötürənə təcrübəsini təsdiqləyən kağız daşıyıcı təqdim etməli olmayacaqlarını vurğulayıb.

İlk əmək kitabçalarını 2014-cü ilədək almış vətəndaşları onu saxlamalıdır, belə ki, bu onlara əmək münasibətlərinin tənzimlənməsi prosesində və pensiya yaşına çatdıqda lazım ola bilər, - o aydınlıq gətirdi.

Azad olunmuş ərazilərdə gələcək məşğulluğa gəlincə, Abbasbəyli Dövlət Məşğulluq Agentliyinin bu məsələyə iki əsas istiqamətdə - "Böyük Qayıdış" proqramı çərçivəsində Qarabağa köçürülən vətəndaşların gələcək məşğulluğunun təmin olunmasında agentliyin rolu və azad olunmuş ərazilərdə artıq əmək fəaliyyətinə cəlb edilmiş vətəndaşlarla əlaqədar məsələ ilə bağlı - nəzərdən keçirdiyini bildirib.

"Biz ilk dəfə Zəngilan rayonunun Ağalı kəndində keçmiş köçkünlərimizin məşğulluğunun təmin edilməsi prosesini həyata keçirdik. Qeyd edim ki, vətəndaşları iş yerləri ilə təmin etməzdən əvvəl biz onların imkan və bacarıqlarını öyrəndik və onları buna uyğun iş yerləri ilə təmin etdik. Vətəndaşların azad olunmuş ərazilərə bütün dönüş prosesi çərçivəsində analoji iş görüləcək. Azad olunmuş ərazilərdə artıq əmək fəaliyyətinə cəlb olunmuş vətəndaşlara gəlincə, bugünkü gün Agentliyimiz və Nazirlik arasında fəal şəkildə müzakirə olunan yeni yanaşma tətbiq olunacaq. Qarabağda iş yerləri açacaq bütün işəgötürənlər üçün əməkdaş axtarışının vahid elektron platforma vasitəsilə həyata keçiriləcəyi gözlənilir. Bunun artıq aktiv "Vakansiyalar bankı" olacağı ehtimal edilir. Hesab edirəm ki, bu və ya digər regionda bu, əmək bazarının tələblərinə uyğun kadr seçiminə kömək edəcək. Eyni zamanda biz xarici kadrların da əmək fəaliyyətinə cəlb olunmasını istisna etmirik", - Abbasbəyli qeyd edib.

O həmçinin daha rəqabətqabiliyyətli əmək bazarının yaradılmasının vacibliyini vurğulayıb.

"Agentlik rəqəmsallaşdırma yolu ilə kiçik və orta biznes subyektlərinin iş yükünü əhəmiyyətli dərəcədə azaldır və sənəd dövriyyəsini asanlaşdırır. Eyni zamanda rəqəmsallaşdırma prosesi Agentliyin xidmətlərinin əlçatanlığının təmin olunmasına imkan yaradır. Xüsusən sahibkarlıq subyektlərinə dəstək mexanizmlərimizi vurğulamaq istəyirəm: 2020-ci ildə başladılmış əmək haqqının birgə maliyyələşdirilməsi, Agentliyimizin resursları hesabına əməyə cəlb olunma, ixtisaslaşmış mütəxəssislərin axtarışında köməklik və s. KOB subyektlərinə dəstək çərçivəsində digər vacib mexanizm ixtisaslaşmış kadrların hazırlanmasından ibarətdir. Biz eyni zamanda məqsədyönlü olaraq sosial mərkəzlərin yaradılması üzrə xüsusi proqramlar həyata keçiririk. Hesab edirəm ki, bizim proqramlar KOB sferasında daha rəqabətqabiliyyətli əmək bazarının yaradılmasına imkan yaradır", - Abbasbəyli deyib.

Sonda Agentliyin sədri həmçinin yerli bazarın əmək bazarındakı qlobal dəyişikliklərə adaptasiyasının zəruri olduğunu qeyd edib.

"Bugün dünya əmək bazarında ciddi islahatlar və dəyişikliklər müşahidə olunmaqdadır. Bu dəyişikliklər dünya iqtisadiyyatına inteqrasiya olunmuş ölkə olaraq Azərbaycanda da baş verir. Məsələn, yaxın keçmişə qədər ölkədə məşğulluq sayı ən böyük sektorlar kənd təsərrüfatı və təkrar emal sahəsi hesab edilirdi. İndi isə məşğulluğun sürətlə artdığı digər sferaların, xüsusən mehmanxana biznesi və turizm, ictimai iaşə, innovasiya və texnologiyalar sferalarının formalaşdığını müşahidə edirik. Yerli bazarımızın əmək bazarında bugün qlobal səviyyədə müşahidə etdiyimiz dəyişikliklərə adaptasiyasının vacib olduğunu hesab edirəm", - o əlavə edib.

Mənzillərin ümumi sahəsi necə hesablanmalı, aldanan vətəndaş nə etməlidir? like
  • 11 Yan 14:02  
Digərləri Mənzillərin ümumi sahəsi necə hesablanmalı, aldanan vətəndaş nə etməlidir?

Mənzil Tikinti Kooperativlərindən müqavilə ilə mənzil alan vətəndaşlar

arrow Ətraflı
Ölkəyə 24 kiloqram narkotik vasitə keçirən şəxs saxlanılıb  VİDEO  FOTO like
  • 11 Yan 13:59  
Digərləri Ölkəyə 24 kiloqram narkotik vasitə keçirən şəxs saxlanılıb VİDEO FOTO

Mürəkkəb relyef və qarlı hava şəraitindən istifadə edərək qanunsuz yo

arrow Ətraflı
Osloda Gülnarə Xəlilovanın "Cizgi"nin Şimal Hekayələri" adlı ekspozisiyası like
  • 11 Yan 13:56  
Kriminal Osloda Gülnarə Xəlilovanın "Cizgi"nin Şimal Hekayələri" adlı ekspozisiyası

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Mil

arrow Ətraflı
“Çeburaşka” animasiya filminin kassa gəliri üç milyardı ötüb like
  • 11 Yan 13:48  
Digərləri “Çeburaşka” animasiya filminin kassa gəliri üç milyardı ötüb

Rusiyanın "Soyuzmultfilm" studiyasının istehsal etdiyi "Çebur

arrow Ətraflı
Şin seçərkən nələrə diqqət etmək lazımdır? like
  • 11 Yan 13:37  
Digərləri Şin seçərkən nələrə diqqət etmək lazımdır?

Təzəsi bahadır, 2-ci əl olanları da hər zaman etibarlı sayılmır. Söhb�

arrow Ətraflı
Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb? like
  • 11 Yan 13:34  
Digərləri Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb?

Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisnin keçmiş s�

arrow Ətraflı
"Qarabağa BMT sülhməramlılarının göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır" like
  • 11 Yan 13:29  
Siyasət "Qarabağa BMT sülhməramlılarının göndərilməsi üçün Azərbaycanın razılığı olmalıdır"

Qarabağa BMT sülhməramlılarının missiyası münaqişənin hər iki tərəf

arrow Ətraflı
Xalq artisti 23 il əvvəl like
  • 11 Yan 13:26  
Şou-biznes Xalq artisti 23 il əvvəl

Xalq artisti Mələkxanım Eyubova sosial şəbəkədə arxiv görüntülərini�

arrow Ətraflı
Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT like
  • 11 Yan 13:22  
Siyasət Ermənistanı LƏRZƏYƏ SALACAQ BƏYANAT

44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qarşısında duran�

arrow Ətraflı
Ev heyvanlarının saxlanmasına nə qədər xərc çıxır? like
  • 11 Yan 13:15  
Digərləri Ev heyvanlarının saxlanmasına nə qədər xərc çıxır?

Dünyada olduğu kimi Azərbaycan da ev heyvanları saxlayanların sayı ilbəil

arrow Ətraflı
Sabahın havası AÇIQLANDI like
  • 11 Yan 13:05  
Digərləri Sabahın havası AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında yanvarın 11-dən 12-nə keçən gecə bəz

arrow Ətraflı
Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur like
  • 11 Yan 13:04  
Şou-biznes Madonna afrikalı uşaqların ticarəti və cinsi istismarda ittiham olunur

Amerikalı müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi i

arrow Ətraflı
Köhnə binanın lift problemı nə vaxt həllini tapacaq? like
  • 11 Yan 12:53  
Digərləri Köhnə binanın lift problemı nə vaxt həllini tapacaq?

Xətai rayonu ərazisində köhnə 9 mərtəbəli binanın lifti işləmir. Aşa

arrow Ətraflı
“Səs” müasir çağırışlara cavab verən qəzetdir like
  • 11 Yan 12:49  
Digərləri “Səs” müasir çağırışlara cavab verən qəzetdir

"SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru

arrow Ətraflı
"BTS: Yet to come in cinemas"  fevralin 1dən «park cinema» kinoteatlarinda like
  • 11 Yan 12:47  
Şou-biznes "BTS: Yet to come in cinemas" fevralin 1dən «park cinema» kinoteatlarinda

"BTS: Yet To Come in Cinemas" 1 fevral, çərşənbə günü Azərbayc

arrow Ətraflı